AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   20   21   22   23   24   25   26   27   28

393 
 
məlumatın verilməməsi 
 
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və 
təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların 
müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın 
verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış 
yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə - 
vəzifəli şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə, 
hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə 
cərimə edilir. 
 
Maddə 606. Hərbi qeydiyyat qaydalarının pozulması 
 
606.1. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını 
aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi 
vəzifəlilərdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan 
Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə sənədlərin 
tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış 
məlumatların daxil edilməsinə, onların hərbi qeydiyyata 
alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi 
qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina 
edilməsinə görə - 
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə 
edilir. 
606.2. Vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi 
xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə 
tutulmuş vəzifələrini icra etməməsinə, yəni: 
606.2.1. vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün 
müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün 
müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə; 
606.2.2. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox 
müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan 
çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına; 

394 
 
606.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 
10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra 
hakimiyyəti orqanına məlumat verməməsinə görə - 
otuz manat məbləğində cərimə edilir. 
606.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü 
maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə 
tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına 
üzrlü səbəblər olmadan gəlməməsinə görə - 
əlli manat məbləğində cərimə edilir. 
Qeyd: Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni 
əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış 
və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan 
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən 
cinayət məsuliyyətinə səbəb olur.  
 
Maddə 607. Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması  
və ya itirilməsi 
 
Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi 
qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya 
itirilməsinə görə - 
xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. 
  
Maddə  608. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə 
orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən 
səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin 
edilməməsi 
 
608.1. Müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə 
orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, 
idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan 
edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və 

395 
 
onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə 
gətirilməsinin təmin edilməməsinə görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.  
608.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə 
orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə 
və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan 
Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” 
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səfərbərlik 
hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin 
yerinə yetirilməməsinə görə- 
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə 
edilir.  
Maddə 609. Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin 
pozulması 
 
609.1. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə 
orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan 
təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna 
əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti 
barədə məlumatların təqdim edilməməsinə görə- 
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək 
məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli 
manatadək məbləğdə cərimə edilir.  
609.2. Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat 
vasitələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və 
qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və 
xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim 
olunmamasına görə- 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir.   
 

396 
 
M  Ü  N  D  Ə  R  İ  C  A  T 
ÜMUMİ HİSSƏ 
 
I BÖLMƏ 
ÜMUMİ MÜDDƏALAR 
 
FƏSİL   1 
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ 
XƏTALAR QANUNVERİCİLİYİ, ONUN VƏZİFƏLƏRİ 
VƏ PRİNSİPLƏRİ 
 
 

FƏSİL   2 
İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT 
 
4   
FƏSİL   3 
ƏMƏLİN İNZİBATİ XƏTA OLMASINI ARADAN 
QALDIRAN HALLAR 
 
 
7   
FƏSİL   4 
İNZİBATİ TƏNBEH 
 
7   
FƏSİL   5 
İNZİBATİ TƏNBEH TƏTBİQ ETMƏ 
 
11   
FƏSİL   6 
İNZİBATİ MƏSULİYYƏTDƏN AZAD ETMƏ 
 
15   
 
 
 
II BÖLMƏ 
 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ OLAN 
ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR) 
 
FƏSİL   7 
ƏSAS QAYDALAR 
 
16 
FƏSİL   8 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN 
AİDİYYƏTİ 
 
17 

397 
 
FƏSİL   9 
SƏLAHİYYƏTİ OLAN ORQANLAR (VƏZİFƏLİ 
ŞƏXSLƏR)  TƏRƏFİNDƏN BAXILMIŞ İNZİBATİ 
XƏTALAR HAQQINDA İŞLƏR BARƏDƏ ELEKTRON 
İNFORMASİYA SİSTEMLƏRİ VƏ EHTİYATLARI 
 
 
 
 
18 
 
III BÖLMƏ 
 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT 
 
FƏSİL   10 
ÜMUMİ MÜDDƏALAR                  
19 
 
FƏSİL   11 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ 
İCRAATIN İŞTİRAKÇILARI, ONLARIN HÜQUQLARI 
VƏ VƏZİFƏLƏRİ 
 
 
25 
FƏSİL   12 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ SÜBUTLAR 
VƏ ONLARIN QİYMƏTLƏNDİRİLMƏSİ 
 
 
32 
FƏSİL   13 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATIN 
TƏMİN EDİLMƏSİ TƏDBİRLƏRİNİN TƏTBİQİ 
 
 
36 
 
IV BÖLMƏ 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ 
 
 
FƏSİL  14 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATA 
BAŞLAMA 
 
45 
FƏSİL  15 
İNZİBATİ XƏTA HAQQINDA İŞLƏRƏ BAXILMASI  
49 

398 
 
 
FƏSİL  16 
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ 
BAXILMANIN XÜSUSİYYƏTLƏRİ 
 
 
 
56 
FƏSİL  17 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ QƏRARA 
YENİDƏN BAXILMA 
 
 
63 
 
 
 
V BÖLMƏ 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ QƏRARIN İCRASI 
 
FƏSİL  18 
ÜMUMİ MÜDDƏALAR 
 
67 
FƏSİL  19 
İNZİBATİ TƏNBEHİN AYRI-AYRI NÖVLƏRİNİN 
İCRASI QAYDASI 
 
  
70 
 
 
 
                         XÜSUSİ  HİSSƏ 
 
VI BÖLMƏ 
 
İNZİBATİ XƏTALAR 
 
 
FƏSİL  20 
SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
77 
FƏSİL  21 
SİYASİ, SOSİAL VƏ ƏMƏK HÜQUQLARI ƏLEYHİNƏ 
OLAN İNZİBATİ XƏTALAR 
 
 
79   
FƏSİL  22 
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP 
MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ 
ƏLAQƏDAR İNZİBATİ XƏTALAR  
 
 
92 
 

399 
 
FƏSİL  23 
ƏHALİNİN SANİTARİYA-GİGİYENA VƏ 
SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIĞI 
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
 
93 
FƏSİL  24 
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
99 
FƏSİL  25 
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ, TƏBİƏTDƏN 
İSTİFADƏ VƏ EKOLOJİ TƏHLÜKƏSİZLİK 
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
 
101 
FƏSİL  26 
SƏNAYE, ELEKTRİK VƏ İSTİLİK ENERJİSİNDƏN 
İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR 
 
 
 
118 
FƏSİL  27 
DAMAZLIQ, BAYTARLIQ-SANİTARİYA 
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
121 
FƏSİL  28 
HAVA, DƏNİZ, ÇAY, AVTOMOBİL, DƏMİR YOLU 
NƏQLİYYATINDA VƏ METROPOLİTENDƏ OLAN 
QAYDALAR ƏLEYHİNƏ İNZİBATİ XƏTALAR 
 
 
 
126 
FƏSİL  29 
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN 
İNZİBATİ XƏTALAR 
 
136 
FƏSİL  30 
YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN 
EDİLMƏSİ VƏ AVTOMOBİL YOLLARINDAN 
İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR 
 
 
 
152 
FƏSİL  31  
RABİTƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR 
 
156 
FƏSİL  32 
İNFORMASİYADAN İSTİFADƏ EDİLMƏSİ, ONUN 
 

400 
 
YAYILMASI VƏ MÜHAFİZƏSİ QAYDALARI 
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
159 
FƏSİL  33 
YAŞAYIŞ SAHƏLƏRİNDƏN İSTİFADƏ, 
ŞƏHƏRSALMA, TİKİNTİ VƏ ABADLAŞDIRMA 
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR  
 
165 
FƏSİL  34 
İQTİSADİ FƏALİYYƏT QAYDALARI ƏLEYHİNƏ 
OLAN İNZİBATİ XƏTALAR 
 
 
167 
FƏSİL  35 
TİCARƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR 
 
 
181 
FƏSİL  36 
VERGİLƏRİN, RÜSUMLARIN ÖDƏNİLMƏSİ, 
MALİYYƏ VƏ SIĞORTA QAYDALARI ƏLEYHİNƏ 
OLAN İNZİBATİ XƏTALAR 
 
 
 
187 
FƏSİL  37 
GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR 
 
 
192 
FƏSİL  38 
İCTİMAİ QAYDA, İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ 
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR 
 
 
203 
FƏSİL  39 
İDARƏÇİLİK QAYDALARI ƏLEYHİNƏ OLAN 
İNZİBATİ XƏTALAR 
 
 
210 
FƏSİL  40 
HƏRBİ UÇOT, HƏRBİ QEYDİYYAT VƏ 
SƏFƏRBƏRLİK QAYDALARI ƏLEYHİNƏ OLAN 
İNZİBATİ XƏTALAR 
 
 
237              
 
  

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin