Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması



Yüklə 2,96 Mb.
səhifə25/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   21   22   23   24   25   26   27   28   ...   611
M a d d ə 2 4 7. Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilmə qaydalarının pozulması dxli[541]

Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı tərtib edilməsi qanunla müəyyən edilmiş başqa sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə görə - dxlii[542]

fiziki şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.dxliii[543]

M a d d ə 2 4 7-1. Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə-

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilirlər.dxliv[544]

M a d d ə 247-2. Poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə xidmətləri sahəsində qanunvericiliyin pozulması

Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam və ya düzgün təqdim olunmasına görə - vəzifəli şəxslər 400 manatdan 700 manatadək məbləğdə cərimə edilir. dxlv[545]

Maddə 248. Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması

Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxsləri tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.dxlvi[546]

Maddə 249. Vergilərin və ya icbari ödənişlərin hesabdan silinməsi qaydalarının pozulması

Bankın vəzifəli şəxsləri tərəfindən müəssisələrin hesablarından vergilərin və ya digər icbari ödənişlərin silinməsi qaydalarına əməl olunmamasına görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.dxlvii[547]

Maddə 250. (Çıxarılıb) dxlviii[548]

Maddə 251. (Çıxarılıb) dxlix[549]



Maddə 252. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması dl[550]

252.0. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni:

252.0.1. nəzarət-kassa aparatları tətbiq edilmədən və ya vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına;

252.0.2. nasaz nəzarət-kassa aparatlarından istifadə edilməklə əhali ilə pul hesablaşmalarının aparılmasına və ya bu səbəbdən nəzarət-kassa aparatından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına;

252.0.3. alıcıya çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə çek verilməsinə;

252.0.4.maliyyə hesabatı kimi istifadə olunan ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan sənədlərdən istifadə etməklə pul hesablaşmalarının aparılmasına, habelə ödənilmiş məbləğdən aşağı məbləğ göstərilən sənədin alıcıya təqdim edilməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin