Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


Maddə 133. Hava gəmisində davranış qaydalarının pozulması



Yüklə 2,96 Mb.
səhifə24/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   20   21   22   23   24   25   26   27   ...   611
qaydalarının pozulması
Mərkəzləşdirilmiş kredit reyestrinə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatların tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.


Maddə 223-10. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə qaydalarının pozulması

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, podratçılar və subpodratçılar tərəfindən əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarının qanunla müəyyən olunmuş nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarında, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarında cərimə edilir.cdlxxxvi[486]

On doqquzuncu fəsil

TİCARƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 224. Buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)

Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir. cdlxxxvii[487]

Maddə 225. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və ya satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması

225.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və ya temperatur rejiminə əməl edilməməsinə görə -

beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.cdlxxxviii[488]

225.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə -

beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.cdlxxxix[489]

Maddə 226. Qiymət intizamının pozulması

226.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və ya işlərə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə -

səkkiz yüz manatdan min manatadək miqdarda cərimə edilir.cdxc[490]

226.2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə - cdxci[491]

min yüz manatdan min altı yüz əlli manatadək miqdarda cərimə edilir. cdxcii[492]

Maddə 227. Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması

Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir. cdxciii[493]

Maddə 228. İstehlakçıların hüquqlarının pozulması

228.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:

228.0.1. məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması və saxlanması, onların işlədilməsi qaydalarının pozulmasına; cdxciv[494]

228.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına;

228.0.3. standartların və dıgər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; cdxcv[495]

228.0.4. qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; cdxcvi[496]

228.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə; cdxcvii[497]



228.0.6. qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların satılmasına; cdxcviii[498]

228.0.7. lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan qanunvericiliklə müəyyən edilmiş təhlükəli malların satılmasına;

228.0.8. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;

228.0.9. sertifikatlaşdırılmış malların, işlərin (xidmətlərin) sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrinin aparılmamasına;

228.0.10. dövlət reyestrinə daxil edilməyən, dövlət sınaqlarından və ya metroloji attestasiyadan keçməyən, habelə yoxlanmayan ölçü vasitələrinin tədavülə buraxılmasına; cdxcix[499]

228.0.11. müəyyən edilmiş qaydada müvafiq icazə almadan mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar tərəfindən ölçü vasitələrinin hazırlanmasına, təmirinə və yoxlanmasına, habelə yoxlama metodlarının və qaydalarının pozulmasına;

228.0.12. ölçü vasitələrinin işlədilməsi qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir. d[500]


Maddə 228-1. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi di[501]
Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -

saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

Maddə 229. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) habelə marka olmadan satılması, satış məqsədi ilə saxlanması, və ya istehsal binasının hüdudlarından kənara çıxarılması. dii[502]

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə -

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.diii[503]

Qeyd: bu maddədə "az miqdarda" dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür.div[504]

Maddə 230. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması

230.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə -

yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.dv[505]

230.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə - dvi[506]

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dvii[507]

Maddə 231. İstehlakçıları aldatma

Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir. dviii[508]

Qeyd: Bu maddədə "az miqdarda olduqda" dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.dix[509]

Maddə 232. Mülki silahın satış qaydasının pozulması

Ticarət müəssisələri (təşkilatları) işçilərinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazəsi olmayan fiziki şəxslərə, müəssisə, idarə və təşkilatlara mülki silahı və onun üçün döyüş sursatı satmasına görə - dx[510]

vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dxi[511]

Maddə 233. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması

Vətəndaşların mülki silahının və döyüş sursatının saxlaması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən xüsusi icazə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, onların bu silahı satmaqdan boyun qaçırmasına görə - dxii[512]

silah və döyüş sursatı ödənişlə alınır və səkkiz manatdan on beş manatadək miqdarda cərimə edilir.dxiii[513]

Maddə 234. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermədxiv[514]

Cinayət yolu ilə əldə edildiyini bilə-bilə az miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etməyə, onlara sahiblik və ya onlardan istifadə etməyə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.



Qeyd: Bu Məcəllənin 234-cü maddəsində “az miqdarda” dedikdə min manatadək olan məbləğ başa düşülür.

Maddə 235. Müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə -

on manatdan otuz manatadək miqdarda cərimə edilir.dxv[515]

Maddə 236. Etil (yeyinti) spirti və alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması

236.1. Ticarət və ya ictimai iaşə müәssislәrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə -

on manatdan otuz beş manatadək miqdarda cərimə edilir.dxvi[516]

236.2. Ticarət və ya ictimai iaşə müәssislәrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə -

on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.dxvii[517]

Maddə 237. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı

Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə -

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. dxviii[518]


Maddə 238. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması dxix[519]
238.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.dxx[520]

238.2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.dxxi[521]

Maddə 238-1. Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışı dxxii[522]
Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatının satışına görə-dxxiii[523]

fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir. dxxiv[524]

Maddə 239. Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulması

Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulmasına görə -

on manatdan qırx manatadək miqdarda cərimə edilir.dxxv[525]

Maddə 240. Malların alğı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulması

Malların alğı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulmasına görə -

on beş manatdan əlli manatadək miqdarda cərimə edilir.dxxvi[526]

Maddə 240-1. Elektron ticarət haqqında qanunvericiliyin pozulması dxxvii[527]

240-1.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.dxxviii[528]

240-1.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə -

fiziki şəxslər otuz manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.dxxix[529]

240-1.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatların təqdim edilməməsinə görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.dxxx[530]

240-1.4.Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən xidmətin dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.dxxxi[531]

Maddə 241. Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının pozulması

Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının pozulmasına görə -

fiziki şəxslər on beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan altmış manatadək miqdarda cərimə edilir.dxxxii[532]



Maddə 242. Xüsusi razılıq (lisenziya) olmadan ticarət fəaliyyətilə məşğul olma və ya lisenziya şərtlərini pozma

Xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan ticarət fəaliyyəti ilə məşğul olmağa və ya lisenziya şərtlərini pozmağa görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir. dxxxiii[533]

İyirminci fəsil

VERGİLƏRİN, RÜSUMLARIN ÖDƏNİLMƏSİ, MALİYYƏ VƏ SIĞORTA QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 243. (Çıxarılıb) dxxxiv[534]

Maddə 244. (Çıxarılıb) dxxxv[535]

Maddə 245. (Çıxarılıb) dxxxvi[536]

Maddə 246. Vergilərin və digər icbari ödənişlərin vaxtında ödənilməməsidxxxvii[537]

Az miqdarda vergilərin və məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə - dxxxviii[538]

inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.dxxxix[539]

Qeyd: bu maddədə "az miqdar" dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.dxl[540]


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin