Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Mövzu 12. Jurnalistika və qlobal narkomaniya



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə29/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   25   26   27   28   29   30   31   32   ...   94
Mövzu 12. Jurnalistika və qlobal narkomaniya 
problemi 
 
Narkomaniya müasir dövrün qlobal sosial problemi 

 
KİV-in  əsas mövzularından biri kimi. Narkomaniya 


41 
 
anlayışı. Müasir dünyada və Azərbaycanda narkomaniya ilə 
bağlı  vəziyyət. Narkomaniyanın yayılmasının miqyas və 
tempinin yüksək olmasının bəşəriyyətin mənəvi və fiziki 
sağlamlığını, insanların böyük bir hissəsinin gələcəyini, 
qlobal sosial sabitliyi və bir sıra ölkələrin milli 
təhlükəsizliyini sual altında qoyması. 
Narkomaniyaya qarşı qlobal mübarizə aparılmasının 
vacibliyi. Narkomaniyanın cəmiyyətdə cinayət kimi deyil, 
xəstəlik və sosial təzahür kimi qəbul edilməsinin zəruriliyi. 
Narkomanların hüquqi, tibbi, sosial və digər reabilitasiya 
təminatı sistemlərinin, eyni zamanda paralel olaraq 
narkomaniyaya qarşı güclü təbliğat kampaniyaları 
sistemlərinin yaradılması. 
Narkomaniyaya qarşı güclü təbliğat kampaniyaları 
sistemlərinin yaradılmasında və aparılmasında KİV-in böyük 
rol oynaması. Bu sahədə dünya mətbuatının təcrübəsi. Qəzet 
və televiziya çıxışlarının səciyyəvi xüsusiyyətləri. 
Qlobal “İnternet” informasiya şəbəkəsinin narko-
maniya sahəsində
 
istifadəsinin ikili xarakteri: “İnternet” 
narkomaniya və narkobiznes mənbəyi kimi; “İnternet” 
narkomaniyaya qarşı  təbliğat kampaniyalarında  ən imkanlı 
vəsitə
 
kimi. Narkomaniya mövzusunda materialların eyni 
zamanda həm antinarkotik, həm də narkogen xarakter 
daşıması. 
Narkomaniya mövzusunun işıqlandırılması sahəsində 
Azərbaycan KİV-nin təcrübəsi. Narkomaniyaya qarşı 
mübarizə sahəsində  qəbul olunmuş hökumət direktivlərinə
 
uyğun olaraq, narkomaniya mövzusunun mətbuatda 
işıqlandırılması dövrləri: 1986-1991-ci illər; 1991-1999-cu 
illər; 1999-cu ildən sonrakı dövr. Bu dövrlərdə
 
KİV-in 
fəaliyyətinin təhlilindən  əldə olunan nəticələr. Bu sahədə 
KİV-in çıxışlarının səmərəliliyini artırmaq üçün əsas 
vəzifələr. Narkomaniya mövzusunda yazan jurnalistlərin 
qarşısında qoyulan sənətkarlıq tələbləri. Bu sahədə  təbliğat-


42 
 
çılıq işinin forma və metodları, mövzu və janrlardan 
istifadənin çoxşaxəliliyi. 
 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin