267
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə
cərimə edilir.
Maddə 365. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş
vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın
aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya
istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə-
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat
məbləğində cərimə edilir.
Maddə 366. Telekommunikasiya şəbəkələri, vasitələri və
qurğularının mühafizə zonalarında müvafiq icazə
olmadan işlərin aparılması
Telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizə
zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər
işlərin aparılmasına görə-
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə
cərimə edilir.
Maddə 367. Ümumi istifadəli avtomat telefonların zədələnməsi
Ümumi istifadəli avtomat telefonların zədələnməsinə görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 368. Abonentin identifikasiya modulunun və ya mobil
telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi
268
Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin
identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya
mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər
min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan
beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 369. İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin
qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi
369.1. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların
qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ
nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna
olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə
cərimə edilir.
369.2. Bu Məcəllənin 369.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə-
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə,
hüquqi şəxslər on altı min manatdan iyirmi min manatadək
məbləğdə cərimə edilir.
Maddə 370. Telekommunikasiya şəbəkələrinin mobil cihazların
qeydiyyat sisteminə qoşulmasının və (və ya)
uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsi
269
Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil
cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya)
uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə -
vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə,
hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək
məbləğdə cərimə edilir.
FƏSİL 32
İNFORMASİYADAN İSTİFADƏ EDİLMƏSİ, ONUN YAYILMASI VƏ
MÜHAFİZƏSİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
Maddə 371. İnformasiya ehtiyatlarından istifadə qaydalarının
pozulması
İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına
görə-
fiziki şəxslər əlli manatdan səksən manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 372. Ətraf mühitə dair informasiyanın verilməsinin
qanunazidd məhdudlaşdırılması
Ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd
məhdudlaşdırılmasına görə-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 373. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması
haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması
270
Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin,
idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının
məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında
sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə -
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 374. İnformasiya əldə etmək haqqında qanunvericiliyin
pozulması
374.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə
etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən
yanlış informasiya verilməsinə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi
şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
374.2. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun
qəbul edilməsindən imtina olunmasına görə-
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
374.3. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və
mühafizə qaydalarının pozulmasına görə-
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
374.4. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək
bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi
məqsəd üçün informasiya əldə edilməsinə və ya qulluq vəzifəsini
271
yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün
istifadə edilməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 375. Fərdi məlumatlar haqqında qanunvericiliyin
pozulması
375.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına,
yəni:
375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət
qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların
toplanılmasına və ya işlənilməsinə;
375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru
tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına,
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv
edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının,
işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 376. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış
foto və ya videoçəkiliş, yaxud səsyazma materiallarının
qanunsuz yayımlanması
İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya
videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat
aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto
və ya videoçəkiliş, yaxud səsyazma materiallarının kütləvi
informasiya vasitələrində yayımlanmasına görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
272
Maddə 377. Gizli qaydada informasiya alınması üçün nəzərdə
tutulmuş texniki vasitələri satış məqsədi olmadan
qanunsuz əldə etmə
Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki
vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə -
gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki
vasitələr müsadirə edilməklə, iki yüz manatdan dörd yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 378. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət
sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsi
Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən
istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə -
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək
məbləğdə cərimə edilir.
Maddə 379. Sertifikatlaşdırılmamış informasiya sistemindən,
məlumat bazasından (bankından), yaxud bu
məlumatların mühafizə vasitələrindən istifadə edilməsi
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin
sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat
bazasından (bankından), yaxud bu məlumatların mühafizə
vasitələrindən istifadə edilməsinə görə -
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
273
Maddə 380. Elektron imza və elektron sənəd haqqında
qanunvericiliyin pozulması
380.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd
dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə-
fiziki şəxslər əlli manatdan səksən manatadək, vəzifəli şəxslər beş
yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min
manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
380.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin
fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya
sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə
görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər
yeddi yüz manatdan min manatadək, hüquqi şəxslər beş min
manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
380.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imza yaratma
məlumatlarının və imza sahibi barəsində məlumatların
mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və
düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin
təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz
dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir
edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında
çatdırılmamasına görə-
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə
edilir.
380.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində,
qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni
təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli və səriştəli
işçi heyətə, xidmət göstərilmiş elektron sənədlərin vaxtını və
mənbəyini təyin etməyə imkan verən şəraitə, həmin elektron
sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması
üçün etibarlı sistemə malik olmamasına görə-
274
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər
beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər iki min
manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 381. Kütləvi informasiya vasitələrinin yayılmasına
mane olma
Kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən
edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin
tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan
məhdudiyyətlər qoyulmasına görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 382. Jurnalistlərin hüquqlarının pozulması
382.1. Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna
cavab verməməyə görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə
informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya
informasiya verilməsindən imtina etməyə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 383. Teleradio verilişlərindən (proqramlarından) istifadə
qaydalarını pozma
383.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni
maneələr yaradılmasına görə-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
275
383.2. Teleradio təşkilatlarının razılığı olmadan onların
verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya
mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin)
yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına),
satılmasına və ya kütləvi nümayişinə görə-
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək, hüquqi
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə
edilir.
Maddə 384. Televiziya və radio yayımı haqqında qanunvericiliyin
pozulması
384.0. Teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı
haqqında qanunvericiliyin pozulmasına görə, yəni:
384.0.1. yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi
inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən
erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən
edilmiş xüsusi qaydaların pozulmasına;
384.0.2. nəzarət fonoqramlarının surətinin müvafiq dövlət orqanı
tərəfindən müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim
edilməməsinə;
384.0.3. insanların həyatı, sağlamlığı və ya yaşayış məntəqələrinin
normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii
fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının
dərhal və pulsuz olaraq yayımlanmamasına;
384.0.4. ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin
təqdir olunmasına;
384.0.5. peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı
qaydalarının pozulmasına;
384.0.6. qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş
müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən
edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında
yayımlamamasına görə-
276
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 385. Teleradio yayımı sahəsində lisenziyanın qayda və
şərtlərinin pozulması
Teleradio yayımı sahəsində lisenziyanın qayda və şərtlərinin
pozulmasına görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 386. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində
qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi
Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata
alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və
kütləvi nümayiş etdirilməsinə görə-
iki min manat məbləğində cərimə edilir.
Maddə 387. Kütləvi informasiya vasitələrinə qanunsuz
sponsorluq etmə
Kütləvi informasiya vasitələrinə, o cümlədən teleradio verilişlərinin
(proqramlarının) hazırlanmasında sponsorluqla bağlı “Televiziya və
radio yayımı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında”
Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulmasına
görə-
fiziki şəxslər min manatdan min beş yüz manatadək, vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək,
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə
cərimə edilir.
277
Maddə 388. Kütləvi informasiya azadlığından və jurnalist
hüququndan sui-istifadə etmə
388.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul
redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya
azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə,
yəni:
388.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları
açıqlamağa;
388.0.2. mətbu nəşrdə çap olunan materialların “Kütləvi
informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının
Qanununun tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;
388.0.3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallardan başqa
informasiyanı onun mənbəyini göstərmədən yaymağa;
388.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya
vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad
məlumatlarını qəsdən yanlış göstərməyə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 389. Statistik məlumatların verilməsi qaydalarının
pozulması
Statistik müşahidələrinin aparılması üçün zəruri olan məlumatların
təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud
hesabatların təhrif edilməsinə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 390. Statistik sirrin yayılması
278
390.1. Statistik sirrin yayılmasına, yəni hüquqi şəxslərin (onların
nümayəndəlik və filiallarının) və ya fiziki şəxslərin razılığı olmadan,
onlar haqqında məlumatların bu məlumatlardan istifadə etməyə
hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara,
yaxud fiziki şəxslərə verilməsinə görə-
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə
edilir.
390.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına
görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 391. Arxiv sənədlərinin, sənəd kolleksiyalarının
saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının
pozulması
Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı
və ya istifadə olunması qaydalarının pozulmasına görə-
xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan səksən
manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz
manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 392. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə
bağlı tələblərin pozulması
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş tələblərin pozulmasına görə -
279
vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər yeddi
yüz manat məbləğində cərimə edilir.
FƏSİL 33
YAŞAYIŞ SAHƏLƏRİNDƏN İSTİFADƏ, ŞƏHƏRSALMA, TİKİNTİ VƏ
ABADLAŞDIRMA QAYDALARI ƏLEYHİNƏ OLAN
İNZİBATİ XƏTALAR
Maddə 393. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması
393.1. Yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən
meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz
saxlanması qaydalarının pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə
edilir.
393.2. Yaşayış sahələrinin istifadə edilməsi və mühəndis
avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların
təsərrüfatsızlıqla saxlanmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
393.3. Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və
ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün
istifadəyə görə, əgər bu şəxslərin hüquqlarını və qanuni
mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real
təhlükə yaradırsa-
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
280
393.4. Yaşayış binalarının, onların avadanlığının və abadlıq
obyektlərinin korlanmasına görə -
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 394. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində
qanunvericiliyin pozulması
394.0. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin
pozulmasına, yəni:
394.0.1. lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya
barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların
layihələndirilməsi, yaxud tikintisinə icazə tələb edilən bina və
qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işləri ilə
məşğul olmağa;
394.0.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti
Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik
edilməsinə;
394.0.3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinə əsasən ekspertizadan keçirilməsi tələb olunan tikinti
layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin
tikintisinin həyata keçirilməsinə;
394.0.4. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan dini
ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən
qurulmasına;
394.0.5. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;
394.0.6. tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara
verilməsi qaydalarını pozmağa;
394.0.7. tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı
müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı
|