Mövzu 7. Jurnalistika və qlobal energetika problemi
Energetika probleminin qlobal xarakter alması. Keçən
əsrin 70-ci illərindən etibarən bu problemin beynəlxalq
aləmdə qlobal miqyasda bütün kəskinliyi ilə qarşıya çıxması.
Bunun isə hər şeydən əvvəl energetika və enerji ehtiyat
mənbələrinin istehsala cəlb olunması miqyasının artması ilə
əlaqədar olması.
Energetika
ehtiyatları, müxtəlif enerji növlərinin
alınması, bir şəkildən başqa şəklə çevrilməsi, ötürülməsi və
istifadə olunması məsələlərini əhatə edən mühüm təsərrüfat
sahəsi olması.
Təzələnməyən, təkrarlanmayan və bərpa olunmayan
enerji ehtiyat mənbələrinin müasir vəziyyətinin həyacan
doğurması. Bu sahəyə diqqətin artırılması zərurəti. Bu
problemin bəşəriyyət qarşısında getdikcə daha kəskin
qoyulması. “Energetika böhranı” və ondan çıxış yolları.
Energetika
və enerji ehtiyat mənbələri probleminin
həllində jurnalistikanın rolunun kəskin şəkildə artması. Ener-
getika və enerji ehtiyat mənbələrinin aşkara çıxarılması və
səmərəli istifadə olunmasında KİV-in təbliğatçılıq işinin
forma və metodlarından səmərəli faydalanmaq zərurəti.
Jurnalistika
və “energetika böhranı”. Bu böhranın ara-
dan qaldırılmasında, ehtiyat mənbələrinin aşkara çıxarılma-
sında KİV-in imkanlarından bacarıqla istifadənin əhəmiyyəti.
Energetika probleminə dair çıxışların tematikası, janr
rəngarəngliyi və sənətkarlıq xüsusiyyətləri.