379
maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab
verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim
edilməməsinə, yanlış məlumatların verilməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 581. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-
hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri
tərəfindən müvafiq icra hakimiyyəti orqanının
xəbərdarlığında və ya göstərişində bildirilmiş
pozuntuların vaxtında aradan qaldırılmaması
Qeyri-hökumət təşkilatları, xarici qeyri-hökumət təşkilatlarının
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri
tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya
göstərişində bildirilmiş pozuntuların vaxtında aradan
qaldırılmamasına görə -
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 582. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial
və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi
qaydalarının pozulması
Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına alınmadan fəaliyyət
göstərməsinə görə-
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli
şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi
380
şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə
edilir.
Maddə 583. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər
Ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden
və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə
edilməsinə görə-
əlli manat məbləğində cərimə edilir.
Maddə 584. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi
qaydalarının pozulması
Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının
pozulmasına görə-
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 585. Azərbaycan Respublikasında xarici dövlətlərin və
beynəlxalq təşkilatların bayraqlarının istifadəsi
qaydalarının pozulması
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla,
Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq
təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi
şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə
cərimə edilir.
381
Maddə 586. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların
adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə
586.0. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların
adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə, yəni
“Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların
müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə zidd olaraq:
586.0.1. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən müdafiə nişanı
və ya fərqləndirici nişan qismində istifadə edilməsinə;
586.0.2. fərqləndirici siqnallardan istifadə edilməsinə;
586.0.3. hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç
və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə
edilməsinə;
586.0.4. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının
prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl
Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;
586.0.5. müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl
Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar
nişanlardan istifadə edilməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 587. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında
qanunvericiliyin pozulması
Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi
dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və
ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə
görə-
382
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 588. Mülki silahın qeydiyyatı qaydalarının pozulması
Mülki silahın qeydiyyatı qaydalarının pozulmasına görə-
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 589. Xidməti silahın saxlanması, gəzdirilməsi və ya təyinatı
üzrə istifadə edilməsi qaydalarının pozulması
Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək
üçün gəzdirilməsi hüququ olan şəxslər tərəfindən xidməti silahın və
ya onun döyüş sursatının saxlanması, gəzdirilməsi və ya təyinatı
üzrə istifadə edilməsi qaydalarının pozulmasına görə-
əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
Maddə 590. Mülki silahın və ya döyüş sursatının saxlanılması,
daşınması və ya satılması qaydalarının pozulması
590.1. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış
şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının
saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına
görə-
silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli
manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış
şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının
əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və
ya satılmasına görə-
silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz
manatadək məbləğdə cərimə edilir.
383
Maddə 591. Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi,
aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin
keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi
və ya məhv edilməsi qaydalarının pozulması
Mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının,
ixracının, kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin,
göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv
edilməsinin qaydalarının pozulmasına görə-
silah müsadirə edilməklə və ya edilməməklə səksən manatdan yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 592. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv
edildikdən sonra vətəndaşların onu satmaqdan boyun
qaçırması
Mülki silahın əldə edilməsinə xüsusi icazə və ya odlu ov və ya
idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi
hüququnu təsdiq edən şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən ləğv edildikdə, silah sahibinin bu silahı satmaqdan boyun
qaçırmasına görə-
silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 593. Möhürün (plombun) qəsdən zədələnməsi və ya
qırılması
Bu Məcəllənin 297.1, 304.2, 317.2 və 491.3-cü maddələrində
nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs
384
tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və
ya qırılmasına görə-
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 594. İnzibati icraat haqqında qanunvericiliyin pozulması
594.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni:
594.0.1. inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin
həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və
azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların
qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı
hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl
olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab
edilərək, müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud
fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə
yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün
olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə;
594.0.2. inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxsin
müraciətinə əsasən ərizələrin və inzibati icraatla bağlı digər
formulyarların (blankların) nümunələrinin ona verilməməsinə;
594.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü-özünə
etiraz etməməsinə və ya həmin qanuna əsasən iştirakına yol
verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin
inzibati icraatda iştirakına;
594.0.4. inzibati orqan tərəfindən ərizənin qəbul edildiyi gündən
ən geci 3 gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi
haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə,
yaxud qanunda nəzərdə tutulmuş hallarda təkrar ərizənin
yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul
edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim
etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət
385
və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması
səbəbindən qəbulundan imtina edilməsinə, yaxud maraqlı şəxsdən
qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər
məlumatın tələb edilməsinə;
594.0.5. inzibati aktın qəbul edilməsi, inzibati akta edilən
düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması,
dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə
inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların
nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın
verilməməsinə;
594.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən
şəxslərin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında
xəbərdar edilməməsinə;
594.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və
ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın
qanunla müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və
ya inzibati şikayətin və icraatla bağlı materialların 3 gün müddətində
şikayət instansiyasına göndərilməməsinə görə-
vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 595. İnzibati prosessual qanunvericiliyin pozulması
595.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı
çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların,
habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim
edilməməsinə görə-
vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
595.2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında
məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı
şəxsin məhkəmə iclasına buraxılmamasına görə-
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
386
Maddə 596. İnzibati xəta haqqında iş üzrə icraat zamanı
müddətlərin pozulması
596.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli
vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2, 57.4, 83.2, 83.3,
91.0.4, 97, 101, 102.5, 103, 104.4, 104.7, 111.1, 117, 131, 136.2
və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin
pozulmasına görə-
vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
596.2. Səlahiyyətli vəzifəli şəxsin bu Məcəllənin 104.1-ci
maddəsinin müddəalarını pozmaqla inzibati xəta haqqında iş üzrə
icraatın dayandırılması haqqında qərar qəbul etməsinə görə -
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 597. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında
qanunvericiliyin pozulması
597.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında
qanunvericiliyin pozulmasına, yəni:
597.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin
mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd
barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra
hakimiyyəti orqanına məlumat verilməməsinə;
597.0.2. mühafizəçi tərəfindən fiziki qüvvə və ya xüsusi vasitənin
tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra
hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat
verilməməsinə;
387
597.0.3. mühafizəçi tərəfindən xüsusi vasitə və ya mühafizəçi
vəsiqəsi itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti
orqanına məlumat verilməməsinə;
597.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə
bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin
mühafizə olunan obyektin hüdudlarından kənara çıxarılmasına və ya
istifadə üçün kənar şəxslərə verilməsinə;
597.0.5. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin
hüdudlarından kənarda daşınmasına;
597.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən
mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli
şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçilərinin
və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı,
foto və kino çəkilişinin aparılmasına görə-
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
Maddə 598. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında
qanunvericiliyin pozulması
598.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni:
598.0.1. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya
388
benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın
sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına;
598.0.2. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri
və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə
bağlı vəzifələrin yerinə yetirilməməsinə;
598.0.3. hüquqi şəxs olan monitorinq iştirakçıları və
monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət
sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə;
598.0.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə
monitorinqi orqanının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verdikləri
yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə;
598.0.5. monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və
əməliyyatların icra edilməməsinə dair “Cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin
pozulmasına;
598.0.6. monitorinq iştirakçısı və ya monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin
yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb
olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış
məlumatların verilməsinə görə-
vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min
manatadək məbləğdə cərimə edilir.
389
Maddə 599. Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-
məzun” dövlət elektron məlumat sisteminə qoşulmaması və ya
məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün
daxil edilməməsi
Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət
elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların
həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə
görə-
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 600. Dövlət qulluqçuları haqqında məlumatların vaxtında,
tam və ya düzgün verilməməsi
Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları
haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların müvafiq
dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət
Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə
görə-
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 601. Hüquq müəyyən edən sənədlərin verilməsi üçün
qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb
edilməsi
390
Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunvericilikdə
nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə görə-
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 602. Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi
haqqında qanunvericiliyin pozulması
602.1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat
reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
602.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat
reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi
qaydalarının pozulmasına, yəni:
602.2.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid
məlumat reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri
barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra
hakimiyyəti orqanına verilməməsinə;
602.2.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid
məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən
aparılmamış yoxlama barədə məlumatın həmin səbəblər
göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına
verilməməsinə;
602.2.3. yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və
ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə
qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına
verilməməsinə görə -
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
602.3. Bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə
tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı
391
tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən
edilmiş tələblərin və prosedurların pozulmasına görə -
vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
602.4. Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid
sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı
yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə və
sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal
müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə,
habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış
keçirilməsinə mane olmağa görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
FƏSİL 40
HƏRBİ UÇOT, HƏRBİ QEYDİYYAT VƏ SƏFƏRBƏRLİK QAYDALARI
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
Maddə 603. Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların
vaxtında verilməməsi
603.1. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların
siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan
orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına
müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
392
603.2. Çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq imkanlarının
məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların
soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq
vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında
dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində
cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına
təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş
müddətdə təqdim edilməməsinə görə -
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək
məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli
manatadək məbləğdə cərimə edilir.
603.3. Bu Məcəllənin 603.1-ci və 603.2-ci maddələrində nəzərdə
tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin
hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının
rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının
dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və
hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar
tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş
müddətdə təqdim edilməməsinə görə -
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 604. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma
İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata
alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü
səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə
görə -
otuz manat məbləğində cərimə edilir.
Maddə 605. Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə
|