Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Rəhbər və liderin fərqli cəhətləri



Yüklə 106,87 Kb.
səhifə9/12
tarix02.01.2022
ölçüsü106,87 Kb.
#36118
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 5671

Rəhbər və liderin fərqli cəhətləri

Psixoloqların tədqiqatları göstərir ki, rəhbərlik və liderlik müxtəlif sosial-psixoloji fenomenlərdir. Onların eyniləşdirilməsi elmi cəhətdən səhv, praktik nöqteyi-cəhətdən isə zərəlidir. Sovet psixologiyasında rəhbər işçi və lider arasında aşağıdakı fərqlər müəyyən olunmuşdur:

*Rəhbərlik rəsmi əsasda meydana çıxan, müxtəlif sosial təşkilat və institutlarda məqsədyönlüxarakter daşıyan sosial prosesdir. Liderlik isə qrupdaxili şəxsiyyətlərarası münasibətlər əsasında spontan (qapalı, gizli) surətdə əmələ gələn prosesdir; o, təşkilatın əsasən psixoloji səviyyəsini əks etdirir. Əgər rəhbər işçi rəsmi surətdə təyin olunursa, lider qeyri-rəsmi surətdə irəli sürülür.

* Rəhbərlik makromühitin əsas tələbat və mənafeyinə müvafiq olaraq formalaşdırılır və həyata keçirilir; o, qrupda işlərin vəziyyəti və onun fəaliyyətinin nəticələri üçün onun qarşısında məsuliyyət daşıyır. Liderlik isə gizli bir proses kimi qrup üzvlərinin tələbat və mənafeyinə müvafiq surətdə meydana çıxır və mövcud olur; o, qrupun fəaliyyəti üçün hüquqi cəhətdən çox vaxt şəxsi məsuliyyət daşımır.

*Rəhbərlik daha çox stabil xarakter daşıyı, onun təsir sahəsi son dərəcə genişdir; müəyyən subordinasiya və reqlament daxilində makromühitlə əlaqə saxlayır. Rəhbər işçi başqa təşkilatlarda öz qrupunu təmsil edir və onun həmin qruplarla münasibətini şərtləndirən məsələləri həll edir.Liderlik isə daha çox dinamikdir, şəxsiyyətlərarası münasibətlərin formalaşması xüsusiyyətlərindən köklü surətdə asılıdır; liderin təsir sahəsi əsasən mikromühit səviyyəsi ilə - qrupdaxili münasibətlərlə məhdudlaşır, onun makromühitlə əlaqəsi isə son dərəcə məhduddur və təsadüfi xarakter daşıyır.

* Rəhbər işçiyə qnunla müəyyən hüquq və səlahiyyət verilir. Lider isə qanunla müəyyən edilmiş sanksiyalar sisteminə malik deyildir.

* Rəhbər işçinin bu və ya digər məsələyə dair qərar qəbul etməsi əsasən vasitəli xarakter daşıyır. O, böyük informasiya sistemi kanallarına malikdir və qərar qəbulu zamanı öz səlahiyyətini aşağı pillə işçilərinə həvalə edə bilər. Lider isə qrupda qərarın qəbul edilməsində bilavasitə iştirak edir. O, müəyyən bir informasiyanı qeyri-rəsmi rabitə kanalları sistemi ilə əldə edir.

Beləliklə, rəhbərlik və liderlik idarəetmə prosesinin iki müxtəlif tərəfi- hüquqi hakimiyyət (rəhbərlik) və psixoloji təsir (liderlik) kimi özünü göstərir. Kollektiv səviyyəsində onların hər ikisi rəhbər işçinin nüfuzunda təcəssüm edir. Q.Ammelburq “Gələcəyin müəssisəsi: rəhbərliyin strukturu, metodları və üslubu” əsərində göstərir ki, rəhbərlik etmək insanlara təsir göstərmək deməkdir. Bu təsir elə olmalıdır ki, onlar özlərinin yerlərini, nöqteyi-nəzərlərini, fikir və hərəkətlərinin yönümünü dəyişməlidirlər. Rəhbərin işçilərə təsirinin qaynaqları çoxcəhətlidir. Freyçq və Reyven aşağıdakı qaynaqları ayırd etmişdir:

  1. Məcburetmə

  2. Mükafatlandırma

  3. ənənə

  4. rəhbərin şəxsiyyəti və ya nümunə hakimiyyəti

  5. ekspert hakimiyyəti




Yüklə 106,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin