AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

310 
 
inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü 
maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz. 
 
Maddə  452. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması 
qaydalarının pozulması 
 
452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan 
dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına 
çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının 
pozulmasına görə- 
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.  
452.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, 
ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji 
fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları 
istisna olmaqla, digər malların satılmasına görə- 
üç yüz əlli manat məbləğində cərimə edilir.   
 
Maddə 453. İstehlakçının mal (iş, xidmət) haqqında məlumat 
almaq hüququnun pozulması 
 
İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak 
xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq 
müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ 
sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, 
təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, 
saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində 
satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir.    
 
Maddə  454. Qanunsuz küçə ticarəti 
 

311 
 
Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya 
işlərin (xidmətlərin) görülməsinə görə- 
səksən manat məbləğində cərimə edilir.   
 
Maddə 455. Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün 
məmulatı ticarəti qaydalarının pozulması 
 
455.1. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün 
məmulatlarının satışı qaydalarının pozulmasına görə- 
əlli manatdan səksən manatadək cərimə edilir.  
455.2. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün 
məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə  456. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı 
 
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə 
edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək 
məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  457. Qiymətli metalların və qiymətli daşların istehsalı, 
emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış 
məhsulların (məmulatların) mühafizəsi, pərakəndə 
satışı, uçotu, saxlanılması, onların qırıntılarının və 
tullantılarının yığılması qaydalarının pozulması 
 
457.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, 
istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək 

312 
 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz 
manatadək məbləğdə cərimə edilir. 
457.2. Qiymətli metalların və qiymətli daşların, onlardan 
hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə 
satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının 
yığılması qaydalarının pozulmasına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz 
manatadək məbləğdə cərimə edilir. 
 
Maddə 458. Üzərində dövlət əyar damğası olmayan və ya saxta 
əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli 
daşlardan hazırlanmış zərgərlik və ya digər məişət 
məmulatlarının satışı 
 
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, 
üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan 
və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və 
qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət 
məmulatının satışına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz 
manatadək məbləğdə cərimə edilir. 
 
Maddə 459. Elektron ticarət haqqında qanunvericiliyin pozulması 
 
459.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya 
(sifarişçiyə) və ya səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın 
verilməsinə görə- 

313 
 
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə 
cərimə edilir.   
459.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin 
xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi 
monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata 
keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya 
təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur 
edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi 
tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə - 
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə 
cərimə edilir.   
459.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi 
tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların 
(təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya 
ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın 
verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə 
əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların 
(təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatların 
təqdim edilməməsinə görə - 
fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək 
məbləğdə cərimə edilir.   
459.4. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi 
tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə 
tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq 
pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən xidmətin 
dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin 

314 
 
göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın 
məhdudlaşdırılmamasına görə - 
fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək 
məbləğdə cərimə edilir.   
 
FƏSİL 36 
 
VERGİLƏRİN, RÜSUMLARIN ÖDƏNİLMƏSİ, MALİYYƏ VƏ SIĞORTA 
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
Maddə  460. Vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını 
ödəməkdən yayınma 
 
Az miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını 
ödəməkdən yayınmağa görə - 
inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin 
məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. 
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, iki min manatadək olan 
məbləğ başa düşülür.   
 
Maddə 461. Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay 
bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və 
digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət 
üzrə vergi hesabatlarının və dövlət rüsumunun 
tutulması barədə hesabatların təqdim edilmə 
qaydalarının pozulması 
 
461.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü 
haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən 

315 
 
olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas 
olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti 
orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar 
nəzərdə tutulduğu hallar istisna olmaqla) görə - 
vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir. 
461.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun 
tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına 
təqdim edilməməsinə görə -  
vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir. 
 
Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması  
 
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və 
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta 
nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və 
məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim 
olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə 
əsasən tələb olunan digər məlumat formalarında informasiya və 
göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot 
sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən 
edilmiş qaydaların pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 463. Poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə 
xidmətləri sahəsində qanunvericiliyin pozulması 
 
Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində 
fəaliyyətinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı 
tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və 

316 
 
tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam 
və ya düzgün təqdim olunmamasına görə- 
vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 464. Məcburi auditdən yayınma 
 
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu 
ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi 
auditdən yayınmağa görə- 
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 465. İanələr barədə məlumatın maliyyə hesabatına daxil 
edilməməsi 
       
Siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən 
xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya 
nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş 
şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim 
olunan maliyyə hesabatına daxil edilməməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir.   
Maddə 466. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və 
qəbul edilməsi 
 
466.1. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-
hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət 
təşkilatının filial və ya nümayəndəliyinə nağd şəkildə verilməsinə 
görə- 

317 
 
fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min 
manatadək məbləğdə cərimə edilir. 
466.2. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-
hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət 
təşkilatının filial və ya nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul 
edilməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə 
cərimə edilir. 
Qeyd: Azərbaycan Respublikasında fəaliyyət göstərən, 
nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-
hökumət təşkilatına nağd şəkildə verilən və həmin təşkilat 
tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu 
maddənin qüvvəsi şamil edilmir.   
 
Maddə  467. Dövlət rüsumunun ödənilməsi qaydalarının 
pozulması 
 
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət 
rüsumunun düzgün tutulmamasına, yaxud dövlət büdcəsinə 
vaxtında və ya tam ödənilməməsinə görə- 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə  468. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı 
məlumatların verilməsi 
 
Sığorta müqaviləsi bağlanarkən və ya qüvvədə olarkən, həmçinin 
sığorta hadisəsinin araşdırılması və zərərlərin tənzimlənməsi zamanı 
sığortalılara və (və ya) sığorta olunanlara, həmçinin faydalanan 
şəxslərə onların hüquq və vəzifələri haqqında sığortaçılar və sığorta 

318 
 
vasitəçiləri tərəfindən yanlış və ya aldadıcı məlumatların, həmçinin 
belə məlumatların əks olunduğu sənədlərin verilməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 469.  İcbari sığorta müqaviləsinin bağlanmaması 
 
469.1. Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə 
tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, 
müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən 
edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari 
sığorta müqaviləsinin bağlanmamasına görə - 
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən 
manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə 
edilir. 
469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri 
nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari 
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 
müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən 
edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari 
sığorta müqaviləsinin bağlanmamasına görə- 
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş 
yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində 
cərimə edilir.   
469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək 
vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən 
sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə- 
 fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat 
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 
 
Maddə 470. İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta 

319 
 
haqlarından məcburi ayırmaların aparılmaması 
 
İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından 
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş məcburi ayırmaların vaxtında və ya tam 
aparılmamasına görə- 
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min 
manat məbləğində cərimə edilir.   
 
Maddə 471. Sığorta nəzarətinin həyata keçirilməsinin 
maliyyələşdirilməsi üçün müəyyən edilmiş ayırmaların 
aparılmaması 
       
Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və 
nəzarət funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin 
maliyyələşdirilməsi üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş, sığortaçının daxil olan 
sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından 
aparmalı olduğu müvafiq ayırmaların vaxtında və ya tam həyata 
keçirilməməsinə görə- 
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min 
manat məbləğində cərimə edilir.   
 
Maddə 472. Sığorta növünün qanunsuz aparılması 
 
Sığortaçı tərəfindən hər hansı sığorta növünün sığorta nəzarəti 
orqanından müvafiq icazə almadan aparılmasına görə - 
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, 
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 473. Sığorta qanunvericiliyinin aktuarilərlə, müstəqil 
ekspertlərlə, müstəqil auditorlarla və sığorta sahəsində 

320 
 
yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı 
tələblərinin pozulması 
 
473.1. Aktuarilər (bu Məcəllənin 473.2-ci və 473.3-cü 
maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), müstəqil 
ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı 
fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta 
qanunvericiliyinin onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş 
tələblərinin pozulmasına görə - 
iki yüz manat məbləğində cərimə edilir. 
473.2. Məsul aktuari tərəfindən “Sığorta fəaliyyəti haqqında” 
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə 
riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin aktuari rəyinin 
sığortaçıya və sığorta nəzarəti orqanına vaxtında təqdim 
edilməməsinə görə- 
üç yüz manat məbləğində cərimə edilir. 
473.3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə müəyyən edilmiş hallarda məsul aktuari tərəfindən yazılı 
məlumatın sığorta nəzarəti orqanına verilməməsinə görə - 
 beş yüz manat məbləğində cərimə edilir. 
 
Maddə 474. Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş 
təqdimatların vaxtında və tam yerinə yetirilməməsi 
 
Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların 
vaxtında və (və ya) tam yerinə yetirilməməsinə görə- 
vəzifəli şəxslər altı yüz manatdan min manatadək məbləğdə, 
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 475. Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan 
sığorta vasitəçiləri tərəfindən müvafiq məlumatların verilməməsi 
 

321 
 
Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta 
vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən 
nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə 
bağlı sığorta qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada 
məlumat verilməməsinə görə- 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
 
 
 
 
 
Maddə 476. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya 
mövcud olan sığorta predmeti ilə bağlı əmlak 
mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi 
          
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 
ilə yol verildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının 
ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı 
əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici 
sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin “Sığorta 
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş tələbləri pozmaqla sığortaçılar, təkrarsığortaçılar 
və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə 
görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 477. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında 
qanunvericiliyin pozulması 

322 
 
 
Sığortaedənlər tərəfindən “Dövlət sosial sığorta sistemində fərdi 
uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən 
edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında 
məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim 
edilməməsinə görə– 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli 
manat məbləğində cərimə edilir.    
 
Maddə 478. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb 
etdiyi məlumatların banklar tərəfindən təqdim olunmaması 
 
Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi 
məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim 
olunmamasına görə— 
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, 
hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə 
cərimə edilir.   
 
FƏSİL 37 
 
GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
Maddə 479. Malların və nəqliyyat vasitələrinin Azərbaycan 
Respublikasının gömrük sərhədindən gömrük 
nəzarətindən kənar keçirilməsi 
 
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının 
gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar 
yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş 
vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda 
olduqda- 

323 
 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir.  
Qeyd: Bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində 
“az miqdarda olduqda” dedikdə, dörd min manatadək olan məbləğ 
başa düşülür. 
 
Maddə 480. Malların və nəqliyyat vasitələrinin Azərbaycan 
Respublikasının gömrük sərhədindən gömrük 
nəzarətindən gizlədilməklə keçirilməsi 
 
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının 
gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə 
keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar 
edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud 
bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, 
bu az miqdarda olduqda- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir.  
 
Maddə 481. Malların və nəqliyyat vasitələrinin Azərbaycan 
Respublikasının gömrük sərhədindən sənədlərdən və ya 
eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə 
etməklə keçirilməsi 
 
Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə 
vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən 
keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti 
orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks 
etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin