Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Multikulturalizm şəraitində Azərbaycanda dinlərarası dialoq



Yüklə 164,32 Kb.
səhifə28/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   25   26   27   28   29   30   31   32   33
multikultur.COVİD-19

27. Multikulturalizm şəraitində Azərbaycanda dinlərarası dialoq

Respublikada dinlərarası dialoqun genişləndirilməsi və tolerantlığın gücləndirilməsində, sülh və əmin-amanlığın bərqərar olunmasında Azərbaycan müsəlmanlarının dini mərkəzi sayılan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və onun sədri Şeyxülislam Allahşükür Paşazadə xüsusi rol oynayır. QMİ digər ölkələrin dini qurumları ilə sıx əlaqələrə malikdir, onlarla sıx əməkdaşlıq edir. Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın təmin olunması məqsədlə sözügedən qurum ölkə daxilində və xaricdə müxtəlif konfrans və görüşlər keçirir. Azərbaycanda zəngin İslam ənənələri ciddi səylə qorunur, dini bayramlar dövlət səviyyəsində qeyd edilir, İslamla bağlı bir çox bey-nəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanda keçirilir, ölkəmiz İslam dünyasının mədəni və siyasi həyatında fəal iştirak edir.


İndiyədək dövlət-din münasibətləri sahəsində fəaliyyət göstərən sturukturların formalaşdırılması və onların işinin koordinasiya olunması istiqamətində də ciddi və əhəmiyyətli qərarlar qəbul olunub. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi xidmətinin, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə yanaşı, qeyd olunan rəsmi qurumların yaradılması və bu prosesə cəlb edilməsi Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində hədəflərinə doğru irəliləməsini daha da sürətləndirir. Şübhəsiz ki, bu sahədə önəmli və prinsipial qərarlardan biri də ölkə Prezidentinin 2016-cı ili respublikamızda “Multikulturalizm ili” elan etməsi və bununla əlaqədar Tədbirlər Planını təsdiqləməsidir. Bu, istər dövlət-din münasibətləri, istərsə də multikuturalizm sahəsində yeni bir mərhələnin başlanğıcı deməkdir.
Eyni zamanda, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu öz növbəsində Azərbaycanın islam həmrəyliyinə verdiyi önəmin və dəstəyin göstəricisidir. Bu il çərçivəsində Azərbaycanda və xaricdə bir sıra tədbirlərin keçirilməsinə başlanmışdır. Ümummili Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi kimi tarixi dini abidələrin – məscid, kilsə, sinaqoqların bərpası, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması Ulu Öndərə layiq şəkildə həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atıb. Ulu Öndərin apardığı uğurlu din siyasəti nəticəsində qorunubsaxanılmış tolerantlıq ənənələri, bərpa edilmiş tarixi-dini, memarlıq abidələrimiz, xalqımızın zəngin incəsənəti, ədəbiyyatı bizim dünya mədəniyyətinə ən böyük töhfəmiz, gələcək nəsillər üçünsə ən dəyərli mirasımızdır. Heç şübhə yoxdur ki, Azərbaycan xalqı bu mirasın sahibi, Heydər Əliyev onun qorucusu, Heydər Əliyev Fondu isə himayədarı və təbliğatçısı kimi tarixdə qalacaqdır. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsinə və sabitliyin qorunmasına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də öz töhfəsini verir. Dövlətin həyata keçirdiyi din siyasətində QMİ xüsusi rola və çəkiyə malikdir. İdarə ilə Azərbaycanda fəaliyyət göstərən digər dinlərin nümayəndələri arasında münasibətlər qarşılıqlı anlaşma və etimada söykənir. Onlar ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi işində fəal iştirak edirlər. Bu münasibətlərin yüksək olması baxımından Azərbaycan bu gün bir çox dünya ölkələri üçün örnək rolunu oynayır


Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin