Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Multikulturalizmin gələcək inkişaf perspektivləri



Yüklə 164,32 Kb.
səhifə33/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   25   26   27   28   29   30   31   32   33
multikultur.COVİD-19

33. Multikulturalizmin gələcək inkişaf perspektivləri
Qərb ölkələrinin bədbin bir şəkildə multikulturalizm siyasətindən üz çevirdiyi bir dövrdə Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyər vermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas kəsb edir. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: "Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib".
Azərbaycan multikulturalizminin qaynaqlarının öyrənilməsi, əslində, Prezident İlham Əliyevin irəli sürdüyü bu ideyanı təsdiqləyir. Mənəviyyat və siyasət tariximizə səpələnmiş multikultural, tolerant dəyərlər və onların təsviri bu gün bir sistem kimi öyrənilir və müəyyən olunur ki, Azərbaycan xalqı, onun görkəmli ədəbi, ictimai, siyasi şəxsiyyətləri dünya mənəviyyat xəzinəsinə zaman-zaman qiymətli töhfələr vermişlər. Bu baxımdan multikulturalizmin qaynaqlarını araşdıran zaman bu töhfələr real şəkildə üzə çıxır. BBMM-in AMEA-nın intellektual dəstəyi ilə hazırladığı bu kitabları qeyd etmək kifayətdir:
1. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları;
2. Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları;
3. Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları.
Son illərdə multikulturalizmə verilən önəm intensiv və sistemlibir hala gəlmişdir.Ölkədə siyasi-ideoloji, real qurumlar yaranmışdır, ciddi proyektlər həyata keçirilməkdədir.
1. "Bakı prosesi" layihəsi (2-3.12.2008)
2. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti (28.02.2014);
3. Azərbaycan Respublikasının Prezidenti yanında "Bilik Fondu" (07.05.2014);
4. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (14.05.2014);
5. Bakı Slavyan Universitetində "Azərbaycan Multikulturalizmi" kafedrasının açılması;
6. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi.
Multikulturalizmə dəstək olaraq xüsusi siyasi iradənin nəticəsi kimi "Bakı prosesi"ni göstərmək olar. "Bakı prosesi" - mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Bu təşəbbüsü ilk dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul edilmişdir. Bununla da sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyulmuşdur.
"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdur. Konfransda Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı təşkilatına üzv dövlətlərin iştirakı ilə "Mədəniyyətlərarası dialoq" mövzusunda "dəyirmi masa" keçirilmiş və birgə kommünike qəbul edilmişdir.
"Bakı prosesi"nin növbəti inkişaf mərhələsi onun regional təşəbbüsdən qlobal hərəkata çevrilməsi ilə əlaqələndirilir. Bu inkişaf mərhələsi də Prezident İlham Əliyevin adı ilə bağlıdır. 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməsini elan etmişdir. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Azərbaycanda keçirilir. İndiyədək Bakıda üç Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir (I Forum 7-9 aprel, 2011; II Forum- 29 may - 01 iyun, 2013; III Forum -18- 19 may, 2015). Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşmışdır.
"Bakı prosesi"çərçivəsində həyata keçirilmiş digər mühüm tədbirlər sırasında ölkəmizdə 2010-cu ilin 26- 27 aprel tarixlərində keçirilmiş Dünya dini Liderlərinin Sammiti, 2011-ci ildən indiyədək keçirilmiş dörd Beynəlxalq Humanitar Forumu (2011, 2012, 2013 və 2014) göstərmək olar.
"Bakı prosesi" çərçivəsində yeni bir mühüm tədbir cari ilin 25-27 aprel tarixlərində ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumudur.Eynilə, xüsusi olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqda danışmaq olar.
Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin