10. “Jest və mimika”. Danışıqlarda iştirak edən
diplomatların; imtahan verən tələbələrin; aeroportun
yaşıl zonasında növbə zamanı sərhədçilərin; meşəni
qıran odunçuların bir-biri ilə baxışlarını, jest və
mimikalarını təsvir edin, mənalarını açmağa çalışın.
11. “İki baxış”. TERRORA münasibətdə iki baxış
formalaşdırmaq. NARKOMANİYAYA iki baxış.
ƏHALİ ARTIMINA iki baxış. MİQRASİYAYA iki
baxş. ORDUYA iki baxış. İŞĞALÇIYA münasibətdə
iki baxış. Calışma ictimai əhəmiyyət kəsb edən
problemlərin təhlili üçün vərdişlərin formalaşmasına
şərait yaradır.