AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

140 
 
154.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati 
tənbeh tətbiq edilən şəxslərin qeydiyyatını aparır, onlara ictimai 
işlərin icrasının qayda və şərtlərini izah edir, müvafiq icra 
hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin 
siyahısını razılaşdırır, barəsində ictimai işlər növündə inzibati 
tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların 
işləmiş olduğu vaxtın uçotunu aparır. 
154.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili 
intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar 
üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən 
olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə, bu barədə 
icra məmuruna məlumat verməlidirlər. 
154.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai 
işlər növündə inzibati tənbehin icrasını dayandırmır. 
154.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə 
haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində 
nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə 
inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi 
qərarın icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə 
müraciət edə bilər. 
154.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla 
hesablanır. 
154.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə 
ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər 
növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü 
hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və 

141 
 
barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin 
əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş 
günlərində isə iki saatdan, barəsində ictimai işlər növündə inzibati 
tənbeh tətbiq edilən şəxsin razılığı ilə isə dörd saatdan çox ola 
bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru barəsində ictimai işlər 
növündə inzibati tənbeh tətbiq edilən şəxsə həftə ərzində müəyyən 
olunmuş vaxtdan az işləməyə icazə verir. 
154.9. İctimai işlər növündə inzibati tənbehin icrası zamanı 
işəgötürən, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün 
müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların 
işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə 
yetirməkdən boyun qaçırma halları barədə icra məmuruna məlumat 
verir. 
154.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi 
qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı 
barədə rəsmi xəbərdarlıq edir. 
154.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən 
boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində 
nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.   
 
Maddə 155. Azərbaycan Respublikasının hüdudlarından kənara  
 
 
     inzibati qaydada çıxarma haqqında qərarın icrası 
 
155.1. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 

142 
 
çıxarma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk 
etməlidirlər. 
155.2. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma haqqında səlahiyyətli orqanların (vəzifəli 
şəxslərin) qərarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra 
edilir. 
155.3. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 
çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə 
boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, 
onlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən 
olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının 
qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər. 
155.4. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən 
getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda, onun Azərbaycan 
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması 
məhdudlaşdırmaya səbəb olan hallar aradan qalxdıqdan sonra icra 
edilir. 
155.5. Azərbaycan Respublikasının ərazisindən inzibati 
qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin 
çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin 
çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi 
onları qəbul edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul 
edən tərəf olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının üzərinə 
düşür. 
155.6. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma haqqında qərar icra edildikdən sonra, 

143 
 
çıxarma haqqında müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul 
etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. 
155.7. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma inzibati tənbeh tədbirinin tətbiqindən irəli 
gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara 
zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya 
Məcəlləsinə uyğun olaraq həll edilir.   
 
Maddə 156. İnzibati həbs haqqında qərarın icrası 
 
156.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar 
çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. 
156.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında 
saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs 
edilənlər şəxsi axtarışdan keçirilir. 
156.3. İnzibati qaydada tutma müddəti inzibati həbs 
müddətinə daxil edilir. 
 
XÜSUSİ HİSSƏ 
 
VI BÖLMƏ 
 
İNZİBATİ XƏTALAR 
 
FƏSİL 20 
 
SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 

144 
 
 
Maddə 157. Döymə 
 
Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə 
görə - 
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və 
ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 
iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az 
ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən 
cinayət məsuliyyətinə səbəb olur. 
 
 
Maddə 158. Məişət zorakılığının qarşısının alınması haqqında  
 
 
     qanunvericiliyin pozulması 
 
158.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz 
məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun 
mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, 
gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə 
asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə 
yönəlmiş hərəkətlərə görə- 
yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 
158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən 
digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi 
şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 

145 
 
158.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-
dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət 
göstərməsinə görə- 
otuz beş manatdan əlli manatadək məbləğdə cərimə edilir. 
Qeyd: 
1. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələrində “şəxs” 
dedikdə, “Məişət zorakılığının qarşısının alınması haqqında” 
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə 
tutulmuş şəxslər başa düşülür. 
2. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələri həmin 
maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə 
səbəb olmadıqda tətbiq edilir.   
 
Maddə 159. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən 
boyun qaçırması 
 
Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı 
olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən 
sonra da müalicədən boyun qaçırmasına görə- 
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 160. Zöhrəvi xəstəliklərə və ya insanın 
immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin 
 
 
     müayinədən boyun qaçırması 
 
Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna 
yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin 

146 
 
səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da 
müayinədən boyun qaçırmasına görə- 
səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 161. Zöhrəvi xəstəliklərə və ya insanın 
immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi 
 
161.1. Zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma 
mənbəyinin, habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə 
yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə- 
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. 
161.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxs 
tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, 
insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan 
şəxsin adının gizlədilməsinə görə- 
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 162. Qanın, qan komponentlərinin donorluğu və qan 
xidməti haqqında qanunvericiliyin pozulması 
 
162.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi 
və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop 
maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın 
verilməməsinə görə- 
otuz manatdan qırx manatadək məbləğdə cərimə edilir. 
162.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan 
komponentlərinin götürülməsinə görə- 

147 
 
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi 
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. 
162.3. Müalicə müəssisələri tərəfindən qanın, qan 
komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər 
hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan 
komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan 
bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumat 
verilməməsinə görə- 
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi 
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 163. Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz 
aparılması 
 
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş 
tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına 
görə- 
vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək 
məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
FƏSİL 21 
 
SİYASİ, SOSİAL VƏ ƏMƏK HÜQUQLARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR 
 

148 
 
 
Maddə 164. Seçkiqabağı və ya referendumla  bağlı təşviqatın 
aparılması qaydalarının və müddətinin pozulması 
 
164.1. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın 
aparılmasının Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə 
müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə- 
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.  
164.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti 
başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə 
müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının teleradio 
proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən 
müdafiə etmək imkanının verilməməsinə görə - 
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək 
məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək 
məbləğdə cərimə edilir. 
 
Maddə 165. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və 
ya namizədin seçicilərlə görüşünə mane olma 
 
Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə seçkiqabağı 
təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan 
yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat 
plakatlarını və digər belə təşviqat materiallarını məhv etməyə, 
korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, 
yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə- 
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə 
edilir.   

149 
 
 
Maddə 166. Namizəd haqqında bilərəkdən yalan məlumatlar 
yayma 
 
Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və 
ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan 
məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə- 
yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə 
edilir.  
 
Maddə 167. Seçki (referendum) komissiyası üzvünün, 
müşahidəçilərin,  vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi 
partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat 
qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya 
vasitələri nümayəndələrinin hüquqlarının pozulması 
 
Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil 
edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların 
bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli 
nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin 
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş 
hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və 
məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin 
təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə- 
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 168. Seçicilər haqqında məlumatların düzgün, tam və  
 
 
     vaxtında verilməməsi 

150 
 
 
Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən həmin məlumatların düzgün, tam və 
vaxtında verilməməsinə görə - 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 169. Seçki bülletenlərinin, səsvermə protokollarının və 
vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması 
 
Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, 
səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması 
qaydalarının pozulmasına görə- 
xəbərdarlıq edilir və ya əlli manatdan yetmiş manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 170. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən 
istifadə qaydasının pozulması 
 
Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin 
nəticələri barədə protokollar imzalananadək yuxarı seçki 
komissiyalarının informasiya xidmətlərindən aşağı seçki 
komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu 
təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə 
görə - 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 171. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya 
zorakılığa çağıran çıxışlar edilməsi, yaxud belə 
materialların yayılması 
 

151 
 
Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa 
çağıran çıxışlar edilməsinə, yaxud belə materialların yayılmasına 
görə- 
altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.  
 
 
 
 
Maddə 172. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil 
edilməsi 
 
Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə 
görə - 
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 173. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq 
hüququnun və digər hüquqlarının pozulması 
 
173.0. Seçki (referendum) komissiyasının üzvü tərəfindən: 
173.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak 
etmək hüququ olan vətəndaşların siyahısı) ilə tanış olmaq 
hüququnun pozulmasına; 
173.0.2. seçici siyahılarındakı (referendumda iştirak etmək 
hüququ olan vətəndaşların siyahısındakı) yanlışlıqlar haqqında 
vətəndaşların ərizələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi 
ilə müəyyən edilmiş müddətdə baxılmamasına; 
173.0.3. qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların 
vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə- 
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 174. Seçkilərdə (referendumda) iştirak etmək üçün 
məzuniyyət verilməsindən imtina etmə 
 

152 
 
 Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin 
hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin 
edilməsi məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) 
qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki 
(referendum) komissiyasının üzvünə məzuniyyət verilməsindən 
imtina etməyə görə- 
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə 
edilir.  
 
Maddə 175. Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi 
müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması 
 
Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd 
seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını 
dayandırmamasına görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 176. Seçici imzalarının toplanması qaydasının pozulması 
 
Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və 
bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının 
toplanmasında iştirak etməsinə görə- 
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, 
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 177. Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya 
maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması 
   
   
177.1. Seçkilərin (referendumun) maliyyələşdirilməsinin 
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş 
qaydalarını pozmağa görə- 

153 
 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə 
cərimə edilir.  
177.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış 
vəsaitlərin xərclənməsi barədə namizədlər, qeydə alınmış 
namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum 
üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya 
dərc edilməməsinə görə- 
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.   
 
 
Maddə 178. Anonim təşviqat materiallarının və ya reklamların 
hazırlanması və yayılması qaydalarının pozulması 
 
178.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual 
təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını 
sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi 
barədə məlumatların göstərilməməsinə görə- 
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.  
178.2. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və 
ya qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının 
və yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin Azərbaycan 
Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının 
pozulmasına görə- 
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.   
178.3. Siyasi partiyaların, siyasi partiyaların bloklarının, 
namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada 
razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, 
yaxud yayılmasına görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 179. Səsvermənin nəticələri və ya seçkilərin yekunları 

154 
 
haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və 
ya dərc olunmaması 
 
179.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, 
siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş 
şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların 
bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli 
nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin 
tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının 
sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid 
məlumatların bilərəkdən təqdim edilməməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.  
179.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların 
bilərəkdən Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə 
tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə- 
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 180. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə 
yürüşlərinin və piketlərin keçirilməsinə mane olma 
 
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən 
yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və 
piketlərin keçirilməsinə mane olmağa görə- 
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, 
vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, 
hüquqi şəxslər on beş min manatdan otuz min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 181. Təhsil haqqında qanunvericiliyin pozulması 
 
181.0. Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni: 

155 
 
181.0.1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və 
formasından şəxsin məhrum edilməsinə; 
181.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri 
olmayan psixoloji zorakılığa yol verilməsinə; 
181.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, 
təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə 
cəlb edilməsinə; 
181.0.4. dövlət təhsil və elmi tədqiqat qrantlarının təhsil 
müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun 
gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə 
görə - 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat 
məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə 
edilir.   
 
Maddə 182. İnsanın immunçatışmazlığı virusuna yoluxması 
səbəbinə görə təhsil hüququnun pozulması 
 
İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə 
şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər 
hansı formada məhdudlaşdırılmasına, o cümlədən onların təhsil 
müəssisələrinə qəbulundan imtina olunmasına və ya onların 
istənilən tədbirlərdə iştirakına məhdudiyyət qoyulmasına, yaxud 
təhsil müəssisəsindən xaric edilməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 183. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan 
şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və 
onlara sosial xidmət göstərilməsindən imtina edilməsi 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin