Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Müasir Azərbaycanda etnik müxtəliflik



Yüklə 164,32 Kb.
səhifə19/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
multikultur.COVİD-19

20. Müasir Azərbaycanda etnik müxtəliflik

Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların dilləri, əsasən, dörd böyük dil ailəsinə - türk, Şimali Qafqaz, Hind-Avropa və kartvel dil ailələrinə mənsub olsalar da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin tam əksəriyyəti məhz bu dildə danışır. Müasir Azərbaycan dili 1-ci minilliyin əvvəllərindən indiki Azərbaycan ərazisində məskunlaşmağa başlamış türk mənşəli tayfaların dilləri əsasında, uzun tarixi inkişaf prosesinin gedişində formalaşmışdır.


Şimali Qafqaz dilləri Azərbaycan ərazisində ləzgi, avar, saxur, udi, xınalıq, buduq və qrız dilləri ilə təmsil olunmuşdur. Bu dillər başlıca olaraq ölkənin şimal-şərq rayonlarında yayılmışdır. Azərbaycan ərazisində daşıyıcılarının sayına görə Şimali Qafqaz dilləri içərisində ən geniş yayılanı ləzgi dilidir. Ləzgi dili Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi yarımqrupuna daxildir.
Şimali Qafqaz dil ailəsinin ləzgi yarımqrupuna udi dili də aid edilir (bu dilin ləzgi yarımqrupuna mənsubluğu elmdə mübahisəlidir). Hazırda udilər Qəbələ rayonunun Nic kəndində və Oğuz rayon mərkəzində məskunlaşmışlar.
Azərbaycan ərazisində Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna saxur dili də daxildir. Saxurlar 3 rayonun - Qax (Qum və Sarıbaş kəndləri), Zaqatala (Yeni Suvagil, Gezbarah, Kaç və Muxax kəndləri) və Balakən ərazilərində məskunlaşmışlar.
Azərbaycanın şimal-şərqində yayılmış “Şahdağ qrupu” - xınalıq, buduq və qrız dillərini də Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna aid edirlər. Xınalıq dilində Quba rayonunun eyniadlı kəndinin sakinləri danışırlar. Buduqlar Quba rayonunun Buduq, Güney Buduq və Dəli Qaya kəndlərində, qrızlar isə həmin rayonun Əlik, Cek və Haput kəndlərində yaşayırlar.
Əsasən, Zaqatala və Balakən rayonlarının ərazisində yayılmış avar dili isə Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun avar-ando-didoy yarımqrupuna daxildir.
Hind-Avropa dil ailəsinin İran qrupu dilləri Azərbaycan ərazisində tat, talış və kürd dilləri ilə təmsil olunmuşdur.
Tat dili İran dillərinin cənub-qərb yarımqrupuna daxildir. Bu dil, əsasən, Abşeron yarımadasının bir neçə kəndində, eləcə də Xızı, Siyəzən, Dəvəçi və Quba rayonlarının ərazisində yayılmışdır. Tatlar dini mənsubiyyətinə görə üç qrupa bölünür: müsəlman tatlar, xristian tatlar (monofizitlər), iudaist tatlar və ya dağ yəhudiləri.
Talış dili İran dillərinin şimal-qərb yarımqrupuna daxildir. Bu dil Azərbaycanın cənub-şərqində - Lənkəran, Astara, Lerik və Masallı rayonlarının ərazisində yayılmışdır.
Kürd dili İran dillərinin qərb yarımqrupuna aiddir. Kürd dili Laçın, Qubadlı, Kəlbəcər və Azərbaycanın bəzi başqa cənub-qərb rayonlarının ərazisində yayılmışdır.
Hind-Avropa dil ailəsi Azərbaycan ərazisində, həmçinin, rus və erməni dilləri ilə təmsil olunmuşdur.
Rus dili hind-Avropa dil ailəsinin slavyan qrupunun şimal-slavyan yarımqrupuna daxildir. Rus dilinin daşıyıcıları, əsasən, Azərbaycan şəhərlərində və ilk növbədə Bakıda məskunlaşmışlar.
Erməni dili isə hind-Avropa dillərinin ayrıca qrupunu təmsil edir. Erməni dili Qarabağın dağlıq hissəsinin bir neçə rayonunda yayılmışdır.
Kartvel dil ailəsi Azərbaycanda gürcü dili ilə təmsil olunmuşdur. Bu dilin daşıyıcıları xristian və müsəlman ingiloylardır. Onlar, əsasən, Qax, Zaqatala və Balakən rayonlarında məskunlaşmışlar.
Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir. Burada 100-dən artıq etnosun nümayəndəsi yaşayır.
Ölkənin əsas əhalisini (90%-dən çoxunu) azərbaycanlılar təşkil edir. Onların sayı 9 milyon 705 min nəfərdən (2016-cı ilin əvvəlinə görə) artıqdır. Təxmini hesablamalara görə bu gün dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. İran, Gürcüstan və Dağıstanda yığcam halda yaşayan milyonlarla azərbaycanlı bu yerlərin qədim sakinləridir. Təkcə İranda 30 milyon azərbaycanlı yaşayır. 20-ci əsrdə indiki Ermənistan ərazisindən dəfələrlə deportasiya olunmuş yüz minlərlə azərbaycanlı da oranın köklü əhalisi idi. MDB məkanında - Rusiya, Orta Asiya respublikaları, Qazaxıstan, Ukrayna və s., həmçinin Avropa və Amerika qitələrində müxtəlif dövrlərdə Azərbaycandan köçmüş xeyli azərbaycanlı yaşayır.
Azərbaycanlıların dili türk dillərinin cənub-qərb və yaxud oğuz qoluna aiddir. Bu dil türk, türkmən, qaqauz və Krım tatarlarının dilinə çox yaxındır. Azərbaycan dili tarixən nəinki ölkə daxilində, hətta bütün Qafqazda və Ön Asiyada yaşayan xalqlar arasında ünsiyyət saxlamaq üçün vasitəçi dil rolunu oynamışdır. 19-cu əsr Avropa və Rusiyanın görkəmli yazıçı və səyyahları (E. Reklü, A. Bestujev-Marlinski, F. Bodenştedt, M. Lermontov və b.) Azərbaycan dilinin regionda oynadığı rolu barədə yüksək fikirlər söyləmişlər. Rus yazıçısı A. Bestujev-Marlinski yazırdı ki, Cənubi Qafqaz diyarının Azərbaycan dili türk dilindən az fərqlənir və Avropanı fransız dili ilə gəzmək mümkün olduğu kimi, bu dillə də bütün Asiyanı başdan-başa gəzmək olar.
Azərbaycanlıların ölkədə yaşayan xalqlar arasında birləşdirici rol oynaması xüsusilə vurğulanmalıdır. Şübhəsiz ki, bu fenomen azərbaycanlıların milli mentalitetindən, xalqların mədəniyyət­lərinə tolerant münasibətindən irəli gəlir.
Azərbaycanlılardan başqa respublikada bir sıra azsaylı xalqlar və milli azlıqlar məskunlaşmışdır. Bunlar hind-Avropa dilləri ailəsinin İran dilləri qru­puna daxil olan tatlar, talışlar, kürdlər, dağ yəhudiləri, Qafqaz dilləri ailəsinin Şərqi Qafqaz (Dağıstan) qrupunun avar-and-sez yarımqrupuna daxil olan ləzgilər, avarlar, udilər, saxurlar, “Şahdağ qrupu” xalqları (xınalıqlılar, buduqlar, qrızlar), Qafqaz dillərinin kartvel qrupuna daxil olan və gürcü dilinin ingiloy ləhcəsində danışan ingiloylardır. Bundan başqa Azərbaycanda 19 əsrin 30-cu illərində gəlmiş və şərqi slavyan dilləri qrupuna daxil olan ruslar, həmçinin keçən əsrin 50-60-cı illərindən Axıska türkləri məskunlaşmışlar.
Ərazi birliyi, oxşar ictimai-iqtisadi, coğrafi və tarixi şərait azərbaycanlıların və azsaylı xalqların məişət və mədəniyyətlərində, adət-ənənələrində ümumi cəhətlərin formalaşmasına səbəb olmuşdur.
Şübhəsiz ki, burada xalqlar arasında gedən intensiv ticarət-iqtisadi və etno-mədəni əlaqələr də az rol oynamamışdır.
Tarix boyu Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər ahəngdar, öz dinc axarı ilə getmiş, etnik münaqişələr və gərginlik üçün zəmin olmamışdır.
Burada xalqların ənənəvi məişət və mədəniyyətlərindəki ümumi və spesifik cəhətlər sıx vəhdətdə olub bir-birini tamamlayır. Bununla yanaşı hər bir xalq sayından asılı olmayaraq spesifik, lokal mədəniyyətə malikdir. Respublikada fəaliyyət göstərən mədəniyyət mərkəzləri bu xalqların milli adət-ənənələrinin dirçəlişi, qorunub saxlanması sahəsində böyük rol oynayır. Bu xalqlar respublikanın siyasi-icti­mai həyatında fəal iştirak edirlər.
2009-cu il aprel ayının 13-dən 22-dək keçirilən siyahıyaalmanın nəticələrinə əsasən talışlar respublika ərazisində 112 min nəfər təşkil etmişdir və onlar, yığcam halda respublikanın cənub bölgəsində - Astara, Lənkəran, Masallı və Lerik rayonlarında yaşayırlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Onların etnogenezində Atropatenada yaşamış kadusi tayfaları mühüm rol oynamışlar. Bu barədə Strabonun “Coğrafıya”sında da bəhs olunur. Ənənəvi məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Keçmişdə əsas təsərrüfat sahələrindən biri də çəltikçilik olmuşdur.
Tatlar (25,2 min nəfər, 2009). Əsasən, Dəvəçi, Quba, İsmayıllı və Şamaxı rayonlarında məskunlaşmışlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. A. Bakıxanovun və b. tədqiqatçıların fikrinə görə tatların əcdadları Azərbaycana 4-6 əsrlərdə Sasani şahları tərəfindən köçürülmüşdü. Tatların ənənəvi məşğuliyyəti əkinçilik və bağçılıqdır. Xalçaçılıq sənəti geniş yayılmışdır. Ailə-məişət münasibətləri təxminən azərbaycanlılarda olduğu kimidir.

Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin