Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Will Kymlicka və multikulturalizmin liberal-egalitar modeli



Yüklə 164,32 Kb.
səhifə2/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   2   3   4   5   6   7   8   9   ...   33
multikultur.COVİD-19

Will Kymlicka və multikulturalizmin liberal-egalitar modeli

Multikulturalizm müxtəlif mədəni qrupların birlikdə yaşamasını və etnik-mədəni müxtəlifliyin qorunmasını nəzərdə tutduğu halda, liberalizm liberal-demokratik dəyərləri, fərdlərin hüquq və azadlıqlarına hörməti və onların müdafiəsini ön plana çəkir. Multikulturalizmə liberalizm yanaşması multikulturalizmi liberal demokratik prinsip və dəyərlər baxımından nəzərdən keçirməyi tələb edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, o, bir tərəfdən dözümlülüyə sadiqdir, digər tərəfdən isə mənəvi sahədə xüsusən də mədəni və ya dini ənənələrə bağlı fərdi seçim azadlığına rəğbət göstərir. Amma bu iki baxışı bir araya gətirmək asan deyil. Ona görə də liberalizm nümayəndələri arasında multikulturalizmlə bağlı fikir ayrılıqları və ziddiyyətlər vardır. Siyasi nəzəriyyəçi Vil Kimlika liberal multikuturalizmin ən nüfuzlu nümayəndələrindən biri hesab olunur və multikulturalizmə müasir liberalizm nöqteyinəzərindən yanaşır. Kimlikanın əsas diqqəti azlıqda olan qruplarla ədalətli rəftar olunması məsələsinə cəmləşir. O, azlıqda olan qrupları iki kateqoriya üzrə təsnif edir: mühacir (poli-etnik) qrupları və milli (yerli) qruplar. Mühacir qrupları dedikdə, ölkəyə sonradan köçmüş qruplar nəzərdən tutulur.
Milli azlıqlar isə tarixən ölkədə yaşamış, özünün idarəetməsi olmuş və ya dövlətin yaradılmasında iştirak etmiş qruplar nəzərdə tutulur. Kimlika bu iki kateqoriyaya münasibətdə fərq qoyulması fikrini irəli sürür. Onun fikrincə, milli azlıqlar mühacir qruplarına nisbətdə daha üstün hüquqlara malik olmalıdırlar, çünki onlar dövlətin yaradılmasında müəyyən rol oynamışdılar. Mühacir qruplar isə ölkəyə sonradan gəlmişlər. Bu, onların üzərinə mövcud olan dövlətin qaydalarına uyğun yaşamaq kimi müəyyən bir öhdəlik qoymuşdur. Kimlika qrupa xas olan üç kateqoriyadan ibarət hüquqlar müəyyən edir: təmsilçilik, özünü idarəetmə və polietnik hüquqlar. Bu üç kateqoriya hüquqlar onun irəli sürdüyü “Multikultural Vətəndaşlıq” anlayışını təşkil edir. Qrupa xas olan hüquqlardan bəhs edərkən Kimlika daxili məhdudiyyət və kənar müdafiə konsepsiyaları arasındakı fərqi göstərir. Daxili məhdudiyyət (buna Pis Qrup Hüquqları deyilir) dedikdə, qrup tərəfindən onun daxilindəki münasibətlərdə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. Burada qrupdaxili həmrəylik naminə qrup üzvləri arasında ayrı-ayrı fərdlərin azadlığına məhdudiyyət qoyulur. Kənar müdafiə (buna Yaxşı Hüquq da deyilir) isə qruplar arasında münasibətlərdə həssas və zəif qrupların (ilk növbədə milli azlıqların) digərlərinə münasibətdə qorunmasını nəzərdə tutur. Kimlika bildirir ki, liberal prizmadan yanaşdıqda kənar müdafiəyə haqq qazandırıla bilər, çünki onun məqsədi bərabərliyin təmin olunmasıdır. Amma bu müdafiə ifrat dərəcədə aparılmamalı, eləcə də təqib səviyyəsinə qalxmamalıdır. Kənar müdafiəyə misal olaraq, Kanadanın Kvebek bölgəsini göstərmək olar.
Kvebekdə əksəriyyət təşkil edən fransızdilli əhalinin Kanadanın ölkədə çoxluq təşkil edən ingilisdilli hissəsinə münasibətdə öz fransız irsini, adətənənəsini və mədəni kimliyini qoruyub saxlamaq istəyi kənar müdafiə anlayışı vasitəsilə təmin olunmuşdur. Eyni zamanda kənar müdafiə anlayışı vasitəsilə Kvebekin özündə fransızdilli çoxluğa nisbətdə azlıqda olan, amma bölgədə ilk olaraq məskunlaşmış İnuit və Amerindlərin öz dil və mədəniyyətlərini qorumaq və inkişaf etdirmək hüquqları tanınır. Kimlika daxili məhdudiyyyətə haqq qazandırmır, çünki daxili məhdudiyyət fərdin azadlığını məhdudlaşdırır. Daxili məhdudiyyətə misal olaraq, qaraçıların öz uşaqlarını məktəbdən, təhsildən ayırmasını göstərmək olar. Qaraçılar uşağının məktəbə getməsini onların həyat tərzinə və “dəyərlərinə” zidd sayır və qaraçı icması daxilində həmrəyliyin pozulmasına gətirib çıxara bilər.
Digər bir misal isə odur ki, hər hansı bir dini icmaya mənsub şəxslərdən biri həmin icmanın dəyərlərinə və ənənələrinə zidd olan həyat tərzi sürərsə və ya davranarsa, icma həmin fərdə qarşı məhdudiyyət tətbiq edir. Məsələn, Fransada ictimai yerlərə, o cümlədən məktəblərdə müsəlman qızların hicab geyməsi qadağan olunduqdan sonra bəzi ailələrin öz qız övladlarını məktəbdən uzaqlaşdırmasını qeyd etmək olar. Fransada hicab məsələsindən bəhs edərkən belə bir maraqlı məqam ortaya çıxır ki, müsəlmanlara münasibətdə kənar müdafiə anlayışı tətbiq edilmir və çoxluğun iradəsi azlığa, yəni müsəlmanlara məcburən yeridilir.

Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin