Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


KAİNATIN MÜASİR KOSMOLOJİ KONSEPSİYALARI VƏ İNKIŞAF İSTİQAMƏTLƏRİ



Yüklə 300,9 Kb.
səhifə14/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   10   11   12   13   14   15   16   17   ...   61
KAİNATIN MÜASİR KOSMOLOJİ KONSEPSİYALARI VƏ İNKIŞAF İSTİQAMƏTLƏRİ
doktorant Sürəyya Səfərova

BDU-nun 7206.01 Təbiətin fəlsəfəsi ixtisası üzrə
İnsan yaranışının ilkin dövrlərindən başlayaraq, özünü, ətrafını və onun əhatə edən təbiəti, kainatı dərk etməyə cəhd göstərib. Bu cəhdlər dövrləri keçərək və dəyişərək müxtəlif fikirlərin, elm sahələrinin və konsepsiyaların yaranmasına gətirib çıxarıb. Kainatı anlamaq, fəth etmək istəyi kosmik konsepsiyaların yaranmasına və inkişafına səbəb olub.

Bizim başlıca məqsədimiz Kainatın mənşəyinin izahını verən müasir kosmoloji konsepsiyaları və onların inkişaf yolunu nəzərdən keçirmək və əldə olunan nəticələri bölüşərək qənəatimizi bildirməkdir.



Kainatın müasir kosmoloji konsepsiyalarını araşdırmağı aktual edən iki vacib məqam var:

*İnsan mövcud olduğu kainatla sıx əlaqəli olduğu üçün burda baş verəcək dəyişikliklərdən xəbərdar olmalıdır ki, ona uyğun həllər tapsın. Xüsusən də, antropoloji təsirin güclü olduğu dövrümüzdə Kosmosda və qalaktikalarda gedən prosesləri bilmək zəruriləşir.

*Kosmik konsepsiyaları bilmək yeni konsepsiyaların yaranması üçün bir tramplin, insanın yer üzərindəki həyatını düzgün təşkil etmək və yeni yanaşmanı formalaşdırmaq üçün bir vasitədir.

Sadalanan məqamları nəzərə alaraq, hesab edirik kainatın müasir konsepsiyalarının və inkişaf istiqamətlərinin mənimsənilməsi bu çərçivədə yeni addımların atılmasına gətirib çıxara bilər.

Qeyd etmək istərdim ki, Kainatın müasir kosmoloji konsepsiyalarının formalaşması fizika və astronomiyada əldə edilən uğurlarla birbaşa bağlıdır. Çünki bu elmlərdəki iraliləyiş olmadan kainatın dərki ilə məşğul olan tədqiqatçılar bir çox suallarına cavab tapa bilmirdilər. Bu səbəbdən də 1915-ci ilə qədər yaradılmış kosmoloji konsepsiyalar ancaq statik kainatdan bəhs etmişdir. 1915-ci ildə Albert Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsini irəli sürməsi kainatın kosmik konsepsiyalarına baxışı dəyişdi və yeni üfüqləri açdı.

Nəticə olaraq,1922-1924-cü illərdə Aleksandr Aleksandroviç Fridman tərəfindən relyativist kosmoloji nəzəriyyə yarandı. 3 modelə əsaslanan Fridman nəzəriyyəsi kainatın üç xassəsini -- yekcinsliyini, izotropluğunu və qeyri-stasionar olmasını aşkarladı, bu xassələrdən irəli gələn genişlənən və sıxılan kainat konsepsiyasını kosmologiyaya bəxş etmiş oldu.



Nəzəri cəhətdən Fridman tərəfindən irəli sürülən konsepsiya öz təsdiqini Xabblın kəşfində tapdı. "Xabl müəyyən etdi ki, qalaktikalar getdikcə yerdən uzaqlaşırlar. Bu qanun belə bir fikir söyləməyə əsas verir ki, qalaktikaların Yerdən uzaqlaşması Kainatın genişlənməsini əks etdirir".3 Deməli, Kainat statik olmayıb, dəyişkəndir. Dəyişiklik fikri isə öz növbəsində kainatın tarixini onun yarana və yox ola bilməsini ortaya qoyur.

Genişlənmə və müvafiq olaraq sıxılma məqamının yol açdığı ikinci fikir isə kainatın ölçüsü ilə bağlıdır. Fikirləşmək olar ki, mütəmadi olaraq bu proses baş verirsə, onda kainatın ölçüsü də əvvəlki kimi deyil, yəni əvvəl kiçik olub amma davamlı genişlənmə nəticəsində böyüyüb və ya əksinə. Sinqulyarlıq adlanan qeyd etdiyimiz məqam 1965-ci ildə Stiven Xokinq tərəfindən sübuta yetirilib.

Nəzərə alaq ki, sinqulyar vəziyyətdən genişlənən kainat anlayışına keçidi Corc Qamovun 1946-cı ildə irəli sürdüyü Böyük Partlayış nəzəriyyəsi ilə də izah etmək mümkündür. Bu nəzəriyyəyə görə kainat radiusu kiçik , lakin, böyük sıxlıqlı maddənin partlaması nəticəsində yaranıb.

Böyük Partlayış nəzəriyyəsi ilə yanaşı mövcud olub, onunla ziddiyyət təşkil etməyən digər bir model isə İnflyasiya konsepsiyasıdır. Bu konsepsiya kainatın təkamülünü genişlənmə anından hesablayır. Bu nəzəriyyəyə görə kainat öz başlanğıcını yüksək aktivliyə malik vakkumdan götürür. Vakkum müxtəlif təzyiq və enerjilərin təsiri altında ola bilər. İnflyasiya fazasında tədricən şişən kainat indiki Metaqalaktikanın ölçüsünü aşır, sonra isə davamsız vakkum dağılır, kosmik itələmə gücü tükənir. Maddə və antimaddənin arasındakı simmetriya pozuntusu sistemin ahənginin pozulmasını şərtləndirir ki, bu da sistemin öz strukturunu dəyişərək yeni vəziyyətə keçməsinə səbəb olur.

Böyük partlayış və inflaysiya konsepsiyalarının elmi dairələrdə qəbul olunmasına baxmayaraq, kosmik konsepsiyalar öz inkişafının kulminasiya nöqtəsinə çatmayıb. Burda açılmayan və izahını tapmayan bir qism suallar bəzi düşüncə sahiblərinin dini yanaşmaya müraciət etmələrinə səbəb olur. Əsas problematik məqam sinqulyarlığın izahı ilə bağlıdır. Kainatın ilkin ölçüləri barəsindəki əsas sual açıq qaldığından bir çox alimlər Sinqulyarlıq vəziyyətini natamam sayırlar .

Xülasə

Kainatın mənşəyinin izahını verən müasir kosmoloji konsepsiyaları və onların inkişaf yolunu nəzərdən keçirməklə aşağıdakı məqamları aydınlaşdırdıq:

  • Müasir kosmik konsepsiyaların formalaşmasını şərtləndirən ilkin amil Ümumi Nisbilik Nəzəriyyəsidir.

  • Qalaktikaların qaçışması nəzəriyyəsi Kainatın genişlənməsi ideyasını təsdiq edir.

  • Kainatın genişlənmədən əvvəlki vəziyyəti onun Sinqulyarlıq adlanan başlanğıc halının fiziki qanunlara tabe olmadığını göstərir.

  • Genişlənən, qeyri-stasionar kainat "Böyük partlayış" nəticəsində yaranıb.

Ədəbiyyat


  1. Məmmədov Ə. Bəşirov R. Müasir təbiətşünaslığa konseptual yanaşma. - B:."Elm", - 2001. -757 s.

  2. Базалук О.А.,Владленова И.В. Философские проблемы космологии:

монография. - Х.: НТУ "ХПI", 2013.-190 c.

  1. Под ред. В.В. Казютинского.Современная космология: философские горизонты . - М.: «Канон+» РООИ <<Реабилитация», 2011.- 432 с.

  2. Хокинг С . Краткая история времени. От большого взрыва до черных дыр. - 108 c . www.koob.ru



Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin