AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

253 
 
342.5.  Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və 
şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud 
konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın 
aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin 
istismarına görə -      
əlli manat məbləğində cərimə edilir. 
342.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu 
əldə saxlamaqla ondan istifadə etməsinə görə - 
əlli manat məbləğində cərimə edilir.  
342.7. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin 
olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya 
başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə 
nəqliyyat vasitələrini idarə etməyə görə- 
altmış manat məbləğində cərimə edilir.  
342.8. Bu Məcəllənin 342.1.1, 342.1.2, 342.1.4-342.1.6, 342.1.8, 
342.2.1-342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 
xəsarətinin yetirilməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini 
idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.  
342.9. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi 
(çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat 
vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və 
tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin 
dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və 
ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik 
törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər 
texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə 
pozan səs siqnallarından istifadə edilməsinə görə - 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın 
bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz 
manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.  

254 
 
Qeyd: Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə 
tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli 
olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb 
edilmir. 
 
Maddə 343. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinədən imtina 
 
343.1. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş 
hallarda  sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan 
şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini 
idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 
343.2. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə 
tutulmuş hallarda  sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün 
tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla, dörd yüz manatdan yeddi yüz manatadək 
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən 
bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
343.3. Bu Məcəllənin 333.4 və 333.5-ci maddələrində nəzərdə 
tutulmuş hallarda  sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün 
tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla bir aydan üç ayadək müddətə inzibati həbs 
tətbiq olunur. 

255 
 
343.4. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş 
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək 
müddətə inzibati həbs tətbiq olunur. 
343.5. Bu Məcəllənin 334.2-ci maddəsində nəzərdə tutulmuş 
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
343.6. Bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş 
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına 
görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan 
iki ayadək müddətə inzibati həbs tətbiq olunur.   
343.7. Bu Məcəllənin 334.4 və 334.5-ci maddələrində nəzərdə 
tutulmuş hallarda  sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün 
tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 
 
Maddə  344. Tibbi müayinədən keçməyən sürücülər tərəfindən 
nəqliyyat vasitələrinin idarə edilməsi 
 
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər 
tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə- 
otuz manat məbləğində cərimə edilir.   
 

256 
 
Maddə  345. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri 
qaydalarının pozulması 
 
345.1. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və 
saxlanılması qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər altmış manat məbləğində, hüquqi şəxslər yüz əlli 
manat məbləğində cərimə edilir.  
345.2. Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra 
hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə- 
iki yüz əlli manat məbləğində cərimə edilir.   
 
Maddə 346. Dayanma və ya durma qaydalarının pozulması 
 
346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə - 
iyirmi manat məbləğində cərimə edilir.  
346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq 
meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az 
yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya 
durmasına görə - 
qırx manat məbləğində cərimə edilir.  
346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri 
mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq 
müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 
nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda 
dayandırmağa görə - 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 347. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat 
verilməməsi 
   
   
Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat 
vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs 
haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə 

257 
 
sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə 
görə - 
vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxs üç yüz 
manat məbləğində cərimə edilir.  
 
Maddə 348.  Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması 
qaydalarının pozulması 
 
Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının 
pozulmasına görə- 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz 
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində 
cərimə edilir.  
 
 
FƏSİL 30 
 
YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ VƏ 
AVTOMOBİL YOLLARINDAN İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ OLAN 
İNZİBATİ XƏTALAR 
 
Maddə  349. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin 
təhlükəsizliyinin təmin edilməməsi 
 
Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına 
yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər 
məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə 
görə- 
vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək 
məbləğdə cərimə edilir.  
 
 

258 
 
Maddə  350. Avtomobil yollarının layihələndirilməsi, tikintisi, 
yenidən qurulması və təmiri zamanı yol hərəkəti 
təhlükəsizliyi qaydalarının pozulması 
 
350.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə 
əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, 
təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya 
təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının 
layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol 
hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə 
əməl edilməməsinə görə-  
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə 
cərimə edilir.  
350.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki 
vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə- 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 351. Avtomobil yollarının saxlanılması, qorunması və 
abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi 
qaydalarının pozulması 
 
Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması 
qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz 
hərəkət şəraitinin yaradılmamasına görə- 
vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə 
cərimə edilir.   
 

259 
 
Maddə 352. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin 
təmin edilməsi qaydalarının pozulması 
 
352.0. Avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və 
mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, 
yəni: 
352.0.1. örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını 
korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı 
şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə, həmçinin müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş 
avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları 
ilə yüklə hərəkətinə; 
352.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə 
zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı 
məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına; 
352.0.3. yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, 
kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, 
qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən 
materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan 
aparılmasına; 
352.0.4. avtomobil yollarının körpü keçidlərində çayın məcrası 
boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid 
olmayan tikinti işlərinin aparılmasına, habelə torpaq və çınqıl 
kütləsinin götürülməsinə; 
352.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin 
altından taxta-şalban axıdılmasına; 
352.0.6. avtomobil yollarının torpaq sahələrində mal-qaranın 
otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara 
aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı 
olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya 
bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-
qaranın keçirilməsinə; 

260 
 
352.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan 
almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların 
yerləşdirilməsinə; 
352.0.8. avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər 
istisna olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və 
qruntun götürülməsinə, oradakı otların biçilməsinə; 
352.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə; 
352.0.10. suvarma, sənaye, çirkab və kanalizasiya sularının 
avtomobil yoluna və yağış sularının avtomobil yolundan 
kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara 
axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, 
avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol 
örtüyünün çirkləndirilməsinə; 
352.0.11. sərnişin daşımalarının marşrutlarının müvafiq icra 
hakimiyyəti orqanı ilə razılaşdırılmamasına görə; 
352.0.12. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin 
ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin 
küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri 
pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə 
avtomobili olmadan hərəkət etməsinə görə - 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
 
 
Maddə 353. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin 
icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən 
kütlə parametrlərinə dair tələblərin pozulması 
 
353.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) 
ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə 

261 
 
birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə 

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.  
353.2. Bu Məcəllənin 353.1-ci maddəsində nəzərdə tutulan hal 
istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) 
ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə 
birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə 

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.  
353.3. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan hal 
istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli 
və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki 
və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla 
yüklənməsinə görə - 
altı yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.  
353.4. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən 
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il 
ərzində təkrar törədilməsinə görə - 
fiziki şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan 
bir ilədək müddətə məhdudlaşdırılmaqla, min manatdan min iki yüz 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz 
manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş 
yüz manatdan altı min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  354. Avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi 
qaydalarının pozulması 
 
354.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl 
etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və 

262 
 
mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının 
pozulmasına, yəni: 
354.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların 
yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və 
ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin 
piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə 
etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin 
təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət 
hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə 
əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına; 
354.0.2. geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə 
və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, 
avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata 
keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə; 
354.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla 
birləşmələrin və kəsişmələrin yaradılmasına; 
354.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların 
qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla 
kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və 
piyadaların hərəkətinə maneələr yaradılmasına; 
354.0.5. avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan 
nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların 
qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası 
Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının 
yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, 
reklam və digər məlumat qurğularının yerləşdirilməsinə; 
354.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, 
digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən 
qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının 
dərinləşdirilməsinə; 
354.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod 
sınaqlarının keçirilməsinə; 

263 
 
354.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və 
yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, 
pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarət 
aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və 
yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol 
hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində 
nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti 
tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, 
saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan 
bina və qurğuların yerləşdirilməsinə; 
354.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin 
keçirilməsinə; 
354.0.10. tırtıllı, uzunölçülü, iriqabaritli, ağırçəkili və ya təhlükəli 
yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil 
yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun 
mühəndis konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və ya 
yolda yerləşdirilən qurğulara müdaxilə edilməsinə görə- 
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 355. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya 
qadağan edilməsi 
 
Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan 
edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş 
göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya 
özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya 
qadağan etməyə görə- 
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi 

264 
 
şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə  356. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı 
qaydalarının pozulması 
 
356.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz 
olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə- 
on manat məbləğində cərimə edilir.  
356.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, 
yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə 
işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə- 
qırx manat məbləğində cərimə edilir.  
 
Maddə 357. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının 
pozulması 
 
Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına 
görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar qırx manatdan əlli 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar yüz əlli manatdan iki yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə  358. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi 
 
İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə- 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat 
məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.   
 
 
 
 

265 
 
FƏSİL 31 
 
RABİTƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
Maddə 359. Telekommunikasiya şəbəkələrinin, vasitə və 
qurğularının mühafizəsi qaydalarının pozulması 
 
Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə 
qaydalarının pozulmasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər 
səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər dörd min 
manatdan beş min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 360. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar 
aparma 
   
   
Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə 
qanunsuz olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş 
şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə- 
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 
Qeyd:  Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan 
məbləğ başa düşülür.   
 
Maddə  361. Dövlət poçt ödənişi nişanlarının qanunsuz 
hazırlanması, nəşri, dövriyyəyə buraxılması və dövriyyədən 
çıxarılması 
   
    
Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nəşri, dövriyyəyə 
buraxılması və dövriyyədən çıxarılması qaydalarının pozulmasına 
görə- 
poçt ödənişi nişanları müsadirə edilməklə və ya edilməməklə fiziki 
şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər dörd yüz  

266 
 
manatdan beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç 
min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  362. Rabitə xidməti qaydalarının pozulması 
 
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti 
qaydalarının pozulmasına, yəni mövcud standartlar, norma və 
qaydalara əməl edilməməsinə görə- 
səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 363. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri 
və qurğularından qanunsuz istifadə edilməsi 
 
Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və 
qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində 
istifadə edilməsinə görə - 
telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və 
ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 364. Telekommunikasiya şəbəkələrinin və qurğularının 
layihələşdirilməsi, tikintisi, təmiri, yenidən qurulması, 
quraşdırılması və ya yerdəyişməsi qaydalarının və 
normalarının pozulması 
 
Telekommunikasiya şəbəkələrinin və qurğularının 
layihələşdirilməsinin, tikintisinin, təmirinin, yenidən qurulmasının, 
quraşdırılmasının və ya yerdəyişməsinin müvafiq dövlət və sahə 
standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq 
aparılmamasına görə- 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin