Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Mövzu 2. Jurnalistika və qlobal geosiyasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə19/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   15   16   17   18   19   20   21   22   ...   94
Mövzu 2. Jurnalistika və qlobal geosiyasi 
problemlər. Yeni müharibələrin qarşısının alinması və 
sülh problemi 
 
Müasir intersosial və siyasi problemlər, dövlətlərarası 
münasibətlər və
 
bəşəriyyətin demilitarizasiyası müasir dövrün 
mərkəzi qlobal problemi və  KİV-in  əsas mövzularından biri 
kimi. Geosiyasət anlayışı və onun növləri. 
Müharibənin dövlət siyasətinin zorakılıq vasitəsilə 
davamı olması. Müharibə qanunlarının müharibənin gedşinə, 
müqəddəratına təsiri. Müharibənin müqəddəratının vuruşan 
dövlətlərin məhsuldar qüvvələrinin inkişaf səviyyəsindən
iqtisadi potensialından, elmi-texniki inkişaf səviyyəsindən, 
sosial-siyasi quruluşundan, ideologiyasından, xalqın mənəvi 
səviyyəsindən, döyüş qüdrətindən və s. asılılığı. 
Dünya tarixində müharibələrin bəşəriyyətə  gətirdiyi 
fəlakətlər. Siyasi məzmunundan asılı olaraq, müharibələrin 
xarakteri:  ədalətli,  ədalətsiz, dünya və regional müharibələr. 
Dünyanın təhlükəsizliyi sisteminin yaradılması  zərurəti. 
Müharibələrin baş vermə  səbəblərinin aradan qaldırılması. 
Müharibə  qızışdırıcılarının təcavüzkar və  qəsbkarlıq siya-
sətlərinin ifşası. Müharibəyə qarşı  və sülh uğrunda müba-
rizədə BMT və digər benəlxalq təşkilatların rolu. 
Müharibə  əleyhinə mübarizədə siyasi partiyaların 
iştirakı. Sülh siyasətinin mahiyyəti. Xarici siyasətin qeyri-
zorakı yolla həyata keçirilməsi. Sülh uğrunda kütləvi 
hərəkatın genişləndirilməsi. 
Sülh, tərk-silah və yeni dünya müharibəsinin qarşısı-
nın alınmasının müasir dövrdə bir nömrəli qlobal problemə 
çevrilməsi. 
Sülhün qorunub saxlanılması  uğrunda mübarizədə 
sülh tərəfdarlarının rolu. Ümumdünya Sülh Şurasının məqsəd 
və vəzifələri. 


30 
 
Sülhsevər qüvvələrin beynəlxalq münasibətlərdə dinc 
əməkdaşlıq və tərk-silah uğrunda mübarizəsinin əhəmiyyəti. 
Müharibə  və sülh probleminin KİV-də qoyuluşu, 
məqsədi, mahiyyəti, hərəkətverici qüvvələri. Problemin 
işıqlandırılmasının forma və metodları. “Soyuq müharibə” 
dövrünün sonu, beynəlxalq miqyasda yeni dövrün başlan-
ması, sülh işinə qorxu törədən regional münaqişələrin mey-
dana gəlməsi səbəbləri və onların aradan qaldırılması yolları-
nın müəyyənləşdirilməsində  KİV-in rolu. Geosiysətdə baş 
verən keyfiyyət transformasiyalarının, demoqrafik aspekt-
lərin, mədəniyyət-sivilizasiya və konfessional amillərin, in-
formasiya, kosmik və digər yeni texnologiyaların inkişafının 
və yayılmasının, iqtisadi proseslərin geosiyasi vəziyyətə təsi-
rinin, yerli maraqların KİV tərəfindən nəzərə alınması  və 
təhlili. 
 Postsovet 
məkanında meydana gəlmiş  və müstəqil 
inkişaf yoluna qədəm qoymuş ölkələrdə geosiyasi vəziyyət. 
Müstəqilliyin  əldə olunması ilə Azərbaycanın geosyasi qa-
zancları və itkiləri. Milli zəmində münaqişələr törədilməsində 
ekstremist, qatı millətçi qüvvələrin məqsədlərinin ifşasında 
KİV-in iştirakı  zərurəti. Azərbaycana qarşı Ermənistanın 
apardığı işğalçılıq siyasətinin ifşasında KİV-in rolunun daha 
da artması. Erməni terrorçu təşkilatlarının beynəlxalq 
terrorizmin tərkib hissəsi olduğunun dünya ictimaiyyətinə 
çatdırılmasında KİV-in iştirakının getdikcə daha da 
artırılması  zərurəti. Bu konteksdə Azərbaycan KİV-inin 
qarşısında duran əsas vəzifələr. 
 Geosiyasi 
problemlərin işıqlandırılmasının forma və 
metodları. Janr müxtəlifliyindən daha səmərəli istifadə 
edilməsinin vacibliyi. 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin