AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

110 
 
124.1. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon 
(şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə 
olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə 
aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati 
xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə 
göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul 
etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya 
sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına 
göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu 
gün mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati 
xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu 
Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada 
məlumatlandırılır. 
124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ 
səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları 
əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən 
bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş 
üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə 
razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 
124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, 
səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 
124.4. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya 
inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində 
quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, 
yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq 
icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində 
yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat 

111 
 
aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə 
tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq 
etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun 
kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən 
yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş 
üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində 
nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması 
üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul 
edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının 
mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati 
xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu 
Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada 
məlumat verilir. 
124.5. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində 
nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin 
yanında deyilsə, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto 
və ya videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi 
barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat 
vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta 
haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın 
ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində 
quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal 
müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində 
yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2-ci 
maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 

112 
 
124.6. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində 
nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin 
yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa 
aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin 
iştirakı olmadan foto və ya videoçəkiliş aparılmaqla, nəqliyyat 
vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib 
edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat 
vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya 
videomateriallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat 
vasitəsinin ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat 
vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq 
dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya 
sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə 
icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2.1 
və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat 
verilir.   
 
Maddə 125. İnzibati xəta haqqında protokol və inzibati xəta 
 
 
     haqqında iş üzrə qərar barədə məlumatlandırma 
 
125.1. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya 
sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya 
inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, 
həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə 
yerləşdirilir. 
125.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi 
(həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri 
ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati 

113 
 
xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada 
məlumatlandırılır: 
125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya 
sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta 
haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat 
vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda 
yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati 
xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına 
(olduğu halda) göndərir; 
125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının 
informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon 
nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, 
xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə 
əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, 
inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta 
haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə 
edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet 
ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal 
göndərir; 
125.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati 
xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə 
kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) 
tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu 
Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada 
verilir. 
125.3. Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet 
informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı 
tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında 

114 
 
iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü 
maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması 
haqqında qeyd yerləşdirilməlidir. 
125.4. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi 
texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə 
tərtib edilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati 
xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 57-ci maddəsində 
nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan 
Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt 
göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti 
orqanının mərkəzi informasiya sisteminə göndərilir.  
125.5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası 
Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə 
tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki 
şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon 
nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük 
vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə 
edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) 
müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana 
verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində 
yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların 
telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və 
yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.   
125.6. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya 
sisteminə daxil edilmiş, bu Məcəllənin 125.4 və 125.5-ci 
maddələrində nəzərdə tutulmuş məlumatlar müvafiq icra 
hakimiyyəti orqanının informasiya sisteminə də göndərilir. 

115 
 
125.7. Elektron kabinetdə şəxsə aid, qüvvədə olan (icra 
olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya 
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol 
yoxdursa, o, həmin tarixə bu barədə çap və ya elektron formada 
çıxarış əldə edə bilər. 
125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati 
xəta haqqında iş üzrə qərar elektron kabinetdə 
yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə 
növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun 
hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat 
vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat 
vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. 
 
Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə  
 
 
     baxılma qaydası 
 
126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul 
edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-
cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya 
inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci 
maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq 
etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində 
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət 
edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə 
göndərilə bilər. 
126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta 
haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli 
orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı 

116 
 
videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv 
edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş 
üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati 
xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə 
qərar qəbul edilir. 
126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş 
qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya 
sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə 
icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci 
maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.   
 
Maddə 127. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati 
xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati  
tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə  
əlaqədar xətalar üzrə icraatın aparılması qaydası 
 
Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati 
xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə 
tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan 
barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq 
sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə 
göndərilir. 
 
FƏSİL 17 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ QƏRARA YENİDƏN BAXILMA 
 
Maddə 128. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya 

117 
 
protest vermək hüququ 
 
128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına 
çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, 
zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu 
Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs 
inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest 
verə   bilər. 
128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya 
protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli 
şəxsə) verilir: 
128.2.1. hakimin qərarından - apellyasiya instansiyası 
məhkəməsinə; 
128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın 
olduğu yerin məhkəməsinə; 
128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - 
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.   
 
Maddə 129. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və 
ya protest vermə qaydası 
 
129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya 
protest aşağıdakı qaydada verilir: 
129.1.1. hakimin qərarından apellyasiya instansiyası 
məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul 
etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası 
məhkəməsinə; 

118 
 
129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən 
şikayət - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) 
məhkəməsinə; 
129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından 
məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya 
hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) 
məhkəməsinə; 
129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından 
məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə 
rayon (şəhər) məhkəməsinə; 
129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı 
səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı 
səlahiyyətli orqana (vəzifəli şəxsə). 
129.2. Bu Məcəllənin 129.1.1-ci maddəsində nəzərdə tutulmuş 
hallarda hakim şikayətin daxil olduğu gündən üç gün müddətində 
şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya 
instansiyası məhkəməsinə göndərir. 
129.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan 
şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin 
və ya protestin daxil olduğu gün göndərilir. 
129.4. Şikayətə və ya protestə baxılma hakimin, orqanın 
(vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç 
gün müddətində aidiyyəti üzrə göndərilir. 
129.5. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətdən dövlət rüsumu tutulmur.  
  
Maddə 130. Qərardan şikayət və ya protest vermə müddətləri 
 

119 
 
130.1. Qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə 
tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 
inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 
130.2. Bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş 
müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti 
ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən 
bərpa edilir. 
130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab 
edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul 
edilir.   
 
Maddə 131.  İnzibati xəta haqqında iş üzrə qərardan verilən  
 
 
     şikayətə və ya protestə baxılma müddətləri 
 
131.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. 
131.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs 
tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş 
qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin 
verildiyi vaxtdan bir gün müddətində baxılır. 
 
Maddə 132. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətə  və ya protestə baxmağa hazırlıq 
 
132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan 
(vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 

120 
 
132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli 
orqana (vəzifəli şəxsə) aiddirmi; 
132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar 
mövcuddurmu; 
132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin 
edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma 
üçün lazım olan şəxslər çağırılır. 
132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli 
orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya 
protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. 
 
 
 
Maddə 133. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətə və ya protestə baxılma 
 
133.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 
133.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə baxılarkən: 
133.2.1. şikayətə və ya protestə kim tərəfindən baxılması, 
hansı şikayətə və ya protestə baxılması, şikayətin kim tərəfindən 
verilməsi elan olunur; 
133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul 
edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə 
şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış 
digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir; 

121 
 
133.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi 
şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin 
səlahiyyətləri müəyyən edilir; 
133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının 
gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin 
şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud 
şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə 
baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul 
edilir; 
133.2.5. şikayətə və ya protestə baxılmada iştirak edən 
şəxslərin hüquqları və vəzifələri onlara izah edilir; 
133.2.6. etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll 
edilir; 
133.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş 
şikayət və ya protest elan edilir; 
133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi 
və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında 
yoxlanılır; 
133.2.9. inzibati xəta haqqında iş üzrə icraatda prokuror 
iştirak etdiyi hallarda onun rəyi dinlənilir. 
 
Maddə 134. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətə və ya protestə baxılma haqqında qərar 
 
134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 

122 
 
134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə 
təmin edilmədən saxlanılması haqqında; 
134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə 
müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya 
qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 
134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu 
hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata 
xitam verilməsi haqqında; 
134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə 
müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta 
haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana 
(vəzifəli şəxsə) göndərilməsi haqqında; 
134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta 
haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın 
(vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv 
edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi 
haqqında. 
134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu 
Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 
 
Maddə 135.  İnzibati xəta haqqında iş üzrə qərarın ləğv 
edilməsi və ya dəyişdirilməsi üçün əsaslar 
 
135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və 
ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 
135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi 
nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların 
araşdırılmaması; 

123 
 
135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi 
nəticələrin işin faktiki hallarına uyğun olmaması;  
135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən 
müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta 
yetirilməməsi; 
135.1.4.  inzibati məsuliyyət müəyyən edən qanunun 
normasının düzgün tətbiq edilməməsi; 
135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü 
maddələrinin tələblərinə uyğun olmaması; 
135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin 
hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə 
törədəcək dərəcədə pozulması. 
135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), 
barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı 
yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci 
maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya 
prokurorun protesti olduqda qəbul edə bilər.  
 
Maddə 136. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi 
 
136.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət 
və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan 
edilir. 
136.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət 
və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul 
olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta 

124 
 
haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin 
nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora 
verilir. 
136.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi 
barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra 
etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində 
inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir. 
 
Maddə 137. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən 
 
 
     baxılma 
 
137.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət 
və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik 
yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin 
nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə 
tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə 
məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə 
baxılır.   
137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya 
protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan 
bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə 
şikayət verilə bilər.  
 
V BÖLMƏ 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ QƏRARIN İCRASI 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin