47
V.
SEMİNAR MƏŞĞƏLƏLƏRİNİN
PLANI
“Jurnalistika və müasir dövrün qlobal problemləri”
kursu üzrə seminar məşğələlərinin tematikası mühazirə
dərslərinin tamamlanması, tələbələrin mühazirə zamanı
aldıqları biliyin dərinləşməsi və möhkəmlənməsi prinsipinə
uyğun tərtib edilmişdir. Müəllimin rəyindən asılı olaraq
məşğələlər planda verilmiş sualların müzakirəsi və ya da
məruzələrin müzakirəsi formasında keçirilə bilər.
Seminar məşğələlərinın məqsədi müasir
dövrün qlobal
problemləri barədə
təməl konsepsiyaların, qlobal
problemlərin razılaşdırılmamış insan fəaliyyətinin nəticəsi
kimi təzahür etməsi barədə diskursların və qlobal
problemlərin səbəb-nəticə əlaqələri ilə bir-birinə bağlılığı
arqumentlərinin ardıcıl və sistematik şəkildə öyrənilməsindən
ibarətdir.
Seminar məşğələlərinın vəzifəsi tələbələrə müasir
dövrün qlobal problemləri barədə təməl konsepsiyaların,
qlobal problemlərin razılaşdırılmamış insan fəaliyyətinin
nəticəsi kimi təzahür etməsi barədə diskursların və qlobal
problemlərin səbəb-nəticə əlaqələri ilə bir-birinə bağlılığı
arqumentlərinin müddəalarını müqayisəli
şəkildə
əlaqələndirməyi
öyrətməkdən, onlarda fənni müstəqil surətdə
və dərindən öyrənmək həvəsini təşviq etməkdən ibarətdir.
Tələbələrin seminar məşğələlərində iştirakı onların
seminarın planında qoyulmuş suallara cavabların və yaxud da
müəllim tərəfindən tapşırılmış məruzə və məlumatların
hazırlanmasına yaradıcı yanaşmaları, müzakirəyə çıxarılmış
48
məsələlər çərçivəsində özünün konkret problematika üzrə
fikir və mülahizələrini ifadə etmək və əsaslandırmaq bacarığı
nəzərə alınmaqla qiymətləndirilir.
Dostları ilə paylaş: