Liderlik probleminin sosial pedaqoji psixologiya üçün də əhəmiyyəti böyükdür. Uşaq mühitinin öz liderləri var. Onlar məktəbdə sinif kollektivinin həyatına görünməz tellərlə nüfuz edirlər. I-II siniflərdə müəllimin nüfuzu o qədər böyük və güclüdür ki, onun fonunda çox vaxt uşaq kollektivində, xüsusilə onun şəxsi (qeyri-formal) qarşılıqlı münasibətləri sistemində “balaca” liderlərin rolu aydın hiss olunmur.Sinifdə əlaçı şagirdlər işgüzar münasibətlər sistemində xüsusi yer tuturlar. Müəllimlər isə onları ağız dolusu tərifləyirlər, hər vasitə ilə rəğbətləndirirlər. Uşaqlar da əlaçı şagirdlərə bir qayda olaraq müəllimlərin gözü ilə baxırlar. Lakin I-II sinif şagirdlərinin qarşılıqlı münasibətlərini diqqətlə müşahidə edəndə, artıq sentyabr-oltyabr aylarının ilk günlərindən başlayaraq uşaq kollektivinin həyatında şəxsi məziyyətləri ilə seçilən balaca liderlərin özünəməxsus rol oynadığını görə bilərik. III-IV siniflərdə uşaq kollektivinin həyatı bu baxımdan daha merəkkəbdir. V-VI siniflərdə isə liderlərin rolu artıq o qədər önəmli olur ki, onu nəzərə almadan sinif kollektivinin inkişafını sosial pedaqoji baxımdan hərtərəfli təhlil etmək əslində mümkün deyildi. Sosial- pedaqoji araşdırmalarda şagird kollektivində qarşılıqlı münasibətləri səciyyələndirmək üçün iki anlamdan-sinif nümayəndəsi və lider anlamından istifadə olunur. Sinif nümayəndəsi rəsmi, lider qeyri-rəsmi statusdur. Onlar şagird kollektivində də iki formada özünü göstərir.Bir halda sinfin nümayəndəsi həm də onun liderinə çevrilir. Uşaq qruplarında liderin şəxsi keyfiyyətləri xüsusilə əhəmiyyətlidir. O, sinifdə uşaqlar üçün məhz özünün bu məziyyətləri ilə öndər ola bilir. Bu keyfiyyətlər müvafiq yaş dövründə uşaqların xüsusilə yüksək qiymətləndirdikləri , çox vaxt özlərində görmək istədikləri keyfiyyətlərdir. əgər uşaq kollektivində sinif nümyəndəsi də. Lider də eyni şagirddirsə bu, optimal hal sayılır. Lakin sinif nümayəndəsi bir şagird. Lider başqa şagirddirsə, qrup fəaliyyətinin səmərəliliyi onların münasibətlərinin xarakterindən asılı olacaqdır. Əgər həm sinif nümayəndəsi , həm liderin qarşılıqlı münasibətləri nəticə etibarı ilə kollektivin ümumi məqsədi ilə səsləşirsə, qeyri-rəsmi liderin olması kollektivin ümumi işinə nəinki mane olmaz, hətta ona kömək göstərər. Lakin sinifdə rəsmi və qeyri-rəsmi “başçının” münasibətləri kollektivin ümumi məqsədlərinə uyğun gəlmirsə, onların qarşılıqlı münasibətlərini yaxşılaşdırmaq, kollektivin ümumi məqsələri ilə bilavasitə əlaqələndirmək, kollektivi məhz bu köklü amil əsasında möhkəmləndirmək lazımdır.