Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Avropa ölkələrində islamofobiya problemi



Yüklə 164,32 Kb.
səhifə23/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
multikultur.COVİD-19

21. Avropa ölkələrində islamofobiya problemi


İslamofobiya (islamophobia) iki sözdən ibarət yeni bir termindir: İslam və fobiya (phobia - qorxu). Bununla bir şeyin fərz olunan təhlükəsindən şüursuz şəkildə qorxmaq və ya qorxutmaq qəsd olunur. Oksford İngilis lüğətində “Islamophobia” termininə bu tərif verilib: “İslamofobiya: İslama qarşı olan qorxu və ikrahdır. (İslamı və müsəlmanları) siyasi bir qüvvə kimi görmək, müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkilik nümayiş etdirməkdir”. (Oxford English Dictionary – Islamophobia. Oxford University Press)
Bu termindən ilk dəfə 1991-ci ildə istifadə edilib. ABŞ-da 2001-ci ildə 11 sentyabr hadisəsindən sonra yenidən gündəmə gəlib. Bəzi tədqiqatçılar 80 - 90-cı illər arasında da bu termindən istifadə edib. Ümumən, İslama və müsəlmanlara qarşı olan qorxu və nifrət təbliğatının tarixi Avropada “Səlib yürüşlərinə” qədər gedib çıxır. “İslam və media fobiyası” kitabında qeyd edilir ki, “İslamdan və müsəlmanlardan qorxmaq, qorxutmaq və ya bir termin kimi işlədilən İslamophobia (yəni: İslam qorxusu) problemi istər xalq səviyyəsində, istər də rəsmi səviyyədə Qərbdə ümumi fikrə çevrilib. Bu, Qərbin siyasət, strategiya, mətbuat və islamla əlaqəli kolleclərinin tədqiqat mərkəzlərində açıq bir şəkildə özünü büruzə verir. Qərb dünyasının şərhçilərinin, mütəfəkkirlərinin, siyasətçilərinin və mətbu orqanlarının fikirlərində İslama din, əqidə və mədəniyyət nahiyəsindən olan baxış Qərb mədəniyyətini təhdid edən və onunla qətiyyən uzlaşmayan bir baxış və İslam mədəniyyəti ilə Qərb mədəniyyəti arasında dialoqa, birgəyaşayışa, qarşılıqlı anlaşma, qarşılıqlı ehtirama yönələn baxış arasında dəyişir”. 
İslamofobiya (islamophobiya) termini mötədil və qərəzli şərqşünaslıq araşdırmalarında da çox istifadə olunub. Şərqşünaslar öz araşdırmalarında (orientalisme islamophile) bu termini İslama qarşı mötədil və yumşaq yanaşma baxımından istifadə ediblər. Qərəzli şərqşünaslar isə öz araşdırmalarında (Orientalisme İslamophobie) bu termindən tənqidi nöqteyi-nəzərdən, İslam dinini və İslam mədəniyyətini başqa mədəniyyətlər üçün qorxulu təqdim etməkdə istifadə ediblər. 
1997-ci ildə isə İngiltərədə “Hamımız üçün bir meydan oxuma” adlı məqalənin nəşr olunmasından sonra bu fobiya ictimailəşdi. Məqalədə İslam düşmənliyi və bütün müsəlmanlara qarşı antipatiya və nifrət əks olunurdu. İslamofobiyanın qloballaşması isə, təbii ki, 11 sentyabr 2001-ci ildə ABŞ-ı hədəfə alan məlum terror hücumlarından sonra qloballaşdı.
Mütəxəssislər bu terminin termin olaraq yaranmasını Qərb cəmiyyətindəki ksenofobiya (yəni özündən olmayanı kənarlaşdırma) ilə əlaqələndirirlər. Lakin 21-ci əsrin əvvəllərində Amerika Birləşmiş Ştatlarında baş vermiş məlum “11 sentyabr” hadisəsindən sonra bu terminin radiusu daha da genişləndi və artıq ədəbiyyatlara, leksikonlara daxil olmağa başladı. Bütün bunlara baxmayaraq, bu, sadəcə prosesə bir ad vermə mərhələsi idi. Yəni bu terminin 1990-cı illərin əvvəllərində yaranması o anlama gəlmir ki, islamofobiya halları da məhz elə həmin ilin əvvəlindən vüsət tapmağa başladı.
Bu termin ilk dəfə Avropada meydana gəldiyinə görə Avropa cəmiyyətinin tarixi və özəlliyinə xüsusi toxunmaq lazımdır.
Türkiyə araşdırmaçılarından biri özünün islamofobiya ilə bağlı araşdırmasında qeyd edir: “Avropa, əslində, güman edilənin əksinə olaraq, heç də üzərində mötəbərliyi yüksək olan millətlərin yerləşdiyi bir qitə deyil. Yəni bu qitənin genefondu heç də ən etibarlı millətlərdən təşkil olunmayıb. Eyni zamanda Avropa yenə modernizmin “dindən kənar cəmiyyət” şəklində yaşandığı bir yerin adı da deyil. Avropa mühafizəkar, tarixdən gələn travmalar (zədələr) səbəbi ilə həssas cəmiyyətlərdən meydana gələn bir qitədir”. 
Hətta daha da xüsusiləşdirib, demək olar ki, 50-ci illərdən sonra Avropa siyasi inteqrasiya məqsədi ilə hərəkət edən Avropa Birliyinin özüdür. Və bu da qeyd olunmalıdır ki, Avropanın inteqrasiya olunmasında, Avropa dövlətlərinin yaxınlaşmasında “təməl qorxu və qayğılar” ən əsas faktordur. Avropa Birliyinin yaranma tarixində 1950-ci illərdə İkinci Dünya Müharibəsinin gətirdiyi problemlər, bu qitədə Avropa millətlərinin yenidən bir-biri ilə döyüşməməyi, eyni zamanda kommunizmin siyasi və hərbi təzyiqinə qarşı hamının və həm də həmişə birlikdə etiraz etməsi üçün özünümüdafiə əməkdaşlığı təməl prinsip rolunu oynadı. Bu gün Avropada artıq almanlar fransızlarla müharibə halında deyildirlər, katoliklər protestantları kənarlaşdırmır. Bu gün Avropada inkivizisiya məhkəmələrində katolik olmayanlar yandırılmır. Ona görə də kənarlaşdırılacaq yeni bir qüvvə lazım idi. Eyni zamanda bu subyekt “ekstremist” və “təhdidkar” olmalıdır. Və bu yarlıq çox təəssüf ki, İslama yapışdırıldı və İslam müasir Avropa cəmiyyətinin özünümüdafiə instinkti ilə real təhlükə olaraq qələmə verildi.
İslamofobiyanın ən sərt şəkildə Avropada hiss edilməsinin səbəblərindən biri Əməvi, Abbasi və Osmanlı dönəmlərində İslamın Avropaya doğru genişlənməsi və kilsəni öz nəzarəti altına alması idi. Çünki bu hal Avropa cəmiyyətində bir travma və zədə yaratdı. Və müəyyən mənada Qərbdə İslamdan qorxma kimi bir hal meydana gətirdi. Xüsusilə Balkan yarımadasında məskunlaşan və
Qərbi Avropadakı immiqrant müsəlman əhalinin artımı islamofobiyanın şüur altından çıxaraq, aktual həyata yerləşməsi ilə nəticələndi.
Qərb İslamla bağlı elmi səviyyəsi çox aşağı olan və mötəbər olmayan mənbələrdən əxz olunmuş səthi məlumatlara malikdir. Çünki Qərbin İslamla bağlı məlumatları şərqşünaslıq səviyyəsində, həm də qərblilərin özləri tərəfindən aparılan araşdırma və təqdim edilən məlumatlarla məhdudlaşır. Bunun ən bariz nümunəsi olaraq, Amerikada afro-amerikanların hüquqlarının müdafiəçisi, şəhid Malkolmun həyatını göstərmək olar. Belə ki, Malkolmun İslam haqqındakı düşüncələri məhz Məkkəni ziyarət edəndən sonra kamilləşir. O, bu səfərdən sonra anlayır ki, İslam Amerikada ona təqdim edilən “din” deyil, kamil və ümumbəşəri bir dindir.



Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin