Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


Maddə 318. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsi



Yüklə 2,96 Mb.
səhifə33/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   29   30   31   32   33   34   35   36   ...   611
bayraqlarının istifadəsi qaydalarının pozulması
Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə -

fiziki şəxslər on manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.

Maddə 342. Qızıl Xaç və Qızıl Aypara nişanlarından, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə edilməsi dccxvi[716]

Hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsi, dinc dövrdə Qızıl Xaç və Qızıl Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsi - dccxvii[717]

fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.dccxviii[718]

Maddə 342-1. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyin pozulması dccxix[719]

Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz otuz manatadək miqdarda cərimə edilir.dccxx[720]



Maddə 343. Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və istintaq təcridxanalarında saxlanan şəxslərə qadağan edilmiş əşya və malların verilməsi

Alkoqollu içkilərin, güclü təsir göstərən maddələrin, pulun verilməsinə və ya əşya və malların cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və istintaq təcridxanalarında saxlanan şəxslərə yoxlamadan gizlətməklə hər hansı üsulla verilməsinə və ya verməyə cəhd etməyə görə -

inzibati xətanın törədilməsində bilavasitə obyekt olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. dccxxi[721]

Maddə 344. Mülki silahı qeydiyyata aldırma (yenidən qeydiyyata aldırma) qaydalarının pozulması

Mülki silahın qeydiyyata aldırma (yenidən qeydiyyata aldırması) üçün müəyyən olunmuş qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.dccxxii[722]

Maddə 345. Müəssisələrin, idarələrin və təşkilatların işçiləri tərəfindən xidməti silahın saxlanması, daşınması və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması

Müəssisə, idarə və təşkilatların xidməti silahı və döyüş sursatını daşımaq və saxlamaq üçün məsul olan işçilərinin bunların saxlanması, daşınması və ya təyinatı üzrə istifadə edilməsi qaydalarını pozmağa görə -

vəzifəli şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda cərimə edilir.dccxxiii[723]

Maddə 346. Mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması

346.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - dccxxiv[724]

silah və döyüş sursatı ödənişlə alınmaqla və ya alınmamaqla iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.dccxxv[725]

346.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - dccxxvi[726]

silah və döyüş sursatı ödənişlə alınmaqla və ya müsadirə edilməklə otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.dccxxvii[727]

Maddə 347. Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi və ya məhv edilməsi qaydalarının pozulması

Mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının, ixracının kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin, göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv edilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

silah müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər on manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.dccxxviii[728]

Maddə 348. Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması

Bu Məcəllənin 132.1, 139.2 və 147.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və ya qırılmasına görə -

on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.dccxxix[729]


Maddə 348-1. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasıdccxxx[730]
348-1.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni:
348-1.0.1. inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək müvafiq qərarın qəbulundan imtina edilməsinə yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə;
348-1.0.2. inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrinin onlara verilməməsinə;

348-1.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü-özünə etiraz etməməsinə və ya qanunvericiliklə iştirakına yol verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına;

348-1.0.4. inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə yaxud qanunvericilikdə nəzərdə tutulmuş hallarda təkrar ərizənin yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması səbəbindən qəbulundan imtina edilməsinə yaxud maraqlı şəxsdən qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər sənədin və ya məlumatın tələb edilməsinə;
348-1.0.5. inzibati aktın qəbul edilməsi, inzibati akta edilən düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın verilməməsinə;
348-1.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin, zəruri hallarda isə şahidlərin, ekspertlərin, tərcüməçilərin və digər orqanların nümayəndələrinin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə;
348-1.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və ya inzibati şikayətin və icraatla bağlı materialların qanunvericilikdə nəzərdə tutulmuş hallarda və müddətdə şikayət instansiyasına göndərilməməsinə görə -

otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.dccxxxi[731]

Maddə 348-2. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin