Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Azərbaycanda dinlərarası dialoq forumlarının multikulturalizmin inkişafında rolu



Yüklə 164,32 Kb.
səhifə32/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   25   26   27   28   29   30   31   32   33
multikultur.COVİD-19

32. Azərbaycanda dinlərarası dialoq forumlarının multikulturalizmin inkişafında rolu

XX əsrin sonu XXI əsrin əvvəlləri qloballaşma prosesi ilə əlamətdardır. Bu kontekstdə adıçəkilən prosesdə mədəniyyətlərarası və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə əlaqədar problemlər xüsusi yer tutur.


“Multikulturalizm termini ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmiş və rəsmi olaraq 1971-ci ildə qəbul edilmişdir” (1, səh.189). Termindən vahid mədəni məkanı ifadə etmək üçün istifadə edilir. Multikulturalizm mədəniyyətlərin assimilyasiya (birləşmə) olmadan inteqrasiyasını (qovuşma) təklif edir. Ötən əsr boyunca assimilyasiya Avropanın bir çox dövlətləri tərəfindən gəlmə (imiqrant) mədəniyyətlərə münasibətdə istifadə edilən strategiya kimi bir çox hallarda özünü doğrultmadı.
Multikulturalizm siyasətinin əsasında üç əsas prinsipi fərqləndirmək mümkündür:
• dövlətin mədəni plüralizmi qəbul etməsi (vətəndaş cəmiyyətinin ən mühüm xarakteristikası);
• marjinal mədəni qrupların sosiallaşmasına mane olan əngəllərin aradan qalxması;
• müxtəlif mədəniyyətlərin yenidən dirçəlməsi və inkişafının dəstəklənməsi.

Buradan belə bir nəticəyə gəlmək olar ki, multikulturalizm dar mənada qloballaşma şəraitində mədəni dəyərlərin demokratiyası və ya bərabərhüquqluluğudur.


Multikulturalizmin xarakterik xüsusiyyəti tolerantlıqdır (dözümlülükdür).

Məsələn, BMT-nin keçmiş baş katibi, hazırda isə Beynəlxalq Frankofoniya təşkilatının baş katibi Butros Qali deyirdi: “Biz dayanmadan qloballaşmadan bəhs edirik. Bu, həqiqətən də mövcud gerçəklikdir. İqtisadiyyat, maliyyə, kommunikasiya qloballaşır. Dünya ekologiya, mütəşəkkil cinayətkarlıq sahələrində qlobal miqyas alan problemlərlə üzləşir, qlobal epidemiyalarla mübarizə aparır. Bizdə çatışmayan demokratiyanın qloballaşması, onun beynəlxalq münasibətlərdə genişlənməsidir. Buna nail olmağın ən yaxşı üsulu mədəni müxtəlifliyin dəstəklənməsidir ki, mən bunu multikulturalizm adlandırıram”.

Günümüzdə multikulturalizm tədricən ümumavropa probleminə çevrilməkdədir ki, bu da imiqrasiya və inteqrasiya sahəsində siyasətlə bağlıdır. İmiqrasiya problemi iqtisadiyyatın yenidənqurulması, məşğulluq sahəsində böhran, şəhər seqreqasiyası, aşağı ixtisaslaşmaya malik olan işçilərin marjinallaşması, təhsil sisteminin yenidən gözdən keçirilməsi zərurəti, rasizmin təzahürləri və s. kimi analoji ümumavropa problemləri ilə bir sırada durur. Multikulturalizm bütün bu problemlər üçün özünün, mübahisəsiz və qəti olmasa da müəyyən həlli yolunu təklif edir. Onun zamanın çağırışına ümumavropa cavabına çevrilib-çevrilə bilməməsi məsələsini zaman göstərəcəkdir.
Multikulturalizm tolerantlığın daha bir, kütləvi mədəniyyətin ümumbəşəri axınında mədəniyyətlərin qarşılıqlı şəkildə bir-birinə nüfuz etməsi, zənginləşməsi, inkişaf etməsi məqsədləri ilə paralel mövcudluqlarını sürdürməsi tələbindən ibarət olan aspektlərindən biridir. Multikulturalizm ideyası, əsasən, yüksək mədəni inkişaf səviyyəsinə malik olan yüksək inkişaf etmiş Avropa cəmiyyətlərində irəli sürülür. Müasir Avropada multikulturalizm ilk növbədə “üçüncü dünya” dövlətlərindən (o cümlədən Avropa ölkələrinin keçmiş müstəmləkələrindən) olan imiqrantların (mühacirlərin) mədəniyyət elementlərinin onu – qəbul edən ölkənin mədəni sahəsinə daxil edilməsini nəzərdə tutur.

BMT-nin Ümumi insan hüquqları bəyannaməsinin azadlıq hüququ, milli və mədəni özünüidentifikasiya hüququ, milliyyət və ünsiyyət dili seçimi azadlığı, etiqad azadlığını bəyan etməsinə baxmayaraq, faktiki olaraq, bu hüquqlar öz qrup mənşələri etibarilə şifahi bəyannaməyə müncər edilir. Burada onu gündəlik təcrübə ilə möhkəmləndirmək hüququ da yoxdur. Bütün bunlara baxmayaraq, Avropa dövlətləri insan hüquqlarının üzərindən keçir, onları görməzdən gəlir və assimilyasiya layihələri irəli sürür.


Multikulturalizmin “açıq-aşkar” nümunələrindən bir neçəsinə nəzər salaq:
• İtaliya məktəblərində xaç gəzdirmək və yerləşdirmək;
• İsveçrədə minarələrin tikilməsinə qadağa;
• Etnik əlamətə görə dövri təqiblər (Fransadan qaraçılar, Böyük Britaniyadan irlandiyalılar və s.)
• müxtəlif geyim növlərinə, dini simvollara qadağa və s.
• Fransada küçədə ibadət yasağı, buna qədər isə ictimai yerdə hicab daşımaq yasağı.

2008-ci ildə Fransa və Belçika ictimai yerlərdə baş örtüklərinin geyilməsinə qadağa qoydu. İtaliyanın konstitusiya məsələləri üzrə parlament komissiyası 2011-ci ilin avqust ayında ictimai yerlərdə pərəncə geyməyi qadağan edən qanun layihəsini təsdiq etdi. Qadağanı pozanlar “islami cinayətdən ötrü” 150€-dan 300€-a kimi ən sərt cərimə ödəməli, habelə ictimai işlər yerinə yetirməlidirlər. Bu qadınların ərləri 30.000€-a qədər cərimə edilə və ya bir ilə kimi həbs cəzası ala bilərlər. 2011-ci ilin 27 sentyabrında İsveçrənin Milli Şurası 77 razılaşmayan üzvə qarşı 101 “lehinə” səslə xalqçıların “sağ” partiyasından deputat Oskar Frayzingerin təxribatçı şəkildə “Maskaları atın!” adlandırdığı analoji təklifini qəbul etdi. Başqalarının paltarları ilə mübarizə heç də özgə həyat tərzini “qəbul və təqdir etmə” devizi ilə uyuşmur. Ancaq mahiyyət etibarilə multikulturalizm əslində elə bundan ibarətdir.


Yaxud sonuncu nümunə.Amerikalı İrum Abbasi mart ayında Kaliforniyada təyyarə reysinə buraxılmadığına görə Southwest Airlines aviakompaniyasını məhkəməyə verdi. Abbasinin iddia etdiyi kimi, bütün bunlar onunla bağlı olub ki, başında müsəlman qadınların baş örtüyü – hicab var imiş. İddiada deyildiyi kimi “o, qorxudulmuş, pərt edilmiş, təhqir edilmiş, mat qalmışdı”. ABŞ vətəndaşı olan Abbasi San-Dieqodan San-Xoseyə gedən reysdən endirilmişdi. Abbasinin sözlərinə görə, stüardessaya elə gəlib ki, o, kiməsə mobil telefonla “qərara alındı!” deyib (“it’s a go”).
Əslində, Abbasinin dediyinə görə, o söyləyirmiş ki, getməlidir (I have to go), çünki təyyarə artıq havaya qalxmaq üzrəymiş. Qadının üzərində axtarış apardıqdan sonra təyyarənin göyərtəsinə qayıtmasına icazə vermişlər. Ancaq pilot bildirib ki, ekipaj onunla uçmaq istəmir və beləliklə Abbasini laynerə buraxmırlar. Ona sonrakı reyslə uçmaq üçün icazə vermişlər. Los Angeles Timesin verdiyi xəbərə görə üç gün sonra aviakompaniya üzr istəmişdir.

Bütün bu faktları assimilyasiya siyasətinin aktları adlandıra bilərik. Adıçəkilən siyasətin məqsədi azadlıqların müdafiəsi, dini və ya etnik asılılığın bu və ya digər növləri ilə mübarizə deyil. Bu siyasətin mahiyyəti ölkəyə gələn əmək miqrantları və qaçqınların assimilyasiyası və onların mühacir qəbul edən cəmiyyətə xas olan və qəti şəkildə təsbit edilmiş milli əlamətləri daşıyan vicdanlı yerli bürgerlərə çevrilməsidir.

Bununla yanaşı, əgər Avropada həqiqətən də multikulturalizm olsaydı, imiqrant və qaçqınlara dövlət həyatında iştirak etmələri üçün geniş imkanlar verilərdi. Bu imkanlar o qədər genişdir ki, Avropa dövlətləri-millətləri bu imkanları tamamilə təmin edə bilmir.

Beləliklə, Avropadakı multikulturalizm haqqında hətta əvvəllər də əsasən şərti olaraq danışmaq olardı. Avrointeqrasiya prosesinin siyasi çərçivələrindən birinə çevrilmək üçün bu konsepsiyanın bütün şansları var idi, ancaq demokratiyadan sui-istifadə və insan hüquqlarının təhrif edilmiş şəkildə şərh edilməsi bir sıra böyük Avropa dövlətlərinin yeni vətəndaşlarına “azad dünyanın” bəhrələrindən tam mənasilə yararlanmağa imkan vermirdi. Şərti Avropa multikultiralizmi şərti dözümlü Avropa cəmiyyətində özünün məntiqi şərti tənəzzülünü yaşadı. Beləliklə, mulikulturalizm siyasətinin nəticəsi istər ənənəvi, istərsə də yeni gəlmiş mədəniyyət nümayəndələrinin mühitinə cavab olaraq fərdi və qrup şüurunda nisbətən zəif dəyişikliklərlə səciyyələnən uzunmüddətli adaptasiya prosesi olmalıdır.

Bu gün keçmişin incikliklərinin, şovinist, millətçi, islamofob təsirlərin aradan qaldırılması üçün vahid Rusiya dövlətinin təkibinə daxil olan bütün xalqların azad inkişaf etmək imkanına malik olmaları çox vacibdir. Təəssüf ki, çox vaxt millətlərarası, dinlərarası təfriqələrə yol verməyən konstitusiya müddəaları deklarativ olaraq qalır. Dövlət səviyyəsində xalqların inteqrasiyası, onların qarşılıqlı hörmət, etibar, ümumi problemlərin müasir həlli əsasında birləşdirilməsi siyasətini həyata keçirmək zəruridir.

Bütün deyilənlərdən də göründüyü kimi “multikulturalizm” termini Rusiya və bir sıra digər ölkələrə münasibətdə başqa məna qazanır. Rusiyanın tarixi göstərir ki, onun bir çox xalqları əsrlər boyu yox olmamış, tamamilə assimilyasiyaya uğramamışlar, onlar öz həyat tərzlərini, dillərini, mədəniyyətlərini saxlayaraq, rus mədəniyyəti, rus hüquq sistemi əsasında inkişaf etmişlər. Bu baxımdan demək olar ki, Rusiya onun siyasi və mədəni təsiri altına düşən xeyli sayda xalqı qoruyub saxlamışdır. Rusiya xalqlarının mədəniyyətləri daima qarşılıqlı təsirdə olmuş, bir-birinin təsiri altında zənginləşmişlər. Puşkin, Lermontov, Tolstoy və digər dahi yazıçılar öz yaradıcılıqları ilə Qafqaz xalqlarının milli şüurunun formalaşmasına yardımçı olmuşlar. Rus, ümumrusiya mədəniyyəti Qafqaz xalqları və digər Rusiya xalqlarının bu mədəniyyətə töhfəsi olmadan xeyli kasıb olardı. Rusiya xalqları arasında sosiomədəni dostluq, qardaşlıq əlaqələrinin qurulması ziddiyyətlərin, qara qüvvələrin və irtica güclərinin qarşıdurmalarının aşılmasından keçir.

Məhz bu mənada Azərbaycanın dövlət siyasəti daha düşünülmüş və müdrikdir. Birliyin dağılması yalnız territorial deyil, həm də dinlərarası xarakter daşıyan bir çox millətlərarası münaqişələrin baş qaldırması ilə əlamətdar oldu, əhalisi bir çox millət və xalqlardan ibarət olan Azərbaycan bu vəziyyətdə ən optimal yolu tapdı. Belə ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşkil edilməsi məqsədilə sosializmin respublikada hökm sürdüyü dövrdə dağıdılmış bir çox sinaqoqlar, kilsə və baş kilsələr bərpa edildi. 1920-ci ildə bağlanmış və 70 il ərzində tamamilə dağılmaq üzrə olan Svyatıx Jen Mironosets kilsəsi 1991-ci ildə rus provaslav icmasına verildi. Moskva və bütün Rusiyanın Patriarxı II Aleksinin səfəri zamanı məbəd təqdis edilərək kafedral baş kilsə statusu aldı. Bu zaman məbədin yenidən bərpa edilməsi üçün bütün işlərin biznesmen-mesenat Aydın Qurbanovun şəxsi vəsaiti hesabına həyata keçirilməsi faktını da unutmaq olmaz. 1999-2001-ci illərdə isə Bakıda digər provaslav məbədi – Sobor Rojdestva Presvyatoy Boqoroditsı – rekonstruksiya olundu.

Bununla yanaşı, ənənəvi yəhudi memarlıq üslubunda yeni bir sinaqoq binası tikildi. Yəhudilərin kompakt yaşadığı regionlarda da sinaqoq tikintisi davam edir.


Əgər ölkədə yaşayan böyük diaspora ilə əlaqədar olaraq kilsə və sinaqoqların tikintisi izah olunsa belə, katolik kilsəsinin tikintisi respublika sakinlərinin neft bumu ilə əlaqədar olaraq, ölkəyə gələn Qərbi Avropa ölkələrinin nümayəndələrinə olan ehtiram əlamətidir. Təsadüfi deyil ki, 2004-cü il iyun ayının 22-də Bakı şəhərində Beynəlxalq Mətbuat mərkəzində Fridrix Nauman Fondu (Almaniya) və Amerika Yəhudi Komitəsi (ABŞ) tərəfindən təşkil edilmiş “Cənubi Qafqazda tolerantlığın formalaşdırılmasında islamın rolu” seminarı baş tutdu. Almaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Klaus Qrevlix seminarda çıxış edərkən qeyd etdi ki, “Dövlət və din münasibətləri sahəsində Azərbaycan modeli başqa ölkələrə də ixrac edilə bilər. Dini tolerantlıq və dözümlülük sizin malik olduğunuz zənginliklərdir” (2, s.4).
Azərbaycanlıların yüksək dini dözümlülüyü haqqında bu fikri Roma Patriarxı I Varfolomey də 2003-cü ildə ölkəmizə səfər edərkən demişdir: “Burada dini dözümlülüyün səviyyəsindən məmnun qaldım. Azərbaycanda hər kəs öz arzusuna görə dininə etiqad edə və ayinlərini keçirə bilər” (2, s.4).
Daha bir nümunə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev başda olmaqla respublika hökuməti dinlərarası dialoq təşəbbüsünü nəzərə çatdıraraq, 2004-cü ildə Roma Papası II İohan Pavelin respublikaya səfərini təşkil etdi. Papanın səfəri böyük əks-səda doğurdu. Onunla görüşdə Azərbaycanın bütün dini icmalarının nümayəndələri iştirak etdi: Qafqaz müsəlmanları idarəsinin rəhbəri Şeyx-ül-İslam Allahşükür Paşazadə, Bakı və Xəzər Rus provaslav Kilsəsinin yepiskopu Aleksandr, Dağ yəhudilərinin dini icmasının sədri Semen İixilov. Roma Papası II İohan Pavel Qafqazdakı zorakı münaqişələrə münasibətini bildirərək bəyan etmişdir: “Heç kim dinləri aqressiya, zorakılıq və ya ölüm vasitəsi kimi dözümsüzlük aləti olaraq, təqdim etmək və istifadə etmək hüququna malik deyil. Əksinə, onların dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və sülhün zəngin mənbəyidir”.
Bu gün Azərbaycanda 200-dən artıq dini təşkilat qeydiyyatdan keçmişdir. Və bu hal müasir demokratik Azərbaycanda dini tolerantlığın parlaq sübutudur.

“Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss edir”. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə verilən iftar məclisində çıxış edərkən belə demişdi. Prezident qeyd etdi ki, Azərbaycanda islam mədəniyyətinə və islam dininə hörmət və ehtiram bütün digər dinlərə ehtiramla müşayiət olunur. “Öz dininə ehtiram göstərən insan başqasının dininə də ehtiram göstərməlidir. Bu artıq Azərbaycanda bərqərar olmuş yanaşmadır. Bu gün dini xadimlər Azərbaycanda hökm sürən dözümlülük və tolerantlıqdan bəhs etdi. Bu artıq reallıqdır və bəzi hallarda bizim təcrübəmiz dünya miqyasında öyrənilir. Mən çox şadam ki, dözümlülük, dini tolerantlıq artıq Azərbaycanda bərqərar olmuş anlayışlardır. Bu sadəcə şüar deyil, bizim həyat tərzimizdir”- deyə prezident qeyd etdi.


İlham Əliyev vurğuladı ki, Azərbaycanda dini abidələrə münasibət din və dövlət arasında münasibətlərin təzahürüdür: “Azərbaycanda dövlət yalnız məscidləri və islam dininə aid olan digər abidələri tikib bərpa etmir. Eyni zamanda digər dinlərə aid məbədlər də təmir və inşa edilir. Bu barədə danışanlar oldu və mən çox məmnunam ki, müxtəlif dinləri təmsil edən din xadimləri burada vahid fikir ifadə etdilər. Bu fikir ondan ibarətdir ki, Azərbaycanda bu sahədə iş çox yüksək səviyyədədir. Təbii ki, burada dövlət siyasəti də, bu siyasətin əsasları da düzgün qurulub. Bu bizim həyat tərzimizdir. Bu bizim dünyaya baxışımızdır. Biz belə yaşayır və belə yaşayaraq özümüzə, regiona və dünyaya sübut edirik ki, multikulturalizm mövcuddur. Multikulturalizm nisbətən yeni anlayışdır. Mahiyyət etibarı ilə isə müxtəlif mədəniyyət və dinlərə mənsub olan şəxslərin birlikdə yaşamaları deməkdir. Yəni bu anlayış Azərbaycanda əsrlər boyu mövcud olub, bu gün də mövcuddur və möhkəmlənməkdədir. Azərbaycan xalqı müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlarda yaşayıb. Buna baxmayaraq, sevindirici haldır ki, müstəqillik dövründə bu müsbət tendensiyalar daima güclənib və güclənməkdədir. Bizim uğurlu inkişafımızı gücləndirən amillər bunlardır”.

Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin