AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix04.12.2016
ölçüsü4,8 Kb.
#789
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

mülki 
dövriyyədə 
olmasına 
yol 
verilməyən  
(mülki  dövriyyədən  çıxarılmış)  əşyaları  qanunsuz  olaraq  hazırlama,  əldə  etmə, 
saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma 
[347]
 
233-1.1.  Qanunla  mülki  dövriyyədə  olmasına  yol  verilməyən  (mülki  dövriyyədən 
çıxarılmış)  əşyaları qanunsuz  olaraq  hazırlama, əldə etmə,  saxlama,  daşıma,  gəzdirmə, 
başqasına vermə və ya satma- 
əmlakı  müsadirə  edilməklə beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
233-1.2. Eyni əməllər: 
233-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya 
cinayətkar birlik tərəfindən törədildikdə
233-1.2.2. təkrar törədildikdə
233-1.2.3. ağır nəticələrə səbəb olduqda- 
əmlakı  müsadirə  edilməklə beş  ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd: qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalardan 
hər  hansı  birinin  qanunsuz  olaraq  hazırlanması,  əldə  edilməsi,  saxlanması,  daşınması,  gəzdirilməsi, 
başqasına  verilməsi  və  ya  satılmasına  görə  bu  Məcəllənin  digər  maddələrində  məsuliyyət  nəzərdə 
tutulduqda, həmin əmələ bu maddənin qüvvəsi şamil edilmir.
 
 
 
 
 
Maddə 233-2. Sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili
 
 
 
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan rabitə vasitələrinin 
sertifikatlaşdırılmadan satışının təşkili dövlətin və milli təhlükəsizliyin qanunla qorunan 
mənafelərinə mühüm zərər vurduqda –
 

min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[348]
 
 
 
Maddə 233-3. Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata 
keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin 
yaradılmaması
 
 
 
Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi üçün 
rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması –
 
 beş  yüz  manatdan  min  manatadək miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə  və  ya edilməməklə  bir  ilədək  müddətə  islah  işləri  və  ya  bir  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[349]
 
26-cı fəsil 
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ 
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR 
M a d d ə   2 3 4 .  Qanunsuz  olaraq  narkotik  vasitələri,  psixotrop  maddələri  və 
ya onların  prekursorlarını hazırlama,  istehsal  etmə,  əldə  etmə,  saxlama,  daşıma, 
göndərmə və ya satma
[350]
 
 
 
234.1.  Satış  məqsədi  olmadan  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya  psixotrop 
maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
234.2.  Satış  məqsədi  ilə  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya  psixotrop 
maddələri  əldə  etmə  və  ya  saxlama,  hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma, 
göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya  psixotrop  maddələri 
satma— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
234.3.  Narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  qanunsuz  hazırlanmasında 
və  emalında  istifadə  etmək  məqsədi  ilə  prekursorları  hazırlama,  əldə  etmə,  saxlama, 
göndərmə, daşıma və ya satma — 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
234.4. Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 

234.4.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
234.4.2. təkrar törədildikdə; 
234.4.3. külli miqdarda törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla beş  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən 
və xüsusi nəzarət altında olan xammalın, prekursorların, alətlərin və ya avadanlıqların, 
habelə narkotik vasitələrin , psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, 
hazırlanması,  emalı,  saxlanması,  buraxılması,  satılması,  bölüşdürülməsi,  verilməsi, 
daşınması,  göndərilməsi,  əldə  edilməsi,  istifadə  edilməsi,  idxalı,  ixracı,  tranzit  nəql 
edilməsi  və  ya  məhv  edilməsi  qaydalarının,  bu  qaydalara  riayət  etməli  olan  şəxs 
tərəfindən pozulması
[351]
— 
iki  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  beş  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[352]
 
Qeyd:
 
1. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən 
və  ya  narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  ya  onların  prekursorlarının  qanunsuz  dövriyyəsi  ilə 
bağlı  cinayətlərin  açılmasında  və  ya  qarşısının  alınmasında,  bu  əməlləri  törətmiş  şəxslərin  aşkar 
edilməsində,  cinayət  yolu  ilə  əldə  edilmiş  əmlakın  tapılmasında  fəal  iştirak  etmiş  şəxs  cinayət 
məsuliyyətindən azad edilir.
[353]
 
2.  Bu  fəsildə  göstərilən  narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  şəxsi  istehlak  miqdarından 
artıq
 
miqdarı və digər miqdarları müvafiq qanunla müəyyən edilir.  
[354]
 
M a d d ə  
2 3 5 .  Narkotik  vasitələri,  psixotrop  maddələri  və  ya onların 
prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə
[355]
 
 
 
235.1.  Narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  talama  və  ya  hədə-qorxu  ilə 
tələb etmə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
235.2.  Narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  qanunsuz  hazırlanmasında 
və emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb 
etmə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla iki  ildən  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
235.3. Bu Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
235.3.2. təkrar törədildikdə; 
235.3.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 

235.3.4. həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə 
zor tətbiq etmək hədəsi ilə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla altı  ildən  on  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
235.4. Bu Məcəllənin 235.1—235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər: 
235.4.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə
235.4.2. külli miqdarda törədildikdə; 
235.4.3. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor 
tətbiq etmək hədəsi ilə törədildikdə; 
235.4.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   2 3 6 .  Narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  istehlakına 
təhrik etmə
 
236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
236.2. Eyni hərəkətlər: 
236.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə ; 
236.2.2. təkrar törədildikdə; 
236.2.3.  bilə-bilə  yetkinlik  yaşına  çatmayan,  iki  və  ya  daha  çox  şəxs  barəsində 
törədildikdə; 
236.2.4. zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
236.3.  Bu  Məcəllənin  236.1  və  236.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  başqa  ağır  nəticələrə  səbəb 
olduqda— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 3 7 .  Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri 
kultivasiya etmə
[356]
 
237.1.  Qanunsuz  olaraq  tərkibində  narkotik  maddələr  olan  bitkiləri  əkmə, 
yetişdirmə,  onları  (onların  hissələrini)  toplama,  habelə  çətənə,  xaşxaş  növlərini  və  ya 
tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə— 
iki  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[357]
 

237.2. Eyni hərəkətlər: 
237.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
237.2.2. təkrar törədildikdə; 
237.2.3. külli miqdarda törədildikdə — 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 3 8 .  Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün 
tiryəkxanalar təşkil etmə və ya saxlama
 
238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar 
təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə — 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
238.2. Eyni hərəkətlər: 
238.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
238.2.2. təkrar törədildikdə — 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 3 9 .  Narkotik  vasitələri  və  psixotrop  maddələri  əldə  etmək  hüququ 
verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma
 
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi 
göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 4 0 .  Güclü  təsir  edən  və  ya  zəhərli  maddələrin  satış  məqsədilə 
qanunsuz dövriyyəsi
 
240.1.  Narkotik vasitələrə  və  ya  psixotrop  maddələrə  aid  olmayan  güclü  təsir edən 
və  ya  zəhərli  maddələri  satış  məqsədi  ilə  qanunsuz  hazırlama,  emal  etmə,  əldə  etmə, 
saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud 
emal etmək üçün avadanlığı qanunsuz satma— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
240.2. Eyni hərəkətlər: 
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
240.2.2. təkrar törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
240.3. Bu Məcəllənin 240.1 və 240.2-ci maddələrində göstərilən əməllər: 

240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
240.3.2. külli miqdarda törədildikdə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
240.4.  Güclü  təsir  edən  və  ya  zəhərli  maddələrin  istehsalı,  əldə  edilməsi,  uçotu, 
saxlanması,  buraxılması  daşınması  və  ya  göndərilməsi  qaydalarının  pozulması 
ehtiyatsızlıqdan  onların  talanmasına  və  ya  başqa  mühüm  ziyan  vurulmasına  səbəb 
olduqda— 
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[358]
 
(Çıxarılıb)
[359]
 
27-ci fəsil 
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR 
M a d d ə   2 4 2 .  Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma
 
Pornoqrafik  materialları  və  ya  əşyaları  yayma  və  ya  reklam  məqsədilə  qanunsuz 
hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video 
materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  min  manatdan  dörd  min 
manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[360]
  
M a d d ə   2 4 3 .  Fahişəliyə cəlb etmə
 
243.1. Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—
[361]
 
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz 
iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[362]
 
243.2. Eyni əməllər: 
243.2.1.  şəxsin  köməksiz  vəziyyətindən,  fiziki  və  ya  psixi  qüsurlarından  istifadə 
etməklə törədildikdə; 
243.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 4 4 .  Əxlaqsızlıq yuvaları saxlama
 
244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu 
məqsədlər üçün mənzil sahələri vermə— 

dörd  yüz  saatdan  dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
244.2. Eyni əməllər: 
244.2.1. təkrar törədildikdə; 
244.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
M a d d ə  244–1. Qumarxana təşkil etmə və ya saxlama
[363]
 
 244-1.1. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya 
saxlama –
 
 iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
 
 244-1.2. Eyni əməllər:
 
 244-1.2.1. təkrar törədildikdə;
 
 244-1.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar 
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -
 
 üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 Qeyd:
 
1. Bu Məcəllənin 244-1-ci maddəsində “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair 
nemət  (uduş)  barəsində  oynanılan  və  uduşu  qeyri-müəyyənlikdən  və  ya  təsadüfdən  asılı  olan 
oyun başa düşülür.
 
2. Lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.
 
M a d d ə   2 4 5 .  Qəbir üzərində təhqiredici hərəkət
 
Qəbir və ya meyit üzərində təhqiredici hərəkət— 
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
M a d d ə   2 4 6 .  Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya 
korlama
 
Dövlət  tərəfindən  mühafizə  olunan  tarix  və  mədəniyyət  abidələrini  qəsdən  məhv 
etmə və ya korlama— 
beş  yüz  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[364]
 
28-ci fəsil 

EKOLOJİ CİNAYƏTLƏR 
M a d d ə   2 4 7 .  İşlərin  yerinə  yetirilməsi  zamanı  ətraf  mühitin  mühafizəsi 
(qorunması) qaydalarını pozma
 
Sənaye,  kənd  təsərrüfatı,  elmi  və  digər  obyektlərin  layihələşdirilməsi, 
yerləşdirilməsi,  tikintisi,  istismara  buraxılması  və  istismarı  zamanı  ətraf  mühitin 
mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların 
pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər 
vurulmasına  və  ya  heyvanların  kütləvi  məhvinə  və  ya  digər  ağır  nəticələrə  səbəb 
olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  beş  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə  
2 4 8 .  Ekoloji  cəhətdən  təhlükəli  maddələrin  və  tullantıların 
dövriyyəsi qaydalarını pozma
 
248.1. Təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş 
qaydaların  pozulması  ilə  radioaktiv,  bakterioloji,  kimyəvi  maddələrin  və  tullantıların 
daşınması,  saxlanması,  basdırılması,  istifadəsi  və  ya  sair  dövriyyəsi,  əgər  bu  əməllər 
insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda— 
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[365]
 
248.2. Eyni əməllər ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə, insan sağlamlığına 
zərər  vurulmasına  və  ya  heyvanların  kütləvi  məhvinə  səbəb  olduqda  və  ya  təhlükəli 
ekoloji vəziyyət zonasında törədildikdə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
248.3.  Bu  Məcəllənin  248.1  və  ya  248.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  insanların  kütləvi  xəstələnməsinə 
səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 4 9 .  Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə 
qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma
 
249.1. Baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına 
və ya digər ağır nəticələrə səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[366]
 
249.2.  Bitki  xəstəliklərinə  və  ya  ziyanvericilərinə  qarşı  müəyyən  edilmiş  mübarizə 
qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda— 

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[367]
  
M a d d ə   2 5 0 .  Suyu (su mənbələrini) çirkləndirmə
 
250.1. Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, 
tükənməsi  və  ya  onların  təbii  xassələrinin  başqa  cür  dəyişdirilməsi,  heyvanlar  və  ya 
bitki  aləminə,  balıq  ehtiyatlarına,  meşə  və  ya  kənd  təsərrüfatına  əhəmiyyətli  zərərin 
vurulmasına səbəb olduqda— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  beş  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
etmə  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[368]
 
250.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi 
məhvinə səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli yaxud fövqəladə 
ekoloji vəziyyət zonasında törədildikdə— 
beş  yüz  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  və  ya iki  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[369]
 
250.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 5 1 .  Atmosferi (havanı) çirkləndirmə
 
251.1.  Çirkləndirici  maddələrin  havaya  buraxılması  qaydalarının  pozulması  və  ya 
avadanlıqların,  qurğuların  və  digər  obyektlərin  istismarı  qaydalarının  pozulması 
havanın çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb 
olduqda— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
etmə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[370]
 
251.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına səbəb olduqda— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[371]
 
251.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 5 2 .  Dəniz mühitini çirkləndirmə
 
252.1.  Dəniz  mühitini  quruda  olan  mənbələrdən  çirkləndirmə,  yaxud  nəqliyyat 
vasitələrindən  və  ya  dənizdə  quraşdırılmış  süni  qurğulardan  insan  sağlamlığı  və 
dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan 

maddələri  və  ya  materialları  tullama  və  ya  basdırma  qaydalarını  pozmaqla  dəniz 
mühitini çirkləndirmə— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[372]
 
252.2.  Eyni  əməllər  insan  sağlamlığına,  heyvanlar  və  bitki  aləminə,  balıq 
ehtiyatlarına, ətraf mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər maraqlara 
əhəmiyyətli zərər vurulmasına səbəb olduqda— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[373]
 
252.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə  
2 5 3 .  Sahilyanı 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin