Fərdi iş qlobal problemlərin həllində KİV-in iştirakının
təsirliliyini artıran amillərin (jurnalistin peşə mövqeyi, peşə-
karlığı və jurnalist sənətkarlığı) mənimsənilməsi məqsədi ilə
xüsusi olaraq ayrılmış məsləhət saatlarında tələbələrin
yaradıcılıq işlərinin müzakirəsini ifadə edir.
Bu çalışma və tapşırıqlar, konkret situasiyaların təhlili
müəllimlər tərəfindən istifadə edilə, diskurs və təhlillər üçün
stimul rolunu oynaya, habelə tələbələrin kollokvium və semi-
narlarda iştiraklarının və bilik səviyyələrinin qiymətləndiril-
məsi üçün də tətbiq edilə bilər
20
2.2. BURAXILIŞ İŞİ MÖVZUSUNUN
SEÇİMİ ÜÇÜN METODİK
TÖVSİYƏLƏR
- buraxılış işlərinin mövzuları fənni tədris edən müəllim
tərəfindən tərtib edilir, kafedrada müzakirə edilir və
təsdiq olunur;
- mövzuların istiqaməti kursun başlıca vəzifələrinə
uyğun olur və mənbələrin müstəqil şəkildə daha
dərindən öyrənilməsinə yönəldilir;
- tələbə buraxılış işinin mövzusunu seçərkən onun təklif
olunan mövzulardan istənilənini seçmək hüququna
tam riayət olunur və buraxılış işinin mövzusunun
problematikaya maksimum yaxınlığı meyarından çıxış
edilir;
- mövzuların adları təxminidir, tələbələr onlara qismən
düzəlişlər edə bilərlər, lakin bu təqdirdə belə,
mövzunun adı “Jurnalistika və müasir dövrün qlobal
problemləri” kursuna uyğun olmalıdır.
2.3. BURAXILIŞ İŞİNİN YAZILMASI
ÜÇÜN SPESİFİK METODİK
TÖVSİYƏLƏR
- seçilmiş mövzu müasir dövrün qlobal problemlərindən
birini əhatə edir, bir və ya bir neçə KİV-in materialları
əsasında tədqiq edilir;
- problematika Azərbaycan və/və ya xarici KİV-lərin
materialları
əsasında (beynəlxalq təcrübənin
öyrənilməsi şərti ilə) araşdırılır;
- tədqiqadtın əhatə etdiyi müddət və tədqiqat obyekti
dəqiq müəyyən edilir;
- buraxılış işinin elmi rəhbəri tələbənin tədqiq olunan
problemə bələdliliyini və səriştəliliyini, toplanılan və
21
istifadə olunan məlumat və materialların qoyulan
problemə uyğunluğunu daim diqqət mərkəzində
saxlayır;
- buraxılış işi qiymətləndirilərkən tələbənin aparılmış
tədqiqt nəticəsində KİV-in qoyulmuş qlobal problemi
işıqlandırması sahəsindəki təcrübəsinin səciyyəvi
xüsusiyyətlərini aşkar etmək bacarığı əsas götürülür.
Qeyd: buraxılış işlərinin yazılmasına, tərtibinə və
müdafiəsinə aid tövsiyə və tələblərlə BDU beynəlxalq
jurnalistika kafedrasının professoru, filologiya elmləri
doktoru N.Əhmədlinin tərtib etdiyi “Jurnalistika”
ixtisası üzrə “Buraxılış işinin yazılması, tərtibi və
müdafiəsi” adlı metodik vəsaitdə ətraflı tanış ola
bilərsiniz (“Bakı Universiteti” nəşriyyatı, 2010)
2.4. BURAXILIŞ İŞLƏRİ ÜÇÜN TƏKLİF
OLUNAN TƏXMİNİ MÖVZULARIN
SİYAHISI
1. Bəşəriyyətin inkişafının qlobal tendensiyaları KİV-in
mövzusu kimi.
2. Qlobal problemlərin aradan qaldırılmasında KİV-in
iştirakı təcrübəsi (konkret KİV-in təcrübəsi əsasında).
3. Jurnalist ictimaiyyətinin qlobal problemlərin həlli
sahəsində öz konkret-tarixi vəzifələrini dərk etməsi
məsələləri (beynəlxalq jurnalist təşkilatlarının
sənədlərinin təhlili əsasında).
4. Qlobal geosiyasi problemlərin mətbu və elektron
KİV-də işıqlandırılması (konkret KİV-in təcrübəsi
əsasında).
5. Azərbaycanın iqtisadi inkişaf situasiyalarınnın xarici
KİV-lərdə işıqlanddırılması (konkret KİV-in təcrübəsi
əsasında).
22
6. Qloballaşma və industrial cəmiyyətin böhranları
(Azərbaycan və/və ya xarici KİV-lərin materialları
əsasında).
7. Qloballaşma və kütləvi kommunikasiya vasitələri (bir
və ya bir neçə nəşrin materialları əsasında).
8. Müasirlik problemləri informasiya cəmiyyətinin
inkişafı kontekstində (Azərbaycan və/və ya xarici
KİV-lərin materialları əsasında).
9. Qlobal miqyasda baş verən sosial-təbii proseslər:
neqativ və pozitiv aspektlər (Azərbaycan və/və ya
xarici KİV-lərin materialları əsasında).
10. Antiqlobalizm və digər etiraz hərəkatları KİV-in təhlil
mövzusu kimi (Azərbaycan və/və ya xarici KİV-lərin
materialları əsasında).
11. Beynəlxalq təhlükəsizlik sahəsində yeni çağırışlar
(Azərbaycan və/və ya xarici KİV-lərin materialları
əsasında).
12. Müasir qlobal problemlərin səbəbləri və səciyyəvi
xüsusiyyətləri: KİV-in təhlil obyekti kimi
(Azərbaycan və/və ya xarici KİV-lərin materialları
əsasında).
13. Regional münaqişələr müasir dövrün qlobal təhlükə
amili kimi (Azərbaycan qəzet və jurnallarının
publikasiyaları əsasında).
14. Beynəlxalq terrorizm bəşəriyyət üçün təhlükə kimi:
KİV-də terrora qarşı mübarizənin işıqlandırılması
(konkret KİV-in təcrübəsi əsasında).
15. Azərbaycan elektron KİV-lərində beynəlxalq
terrorizm mövzusu: problemlər və təhlükələr (konkret
KİV-lərin təcrübəsi əsasında).
16. Qlobal demoqrafiya probleminin KIV-də
işıqlandırılması (konkret KİV-in təcrübəsi əsasında).
17. Planetar iqtisadi inteqrasiya probleminin KİV-də
işıqlandırılması (konkret KİV-in təcrübəsi əsasında).
23
18. Beynəlxalq insan hüquqları: ayrıseçkiliyin müasir
formaları KİV-in mövzusu kimi (Azərbaycan və/və ya
xarici KİV-lərin materialları əsasında).
19. Qlobal ekoloji problemlər və qlobal sağlamlıq
məsələləri KİV səhifələrində (Azərbaycan və/və ya
xarici KİV-lərin materialları əsasında).
20. Qlobal miqrasiya problemləri: maarifləndirmənin bəzi
aspektləri (konkret KİV-in təcrübəsi əsasında).
21. Qlobal miqrasiya problemlərinin KİV-də
işıqlandırılmasının əsas mövzu istiqamətləri (konkret
KİV-in təcrübəsi əsasında).
22. Antinarkotik mübarizə sistemində KİV-in yeri və
rolu: beynəlxalq və milli təcrübə (Azərbaycan və/və
ya xarici KİV-lərin materialları əsasında).
23. Qlobal enerji təhlükəsizliyi: dünya jurnalistikasının
müasir mövzusu kimi (Azərbaycan və/və ya xarici
KİV-lərin materialları əsasında).
24. Müasir dövrün qlobal problemləri beynəlxalq
informasiya gündəliyində (bir və ya bir neçə nəşrin
materialları əsasında).
25.
Müasir dövrün qlobal problemləri kontekstində
jurnalistin sosial məsuliyyəti (beynəlxalq jurnalist
təşkilatlarının sənədlərinin təhlili və konkret KİV-in
təcrübəsi əsasında).
2.5. KURS ÜZRƏ TƏXMİNİ İMTAHAN
SUALLARI
Dostları ilə paylaş: |