Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Şərq və Qərb multikulturalizminin müqayisəli təhlili



Yüklə 164,32 Kb.
səhifə26/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
multikultur.COVİD-19

25. Şərq və Qərb multikulturalizminin müqayisəli təhlili

Multikulturalizm - Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür.O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.


Şərq tarixən etnosların fövqəladə rəngarəng spektrdə təmsil olunduğu məkanlardan biridir. Burada davamlı olaraq dövlətlərin, mədəniyyətlərin və sivilizasiyaların təşəkkülü, qovuşması, etnosların, sistemlərin mübarizəsi və miqrasiyası prosesi baş vermiş və bu möhtəşəm hadisə Qədim və Orta əsrlər Şərq tarixnin əsas məzmununu təşkil etmişdir. Şərq etnik-mədəni və hərbi-siyasi faktoru Misirin, Babilin, Çinin, Hindistanın, Yaponiyanın, Qədim Türk xalqlarının, Ərəb xilafətinin, Osmanlı, Səfəvi, Böyük Moğollar kimi imperiyaların simasında ümumdünya tarixni möhtəşəm sivilizasiyalarla zənginləşdirmiş, dünyaya Zərdüştün, İbrahimin, Musanın, İsanın, Məhəmmədin (salavatullah) simasinda müqəddəs peyğəmbərlər, Budda, Konfusi, İbn Sina, Nizami, Füzuli kimi çox möhtəşəm dühalar, Vvedlər, Tövrat, Avesta, İncil, Quran kimi müqəddəs kitablar bəxş etmişdir.
Şərq sivilizasiyası antropoloji obrazların möcüzəli çeşidlərlə təmsil olunduğu bir məkan kimi,özündə eləcə də, çeşidli mədəniyyətləri, dini ideyaları, əqidələri, məzhəb və məsləkləri də ifadə etmiş və bu gündə edir.
Burada bütün irqlər və onların törəmə çeşidləri bir-birinə qovuşmuş,müxtəlif dinlərin və mədəniyyətlərin sintezindən spesifik,dünyanın digər məkanlarında analoqu olmayan mədəni obrazlar və nümunələr təşəkkül tapmışdır.Bununla əlaqədar Şərqin fövqəladə etnik-mədəni müxtəlifliyi bu məkanda yaşayan bütün insanlardan daha çox dözümlülük,tolerantlıq,həmçinin elmi-texniki,intellektual-mədəni,sosial-siyasi resursların daha mütəşəkkil üsullarla səfərbər edilməsini tələb edirdi və bu tendensiya bu gündə davam edir.
Ddünyanın digər bölgə və regionlarında olduğu kimi,Şərqdə də, Qədimvə Orta Əsrlər tarixnin etnik-siyasi və sosial-təşkilati xarakterini cəmiyyətin “köklü sülalələr”, “imtiyazlı superetnoslar” tərəfindən nüfuz və hərbi-siyasi güc amili ilə idarə olunması təşkil edir. Onların yaratdığı təşkilatlar etnik və dini müxtəlifliklərin birliyindən yaranmış sosiumun davamlı inkişafını təmin etmək üçün güc üsuluna alternativ olan liberal metodlardan, sülhyaradan, barışığa çağıran üsullardan istifadə etməyə daha çox üstünlük verirdilər. Artıq o dövdə mütərəqqi düşünən insanlar dərk edirdilər ki, müharibə və münaqişə əsl siyasi məqsədə çatmaq üçün yeganə vasitə və davamlı dəyişən dünyanın əbədi məzmunu ola bilməz.
Odur ki, müxtəlifliklərin vəhdətini təmin etmək üçün hər bir elementar subyekti tam qane edə biləcək böyük, mükəmməl və uzun müddət üçün nəzərdə tutulmuş ideyaya ehtiyac və tələbat duyurdu. Çünki məhz belə ideya tutulmuş müxtəlifliklərin fərdi psixoloji xarakterindən doğan gizli və aşkar qiyamı cilovlamağa qadir idi.
Şərq ölkələrində aşağıdakı multikulturalizm modelləri vardır:
1) Malaziya modeli
2) İndoneziya modeli
3) Hindistan modeli
Multikulturalizmin “sivilizasiyalararası dialoq”, “tolerantlıq” mövzusu ilə oxşar və fərqli cəhətləri
Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.
Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.
Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq vardır. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.
Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.


Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin