Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


UŞAĞA VERİLƏCƏK NAĞILIN SEÇİLMƏSİ VƏ ONUN PSİKOLOJİK İNKİŞAFA TƏSİRİ



Yüklə 300,9 Kb.
səhifə13/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   9   10   11   12   13   14   15   16   ...   61
ETİKA VƏ ONDAN KƏNARDA BAŞ VERƏN DAVRANIŞLAR
Elçin Əfəndiyev,

BDU-nun II kurs magistrantı
“Etika” əxlaq haqqında elm olaraq, fəlsəfənin insan həyatının praktik məsələləri ilə daha çox bağlı olan sahəsidir. O, insanın gerçəkliyə əxlaqi münasibətlərinin qanunauyğunluqlarını, cəmiyyətin əxlaqi şüurunun strukturunu, insanların əxlaqi təcrübəsini, əxlaqi görüşlərini, insan əməllərinin məqsədini, insanın rəftarını idarə edən motivləri, onların mənəvi qiymətləndirilməsinin obyektiv meyarını aydınlaşdırır. Etika «insanın davranışı necə olmalıdır», «insan hansı mənəvi keyfiyyətə malik olmalıdır», «hansı normaları rəhbər tutmalıdır» kimi suallara cavab verməyə çalışır.

Əxlaq nəzəriyyəsi olan “Etika” xeyir, şər, ədalət, borc kimi kateqoriyaların münasibətini təhlil edir, mənəvi hisslər, emosiyalar, vərdişlər, adət və ənənələri nəzərdən keçirir. “Etika” insanın sirlərinə, onun digər insanlarla və bütün dünya ilə münasibətlərinə, insan varlığının ən dərin problemlərinə müraciət edir. Beləliklə, “Etika” əxlaqa və əxlaqi dəyərlərə aid hər nə varsa, hamısını öyrənir. Lakin “Etika” nə əxlaqı, nə onun prinsip və normalarını, nə də yeni davranış qaydalarını yaratmır, o yalnız bunların mənbəyini və mənşəyini tədqiq edir, insanın davranışı ilə əlaqədar əxlaqi qiymətləndirmənin xarakter və mahiyyətini öyrənir, bunları ümumiləşdirir və sistemləşdirir, əxlaq nəzəriyyələrini formalaşdırır. “Etika” yalnız bu və ya digər hallarda necə hərəkət etmək lazım olduğunu öyrədən normativ elm yox, həm də mürəkkəb və ziddiyyətli əxlaqi münasibətlərin və əxlaqın təbiətini öyrənən nəzəri təlimdir. Aristotel “Nikomax etikası”nda (3, I kitab, I fəsil) yazır ki, “Etika”nın əsas məqsədi bilik yox, əməldir.

Qeyd edək ki, istər bizim, istərsə də digər cəmiyyətdə etikadan kənara çıxma halları da baş verir ki biz bunu deviant davranış olaraq şərh edirik. Deviant davranışı şərtləndirən aşağıdakı amilləri fərqləndirmək mümkündür:

a) Sosial amillər: Evdə və məktəbdən kənar şəraitdə uşağa həmyaşıdlar quruplarının (qeyri – formal), küçənin, sosimun göstərdiyi xoşagəlməz təsirlər sistemi.

b) Pedаqoji psixoloji amillər: Uşaqların ailə tərbiyəsində yol verilən qüsurlar və səhvlər, təlim-tərbiyə müəssisələrində uşaq yeniyetmə və gənclərin tərbiyəsində meydana gələn boşluqlar bu qəbildəndir.

c) Fərdi psixoloji faktorlar: Cəmiyyətə zidd və qeyri-sosial davranışa təkan verən ilkin təbii psixoloji göstəricilər, əxsi sərvət meyilləri davranışın özünü tənzim mexanizmləri, fərdin sosial normalara neqativ münasibətini inkişaf etdirən psixoloji xüsusiyyətlər. Hüquqa zidd davranışın tədqiqi maraq doğuran və çox istiqamətli bir sahədir. Qeyd olunan davranışı izah edən aşağıdakı nəzəriyyələr diqqəti cəlb edir.Bu nəzəriyyələr hüquqa zidd davranışının bəzi psixoloji mexanizimləri,müxtəlif formaları və .s xüsusiyyətlərini daha geniş şərh edir. Deviant davranış haqqında müxtəlif konsepsiyalar arasında banisi Z. Freyd olan psixoanalitik meylli tədqiqatlar xüsusi yer tutur.

Psixoanalizdə pozuntuların əsas mənbəyi “O”-nun strukturunu təşkil edən şüursuz meyllərlə “Mən” və “Fövqəl-Mən”- dən çıxış edən məhdudiyyətlər arasındakı daimi konflikt hesab olunur. Şəxsiyyətin normal inkişafı şüur və şüursuzluq sahələrini balanslaşdıran optimal müdafiə mexanizmlərinin yaranmasını nəzərdə tutur. Freyd həm də təklif etmişdir ki, libido istənilən yaradıcılıq fəaliyyətində çıxış axtarır; insan özünütəsdiqetmə və azadlığa can atır. Lakin azadlıq mədəniyyətin inkişafıyla birgə məhdudlaşır. Libidonun sıxışdırılıb çıxarılması, boğulması seksual enerjinin sublimasiyasına, davranışın sadizm və cinayətə qədərdəyişməsinə gətirib çıxarır. Neofreydistlər deviant davranışın təbiətini digər davranış pozuntularıyla-nevrozlar, psixasteniyalar, seksual pozuntular, sayıqlama halları, şəxsiyyətin sosial dezadaptasiyasının müxtəlif formalarıyla – yanaşı olaraq nəzərdən keçirirlər.

Xüsusi diqqət psixoanalitik işlərdə zorakılıq cinayətinin ilk səbəbi hesab olunan aqressivliyin təbiətinə verilir. Anadangəlmə dərk olunmayan meyllər aqressiv enerjini oyadır: Freyddə bu libidodur; Adlerdə hakimiyyətə, digərləri üzərində üstünlüyə meyl; E.Frommda ölümə, əzab çəkməyə mazoxistik meyl; V.Şutsda yaxın ətraf tərəfdən bəyənilmə və tərəfdaş olmadır. Lakin sonrakı tədqiqatlar göstərdi ki, deviant davranışın mahiyyətini yalnız psixoloji amillərin təhlili əsasında aydınlaşdırmaq olmaz.

Biheviorizm və neobiheviorizmin nümayəndələri B.Skinner, E.Torndayk, D.Uotson sübut edirlər ki, ətraf mühit insanın davranışını tamamilə təyin edir: öyrənmə vasitəsilə insan təcrübə əldə edir, davranışın nəticəsi onun təkrarlanma ehtimalını müəyyən edir. Buna müvafiq olaraq, xarici möhkəmlənmələr həm lider, həm də deviant davranışlı insanın davranışının şəklini dəyişir. Lakin həyat tərzinin proqramlaşdırılması haqqında elm iflasa uğradı. Belə ki, o, şəxsiyyətin özünüdərki və özünüinkişafıyla konfliktə girmişdir. Humanistik yanaşma davranışdakı pozuntuları uşağın öz hissləriylə uyğunluğu itirməsinin nəticəsi kimi nəzərdən keçirir və mövcud tərbiyə şəraitində özünütəsdiqləmə və məna tapmağın mümkün olmamasıyla əlaqələndirilir. Bu yanaşma belə hesab edir ki, aqressiya sosiallaşma prosesinin təhrif olunmasının, xüsusən də, valideynlərin cəzalardan sui-istifadə etməsinin, uşaqlara qarşı qəddar münasibətin nəticəsidir.

Nəzərdən keçirdiyimiz deviant davranış amili daha geniş və maraqlıdır.

Deviant (kənara çıxan) davranış spesifık sosial hadisədir. Belə davranış “məlum cəmiyyətdə rəsmən qərarlaşmış və ya faktik surətdə təşəkkül tapmış normalara (standartlara, şablonlara) uyğun gəlməyən insan fəaliyyəti formalarında ifadə olunur”.

Qeyd etdiyimiz sosial hadisənin daşıyıcıları müəyyən şəxslərdir, bəzi qruplardır. Onlar şüurlu və ya kortəbii surətdə cəmiyyətdə mövcud olan tələblərlə və davranış normaları ilə konfliktə girirlər. İnsanların şüurunda və davranışında deviasiya (kənara çıxma) adətən tədricən yetişir. Bu baxımdan sosiologiyada «ilkin deviasiya» anlayışının işlədilməsi diqqəti cəlb edir. Həmin anlayışın mənasını belə izah etmək olar: ilk vaxtlar müəyyən kənara çıxma hallarına ətrafdakılar, necə deyərlər, barmaqarası yanaşırlar, hər hansı qaydanı pozan şəxs isə özünü bu cür qiymətləndirmir.

Belə kənara çıxma halları isə əhəmiyyətsiz qüsurlar və ya qeyri-əxlaqi hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn, təsadüfi adamlarla spirtli içkilərin içilməsi-ictimai əxlaqın pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə diqqətdən kənarda qala bilər. Kənara çıxan davranışın ikinci səviyyəsi də vardır; bu, ikinci deviasiya adlanır. Bu halda ətraf sosial qrup və ya rəsmi təşkilatlar tərəfindən həmin davranışın daşıyıcısı açıq şəkildə əxlaq və ya hüquq normalarının pozucusu kimi etiraf olunur. Başqa sözlə, həmin davranışa müəyyən reaksiya özünü göstərir. Kənara çıxan davranışı təhlil edərkən deviasiyanın fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir. Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin ayrıca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada isə kənara çıxan davranış müəyyən sosial qrupun (məsələn, cinayətkar dəstənin) fəaliyyətinin ifadəsidir. Həmin qrup özünün qaydalar sistemini, “mədəniyyətini” yaradır və açıq şəkildə qəbul olunmuş normalara qarşı durur.

Nəzərə almaq lazımdır ki, hər cür kənara çıxma halını deviant davranış hesab etmək doğru deyildir. Hərçənd bəzi tədqiqatlarda kənara çıxan davranış və deviant davranış eyniləşdirilir. Onlar eyniləşdirildikdə bütün sosial qruplar və bütün adamlar həmin təriflə ehtiva olunurlar. Halbuki cəmiyyətdə elə bir adam və sosial qrup yoxdur ki, onlar həyatın bütün hallarında mütləq surətdə norma və qaydalara müvafiq hərəkət etmiş olsunlar. Deməli, kənara çıxan davranış anlayışı daha geniş məzmuna malikdir.



Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin