AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

226 
 
Maddə  309. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə 
qurğularının və avadanlığının zədələnməsi 
 
Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və 
avadanlığının zədələnməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 310. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması 
 
Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçırmağa, 
gəminin müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin 
birində qeydiyyata alınmasına və ya gəmi reyestlərinə daxil olan 
məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 311. Kiçik həcmli gəmilərin istismar qaydalarının 
pozulması 
 
Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik 
həcmli gəmilərdən, onların dayanması üçün bazalardan 
(qurğulardan) istifadə qaydalarının pozulmasına görə- 
yüz manat məbləğində cərimə edilir və ya kiçik həcmli gəmini 
idarə etmək hüququ altı aydan iki ilədək müddətə məhudlaşdırılır.    
 
Maddə  312. Limanlarda yükvurma, yükləri boşaltma və yığma 
qaydalarının pozulması 
 
Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının 
pozulmasına görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər iki yüz manat 
məbləğində cərimə edilir.   
 
 

227 
 
 
Maddə 313. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının 
pozulması 
 
313.1. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının 
pozulmasına görə - 
vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir. 
313.2. Dəniz Limanları Reyestrinin aparılması üçün zəruri olan 
məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim 
edilməməsinə, yaxud yanlış məlumatların verilməsinə görə, 
həmçinin  reyestrə daxil olan məlumatların dəyişdirilməsi barədə 
məlumatın verilməməsinə görə - 
iki yüz manat məbləğində cərimə edilir. 
 
Maddə 314. Dəniz limanlarında gəmi agenti xidmətlərinin 
qanunsuz göstərilməsi 
 
Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat olmadan 
dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə -  
fiziki şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər yeddi yüz 
manat məbləğində cərimə edilir. 
 
Maddə 315. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Gəmi 
və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq 
Məcəllə”nin tələblərinin pozulması 
 
Dəniz limanının  “Gəmi və liman vasitələrinin mühafizəsi 
haqqında Beynəlxalq  Məcəllə”də nəzərdə tutulmuş sənədlər 
olmadan fəaliyyət göstərməsinə  görə -  
vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min 
manat məbləğində cərimə edilir. 
 
Maddə 316. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və 

228 
 
predmetlər aparma qaydalarının pozulması 
 
Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər 
aparma qaydalarının pozulmasına görə- 
xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.   
 
Maddə 317. Dəniz və çay nəqliyyatında yüklərin qorunması 
qaydalarının pozulması 
 
317.1. Yükdaşıma üçün nəzərdə tutulmuş üzən nəqliyyat 
vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.  
317.2. Konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin 
zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların 
qutularını, paketlərini, liman (körpü) yük rayonlarının (sahələrinin), 
şlüzlərin konteyner məntəqələrinin (meydançalarının) və yük 
daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların 
hasarlarını zədələməyə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.   
 
Maddə 318. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş 
yerlərdə siqaret çəkmə 
 
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret 
çəkməyə görə- 
qırx manat məbləğində cərimə edilir.   
 
Maddə 319. Nəqliyyatda biletsiz getmə 
 
319.1. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən 
avtobusda sərnişin biletsiz getməyə görə- 
beş manat məbləğində cərimə edilir.  

229 
 
319.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə 
yetirən avtobusda sərnişin biletsiz getməyə görə- 
on beş manat məbləğində cərimə edilir. 
319.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin 
biletsiz getməyə  görə- 
iyirmi beş manat məbləğində cərimə edilir. 
319.4. Dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə- 
otuz manat məbləğində cərimə edilir.  
319.5. Dəniz və çay nəqliyyatında sərnişin biletsiz getməyə görə- 
otuz beş manat məbləğində cərimə edilir.  
319.6. Hava nəqliyyatında sərnişin biletsiz getməyə görə- 
qırx manat məbləğində cərimə edilir.   
 
Maddə  320. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparma 
 
320.1. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən 
avtobusda sərnişinin biletsiz aparılmasına görə- 
iyirmi manat məbləğində cərimə edilir.  
320.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə 
yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə- 
otuz manat məbləğində cərimə edilir. 
320.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinin 
biletsiz aparılmasına görə- 
qırx manat məbləğində cərimə edilir. 
320.4. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına 
görə- 
qırx manat məbləğində cərimə edilir.  
320.5. Dəniz və çay nəqliyyatında sərnişinin biletsiz aparılmasına 
görə- 
əlli manat məbləğində cərimə edilir.  
320.6. Hava nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə- 
altmış manat məbləğində cərimə edilir.    

230 
 
 
Maddə 321. Sənədsiz sərnişin daşıma 
 
Beynəlxalq daşımalar həyata keçirən şəxs tərəfindən müvafiq 
dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik 
olmayan sərnişinin daşınmasına görə- 
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz 
manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində 
cərimə edilir.   
 
Maddə 322. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması 
qaydalarının pozulması 
 
322.0. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması 
qaydalarının pozulmasına, yəni: 
322.0.1. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası 
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən 
avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə 
riayət olunmamasına; 
322.0.2. “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və 
baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat 
göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin 
daşımalarının həyata keçirilməsinə; 
322.0.3. müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının 
tətbiq edilməsinə; 
322.0.4. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası 
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən 
avtobusda siqaret çəkilməsinə; 
322.0.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası 
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən 
avtobuslarda aparılmasına yol verilməyən əşyaların daşınmasına; 
322.0.6. müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə 
bilavasitə əlaqəsi olmadıqda audiocihazlardan istifadə edilməsinə; 

231 
 
322.0.7. taksi minik avtomobilində, müntəzəm və ya qeyri-
müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və 
beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, 
baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş 
tələblərə riayət olunmamasına görə- 
qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 323. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması 
qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması 
 
323.1. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 
şamil edildiyi avtomobil daşımaları həyata keçirilərkən həmin 
qaydalarda nəzərdə tutulmuş qalaq (tökülən) yüklərin, tikinti 
materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka 
məmulatlarının daşınması şərtlərinin pozulmasına görə- 
qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.  
323.2. Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə 
rəsmiləşdirilmədən daşınmasına görə- 
iyirmi manat məbləğində cərimə edilir. 
 
Maddə 324. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil 
nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin 
pozulması 
 
324.1. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə 
sərnişin və yük daşınmasına görə- 
yüz manat məbləğində cərimə edilir.  
324.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair 
xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə- 
əlli manat məbləğində cərimə edilir.   
 
 

232 
 
Maddə 325. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti 
ilə məşğul olma və pasportla müəyyən edilmiş müvafiq 
kateqoriyaya uyğun texnoloji prosesi pozma 
 
325.1. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə 
məşğul olmağa görə- 
min beş yüz manat məbləğində cərimə edilir.  
325.2. Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq 
kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə- 
beş yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 326. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin 
yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin 
təşkil edilməməsi 
 
Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat 
vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin 
avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri 
tibbi müayinəsinin təşkil edilməməsinə görə - 
vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.    
 
 
 
FƏSİL 29 
 
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
Maddə  327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol 
hərəkəti qaydalarının pozulması 
 

233 
 
327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin 
işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat 
vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud 
araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış 
zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan 
ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol 
hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə 
tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat 
vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- 
qırx manat məbləğində cərimə edilir.  
327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi 
verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol 
nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət 
zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə 
qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat 
vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin 
sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 
və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola 
və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 
altmış manat məbləğində cərimə edilir.  
327.3. Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, 
yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat 
vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə- 
səksən manat məbləğində cərimə edilir. 
327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət 
istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi 
nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam 
olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək 
nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- 
yüz manat məbləğində cərimə edilir.  
327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda 
texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət 
etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük 

234 
 
avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə 
dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə - 
yüz manat məbləğində cərimə edilir. 
327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi 
sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- 
yüz manat məbləğində cərimə edilir. 
327.7. Bu Məcəllənin 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 
331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən 
edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər 
tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - 
nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə 
məhdudlaşdırılır. 
327.8. Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində 
nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin 
sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - 
iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini 
idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 
Qeyd: 
1. Bu Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 
balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş 
xətalar 3 balla, 327.3-327.6, 328.4, 342.7 və 346.3-cü 
maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. 
2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin 
kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə 
tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat 
vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə 
edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi 
xətaya müvafiq bal təyin edilir. 
3. Bu Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş hallarda 
şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara 
aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi 
xətaya görə müəyyən edilmiş bal təyin edilir. 

235 
 
4. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir 
neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi xətaya görə 
müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq 
təyin edilir.   
5. Bu Məcəllənin 327.8, 333.1 və ya 343.1-ci maddəsində nəzərdə 
tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini 
idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq 
edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. 
6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati 
tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 (bir) 
il müddətində qüvvədə olur.   
7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol 
nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı 
maddəsinin qüvvəsi şamil edilmir. 
8. Bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan əməl 
hərəkət sürətinin həddi 110 km/saat və daha artıq müəyyən edilmiş 
yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi 
üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi nəticəsində 
törədilibsə, həmin hallara bu Məcəllənin 327.8-ci maddəsinin 
qüvvəsi şamil edilmir. 
 
 
Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma 
 
328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat 
həddində aşmağa görə- 
on manat məbləğində cərimə edilir. 
328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat 
həddində aşmağa görə- 
əlli manat məbləğində cərimə edilir. 
328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat 
həddində aşmağa görə- 

236 
 
yüz əlli manat məbləğində cərimə edilir. 
328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və 
daha artıq aşmağa görə- 
iki yüz əlli manat məbləğində cərimə edilir.   
 
Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq 
cihazlarından və səs siqnallarından istifadə qaydalarının 
pozulması 
 
329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini 
idarə etməyə görə - 
qırx manat məbləğində cərimə edilir.   
329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən 
motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu 
düymələməyən sərnişinləri motosikletdə daşımağa görə - 
qırx manat məbləğində cərimə edilir.  
329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını 
pozmağa görə- 
otuz manat məbləğində cərimə edilir.  
 
Maddə 330. Piyadaya yol verilməməsi 
 
330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 
330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 
330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi 
yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə 
görə -  
əlli manat məbləğində cərimə edilir.   
Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol 
verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya 
yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi 
nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan 

237 
 
nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini 
dəyişdirməyə məcbur etməsi başa düşülür. 
 
 
Maddə 331. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat 
vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat 
dəstəsinə qoşularaq hərəkət edilməsi 
 
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid 
üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol 
verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi 
mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə - 
yüz manat məbləğində cərimə edilir.  
 
Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan 
şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi 
 
332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat 
vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin 
etibarnamə olmadan idarə edilməsinə görə- 
qırx manat məbləğində cərimə edilir. 
332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat 
vasitəsinin idarə edilməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.  
332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 
məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə 
edilməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir.  
332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta 
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 

238 
 
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər 
vurulmasına görə- 
dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək 
müddətə inzibati həbs tətbiq olunur.   
332.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək 
hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə 
edilməsinə görə-  
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
332.6. Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə - 
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 
332.7. Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta 
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər 
vurulmasına görə - 
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 
Qeyd: Bu Məcəllənin 332.1, 335.1, 336.1 və 337.1-ci 
maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” 
dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya 
icarə müqaviləsi əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ 
olan şəxs başa düşülür. 
 
Maddə 333. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs 
tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik 
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir 
göstərən digər maddələrdən istifadə olunması 
nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 
 
333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs 
tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, 

239 
 
psixotrop maddələrdən və ya güclü təsir göstərən digər 
maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə 
edilməsinə görə- 
dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini 
idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 
333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə- 
nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək 
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək 
inzibati həbs tətbiq olunur. 
333.3. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta 
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər 
vurulmasına görə- 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və 
ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin 
şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə 
inzibati həbs tətbiq olunur. 
333.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək 
hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş 
vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -  
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati 
həbs tətbiq olunur. 
333.5. Bu Məcəllənin 333.4-cü maddəsində nəzərdə tutulmuş 
xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin