Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Rəhbərlik və liderlik fenomenologiyası



Yüklə 106,87 Kb.
səhifə4/12
tarix02.01.2022
ölçüsü106,87 Kb.
#36118
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 5671

Rəhbərlik və liderlik fenomenologiyası

Ədəbiyyatda liderlik konsepsiyalarının 4 əsas aspekti ayırd edilir : xassələr nəzəriyyəsi; davranış yanaşması; situativ yanaşma; adaptiv yanaşma.

*Xassələr nəzəriyyəsi. Bu nəzəriyyəni “liderlik keyfiyyətləri nəzəriyyəsi” də adlandırırlar. Xassələr nəzəriyyəsində insanın şəxsi keyfiyyətləri ön plana çəkilir. Təsadüfi deyil ki, qeyri-rəsmi şəkildə xassələr nəzəriyyəsi “görkəmli şəxsiyyətlər nəzəriyyəsi”, yaxud “xarizmatik nəzəriyyə” anlamınında da işlədilir. Nəzəriyyəyə görə yalnız müvafiq şəxsi keyfiyyətlərə: intellekt, iradə, təşəbbüskarlıq, enerjililik, əminlik, yoldaşlıq, etibarlılıq, yaxşı danışıq tərzi və s. malik olan insan lider ola bilər (A.Adler, Q.Ollport, C.Kelli, E.Fromm və b.). Göründüyü kimi, bu nəzəriyyədə liderlik şəxsi keyfiyyətlər üzərində qurulur, şəxsiyyətlərarası münasibətlər, yəni liderin başqa adamlara münasibəti arxa plana keçir, “keyfiyyətlər liderin başqaları üzərində hakimiyyətini öz-özünə müəyyən edir” . Sonrakı tədqiqatlar göstərdi ki, bu nəzəriyyədə liderliyin mahiyyəti tam açılmır. Belə ki liderlik üçün müəyyən edilən kompleks keyfiyyətlər içərisində situasiyadan asılı olaraq keyfiyyətlərdən hansısa biri daha əhəmiyyətli olub, digərləri ilə ziddiyyət təşkil edir, başqa sözlə, keyfiyyətlər heç də həmişə liderin müvəfffəqiyyətini təmin edə bilmir.

*Davranış yanaşması. Bu yanaşma yalnız rəhbərin şəxsi keyfiyyətlərinin deyil, həm də onun davranışında tabe olanlarla qarşılıqlı münasibətlərini ön plana çəkir. F.Fidler liderliyin səmərəliliyi istiqamətində apardığı tədqiqatlarda həm şəxsiyyətin keyfiyyətləri, həm də onun işçiləri ilə qarşılıqlı münasibətləri tədqiq edir, liderin qrupa “hansı səviyyədə nəzarət etməsi və öz təsirlərini qrupda necə reallaşdırması” ilə şərtləndiyi isbat edir . Bu tədqiqatlar nəticəsində “rəhbərlik üslubu” və “idarəetmə üslubu” anlayışları yaranmış, bütövlükdə götürdükdə, davranış yanaşması rəhbərin səlahiyyətində olan hakimiyyətin idarəetmə üslubu istiqamətinə yönəlir. Bu zaman rəhbərliyin iki əksqütblü üslubu yaranır: avtoritar və liberal. Bu iki üslubun sintezindən üçüncü – demokratik üslubun müxtəlif variantları əmələ gəlir. Üslubların bu qaydada ayırd edilməsi əsasında rəhbərlik üslubu haqqında təsəvvürlər yaranır. Bu üslublar bir-birindən nə ilə fərqlənirlər? Respublikamızda aparılan tədqiqatlara istinadən qeyd edə bilərik ki, avtoritar üslub üçün “məcburi motivasiya, pedaqoji identikliyin orta səviyyəsi, aşağı özünüqiymətləndirmə, refleksiyanın orta səviyyəsi, aşağı səviyyəli kreativlik”, liberal üslubda “məcburi motivasiya, fəaliyyətin özünə yönəlməsi, pedaqoji identikliyin orta göstəricisi, aşağı səviyyəli meyllilik, aşağı səviyyəli özünüqiymətləndirmə, empatiyanın olmaması, orta səviyyəli kreativlik”, demokratik üslubda “pozitiv motivasiya, digər insanlara yönəlmiş fəaliyyət, pedaqoji identikliyin yüksək səviyyəsi, özünüqiymətləndirmənin orta səviyyəsi, yüksək səviyyəli refleksiya və empatiya, eləcə də orta səviyyəli kreativlik” xasdır.

* Situativ yanaşma. Rəhbərlik probleminin inkişafı ilə bağlı olan iki yanaşma göstərdi ki, şəxsi keyfiyyətlər və üslublar özü-özlüyündə hələ idarəetmə fəaliyyətinin səmərəliliyini müəyyənləşdirmir. Onun başlıca şərti üslubun və şəraitin (situasiyanın) uyğunluğudur. Bir çox hallarda, bundan əlavə, situativ amillər rəhbərliyin səmərəli olmasında aparıcı rol oynayır. Bu, idarəetmə fəaliyyətinin xarakteri tapşırıqların yerinə yetirilməsi tipidir. Nəticədə situativ davranışın xüsusi üslubuna və müəyyən idarəetmə situasiyasına daha çox uyğun gələn xüsusi yanaşma əmələ gəlir.

* Adaptiv yanaşma. Situativ yanaşma idarəetmə nəzəriyyəsinə böyük töhvə verdi. Sübut edildi ki, idarəetmə üslubu müxtəlif idarəetmə fəaliyyətində müxtəlif şəraitdə müxtəlif səmərə verməklə müxtəlif adekvatlığa malikdir. Rəhbər daha səmərəli fəaliyyət göstərmək üçün özündə olduqca mürəkkəb situasiya tiplərini birləşdirir: özünü fərqli aparmalıdır, idarəetmə dəyişkən olmalıdır, rəhbərlik üslubu konkret idarəetmə şəraitinə, situasiyasına uyğunlaşdırılmalıdır. İdarəetmə üslubu adaptiv olmalıdır. Rəhbər nə qədər üslub repertuarına malik olarsa, daha səmərəli fəaliyyət göstərə bilər . Müasir sosial psixologiyada rəhbərlik üslubu ilə bağlı olaraq qeyri- ənənəvi yanaşmalar da meydana gəlmişdir. Bu – partisipativ rəhbərlik və idarəetmə üslubunun müəyyən edilməsidir. Partisipativ rəhbərlik və idarəetmə üslubu aşağıdakı xüsusiyyətlərlə konkretləşir: rəhbərin tabe olanlarla müntəzəm məsləhətləşməsi; onlarla münasibətlərdə açıqlıq; təşkilatda qərarların qəbuluna icraçıları cəlb etmək; icraçıların təşkilatdakı dəyişmələrin planlaşdırılmasında və həyata keçirilməsində iştirakı; müstəqil qərarlar qəbul etmək üçün qrup strukturları yaratmaq.Liderlik istiqamətində aparılan tədqiqatlar nəticəsində yaranmış konsepsiyaların 4 əsas aspekti ilə tanış olduq. Hər bir yeni yanaşma liderlik problemini özündən əvvəlki yanaşma ilə müqayisədə daha da təkmilləşdirmiş, dövrün, zamanın tələblərini, nəfəsini bu nəzəriyyələrə gətirmiş, onu müasirləşdirmişdir. Rəhbərlik mövqeyi zamanın hökmü ilə bağlı olur. Müasir dövr özünün demokratikliyi, sərbəstliyi, söz azadlıgı, yaradıcılığa meylliliyi, peşə keyfiyyətləri və s. ilə fərqlənir. Sonuncu yanaşmalar da öz məzmununda bu keyfiyyətləri ehtiva edir. Yuxarıda qeyd olunan yanaşmalar pedaqoji rəhbərlik problemi üçün də faydalıdır. Məlumdur ki, pedaqoji rəhbərlik üslubunun səmərəlilik dərəcələrinin öyrənilməsi sahəsində silsilə tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlar yuxarıda qeyd etdiyimiz yanaşmalara əsaslanır. Onları bir neçə istiqamətdə təsnif etmək olar. Məsələn, А.М.Umarov öz tədqiqatlarında rəhbərliyin və idarəetmə üslubunun inkişafı məsələlərinə aydınlıq gətirir . V.D.Parıgin təhsil qruplarında rəhbərlik və liderlik problemini tədqiq etmiş , E.E.Vejeviç pedaqoji mühitdə liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi xüsusiyyətlərini müəyyənləşdirmiş, A.İ.Davıdova təhsil qrupları rəhbərlərinin idarəetmə fəaliyyətinin modelləşdirilməsini aparmışdır . E.İ.Roqov müəllimi psixoloji tədqiqatın obyekti kimi götürərək onun rəhbərlik fəaliyyətini şəxsi keyfiyyətlərlə əlaqədə təhlil edir. N.A.Mislavski bu məsələləri şəxsiyyətin özününizamlaması və yaradıcı fəallığı fonunda nəzərdən keçirir . L.M.Mitinanın araşdırmalarında müəllimin peşə özünüdərketməsində onun rəhbərlik fəaliyyətinin əhəmiyyəti ön plana çəkili. Rəhbərlik və liderlik idarəetmə nəzəriyyəsində daha çox inkişaf etmiş istiqamətdir. Müəllimin rəhbərlik üslubunun öyrənilməsi istiqamətində aparılan tədqiqatların əksəriyyətində “liderlik” və “rəhbərlik” anlayışlarına vəhdətdə baxılsa da, struktur baxımdan onlar fərqli mənalara malikdirlər. Bu fərqlilikdə iki əsas məqam maraqlıdır:


Yüklə 106,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin