Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


Maddə 250. Bank hesablarının açılması və maliyyə əməliyyatlarının aparılması qaydalarının pozulması



Yüklə 2,96 Mb.
səhifə31/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   27   28   29   30   31   32   33   34   ...   611
Maddə 324-1. Dövlət əmlakı və ondan istifadə barədə məlumatın, hesabatın verilməməsi
324-1.1. Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə -

vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir.

324-1.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir. dclxx[670]

Maddə 324-2. ixrac nəzarətini həyata keçirən orqanların fəaliyyətinə mane olma dclxxi[671]

324-2.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlama-ların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmasına görə -

fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dclxxii[672]

324-2.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və məlumatların ixrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan orqanlara verilməsinə görə - dclxxiii[673]

fiziki şəxslər on beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdar-da cərimə edilir.dclxxiv[674]
Ma d d ə 3 2 4-3. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin pozulması
324-3.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının sorğularına vaxtında cavab verilməməsinə görə - vəzifəli şəxsə xəbərdarlıq edilir və ya o, iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.dclxxv[675]

324-3.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə -

xəbərdarlıq edilir və ya iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.dclxxvi[676]

324-3.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya verilməməsinə görə -

xəbərdarlıq edilir və ya otuz manatdan əlli manatadək miqdarda cərimə edilir. dclxxvii[677]

Maddə 324-4. İpoteka haqqında qanunvericiliyin pozulması


324-4.1. İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının dublikatın-da ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə -

yetmiş manatdan səksən manatadək miqdarda cərimə edilir. dclxxviii[678]


Maddə 324-5. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi qaydalarının


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin