İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİNƏ FƏLSƏFİ BAXIŞ
Xələfova Kəmalə Rauf qızı
BDU-nun doktorantı
Uzun əsrlər boyu cəmiyyət, burada baş verən sosial proseslər tədqiqat obyekti olaraq bir çox sosial və humanitar yanaşma baxımından təhlil olunmuşdur. İlk növbədə fəlsəfi səpkidə aparılan tədqiqatların ağırlıq mərkəzini qeyd etmək lazımdır: cəmiyyət və təbiətin nisbəti, cəmiyyətin inkişaf qanunları və mərhələləri, insan problemi, cəmiyyətin gələcəyi və s. Sosiologiya sahəsində aparılan tədqiqatlar bir qədər də konkretləşib, həmin istiqamətlərin fəaliyyətini sistem-struktur baxımından müxtəlif riyazi, statistik və humanitar yanaşmaların imkanlarından faydalanaraq statika və dinamika səviyyələrində təhlil edir: nəticədə cəmiyyətin fəaliyyətinin ən dərin qatları, gizli mexanizmləri aşakrlanır, onların aparıcı tərəfləri müəyyən edilir, öncəgörmə baxımından vəzifələr dəqiqləşdirilir.
Digər ictimai elm sahələri – iqtisadi nəzəriyyə və politologiyada da qeyd edilən istiqamətlər üzrə işlərini qururlar. Istənilən halda insan potensialından istifadə edən bütün ictimai həyat sahələri belə tədqiqatlardan geniş istifadə etməlidir. Məsələn, dövlət tərəfindən həyata keçirilən sosial siyasət vasitəsilə əhalinin sosial müdafiəsi təmin olunur, burada aparıcı tərəfləri nəzərə almaqlamüxtəlif işlər həyata keçirilir. Bunu üçün həm də sosial-iqtisadi sahələrdə insan resuslarının istifadə olunması dərəcəsi müəyyən edilir. Hər bir ölkənin iqtisadi qüdrətini ilk növbədə onun insan potensialnın əsas göstəriciləri təşkil edir – təhsili, peşə hazırlığı, həyat səviyyəsi, məişətin və asudə vaxtın təşkili, iqtisadi sahələrin nisbəti strukturu və s.
Azərbaycanda baş verən struktur islahatlar təhsildə, elmdə, iqtisadiyyatda öz ifadəsini ilk öncə insan resuslarının keyfiyyət göstəricilərinə təsir edir. Iş sahələri üzrə mövcud bölgüdə bir sıra dəyişikliklər baş verir. Son illərdə əldə edilən təcrübə göstərir ki, əmək məhsuldarlığının artırılmasında insan resurslarının yeni geniş imkanları açılır. İlk növbədə bazar şəraitində məşğulluq sahəsində işçilərin öz bilik və bacarıqlarının formalaşdırılması,işdə uğur qazanılması işində seçim imkanı xeyli artmışdır. Ön plana işçilərin peşəkarlıq qabiliyyətləri, öz biliyi inkişaf etdirmək bacarığı, məsuliyyət və işə maraq çəkilir.
Roma klubunun sədri A.Peççeinin haqlı olaraq qeyd etdiyi kimi, “indiki tərəqqi mərhələsi insan nəsli qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Həmin vəzifələr əuyğun olaraq bütün işlərində tarazlıq və ahəngdarlıq gözləməklə irəliyə doğru addımlamaq işi də var. Yalnız mədəni təkamül əsasında insan bütün təhlükələrin öhdəsindən gələ bilər.Bu təkamülün vacibliyini başa düşməsək, ən böyük və ən faciyəvi səhvə yol vermiş olarıq, çünki dövrümüzün bütün təlatümləri və böhranları müasir şəraitə insanların kifayət qədər uyğunlaşmaması ilə əlaqədar baş verir”.
Bunların sırasında, planetimizi nəhəng əqrəb kimi əhatə edən demoqrafiya, işsizlik, cəmiyyətin sosial və iqtisadi imkanlarından axıra qədər istifadə edilməməsi, ehtiyatların çatışmazlığı və onlardan qeyri-səmərəli istifadə edilməsi, səmərəsizlik, inflyasiya, əmin-amanlığın əldə edilməməsi, silahlanma, ətraf mühitin çirklənməsi və biosferin dağıdılması, insanın iqlimə hədsiz dərəcədə mənfi təsiri və bir çox digər məsələlər qeyd edilməlidir. Buna baxmayaraq bu günə kimi bunların heç birinin həlli üçün səmərəli qərar qəbul edilməmişdir. Getdikcə bu məsələlərin həlli ağırlaşır və həmin əqrəbin qolları planetimizi getdikcə daha çox bürüyüb sıxır... Çıxış yolu – insan təfəkkürünün keyfiyyətcə yeni bir mərhələyə ucalması, davranışının əsaslı şəkildə dəyişilməsindədir [3, с.6-7].
Bazar iqtisadiyyatı şəraitində rəqabətə dözümlülük də insan resuslarının lazımi səviyyədə idarə olunmasını tələb edir. İnsan resusları ilk növbədə əmək ehtiyatlarını və insan potensialının intellektual imkanlarını nəzərdə tutulur. Hələ K.Marks vaxtilə insan potensialının aparıcı məhsuldar qüvvəyə çevrilməsi ideyasını vurğulamışdır. Hər bir cəmiyyət öz inkişafında elə bir imkanlardan istifadə etməlidir ki, insan resusları, tədricən inkişaf edərək, insan kapitalına çevrilsin.
Aparılan tədqiqatlar əsasında belə bir nəticə çıxarmaq olar ki, əməyin intellektual komponenti artdıqca, insan resuslarının inkişaf kapitalına çevrilməsi surəti də artır. Nəticədə insan kapitalı özü-özlüyündə böyük gücə malik olan bir müstəqil iqtisadi möhvuma, anlayışa çevrilir. Burada ilk növbədə iqtisadi inkişafda aparılan islahatlar əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalmalıdır.
Müxtəlif təşkilatlarda (eyni zamanda müxtəlif fəaliyyət sahələrində) insan resuslarının idarəedilməsi texnologiyaları getdikcə ünsiyyətdə, dəyərlər, normalar strukturunda özünü biruzə verir. İnsanlar daha açıq şəkildə öz münasibətini müxtəlif hadisələrə və faktlara bildirir, onları müzakirə edir və qərar qəbul etməyə qadir olmasını təsdiqləyirlər. Bunu elə Azərbaycan reallıqlarında cərəyan edən proseslərdən də görmək olar. Mətbuatda, telekurslarda insanların müxtəlif mövqeləri daha aydın şəkildə ifadə olunur, toqquşur və vahid rəy formalaşır. Sözssüz, burada ünsiyyət mədəniyyətinin, təhsil, bütövlükdə savad həddinin və strukturun rolu olduqca böyükdür.
Insan potensialının yüksək səviyyədə istifadə olunması işində hər bir kadrın fəaliyyətinin səmərəli təşkili olduqca əhəmiyyətlidir. Düzgün planlaşdırma işçilərin motivasiyasını arrtırır, işçilərlə aparılan söhbətlər və treninqlər isə kollektivdaxili münasibətləri zənginləşdirir və daha səlis edir. Fəal şəkildə müxtəlif mükafatlandırma yollarından da istifadə olunur (maaşdan əlavə, maddi və mənəvi formalarda), insanların işə məsuliyyətli münasibəti artır, onlar öz daxili imkan və bacarıqlarını daha fəal şəkildə üzə çıxardır və istifadə edirlər. Bu istiqamətdə görülən işlər konkret olaraq istifadə olunmalı və hər bir işçidə bu mənada görülən işlər barəsində tam, dolğun təsəvvür formalaşmalıdır. [2, с.19].
Aparılan tədqiqat istiqamətlərindən biri də – insan resuslarının keyfiyyət baxımından ümumi qiymətləndirilməsidir. Bu barədə artıq yuxarıda bəzi rəqəmlər də qeyd edilmişdir. Belə qiymətləndirmənin əsas məqsədi – insan resuslarının təkrar istehsalına nəzarət etməsi, burada təsir mexanizmlərinin işləyib hazırlanmasıdır. Yuxarıda deyilənlərdən belə bir nəticəni də çıxarmaq olar – insan resuslarının təkrar istehsalı işində insani keyfiyyətlərin qiymətləndirilməsinə daha böyük önəmin verilməsidir. Beləliklə, hər bir insanın şəxsiyyət olaraq xüsusiyyətlərinin önəmə çəkilməsi insan resuslarının keyfiyyətli inkişafının əsasını təşkil edir.
Belə bir problem də tədqiqatçılarının diqqət-nəzərindədir: həyatın yüksək keyfiyyətinin təmin edilməsi. İlk növbədə burada həyat səviyyəsi nəzərdə tutulur. Həyat fəaliyyətinin bütün sahələri insan resuslarının formalaşmasında olduqca böyük rol oynayır, bununla belə bunların ən vacibini həyat səviyyəsi təşkil edir. Mühitinin sağlam olması, həyat təhlükəsizliyi, sosial infrastrukturun səviyyəsi – bu və digər sahələrin inkişafı insan resuslarının formalaşdırılması və təşəkkülündə olduqca əhəmiyyətlidir [1, с.9].
Beləliklə, sosial proseslərdə insan amilin qiymətləndiriliməsi kompleksli xarakter daşıyır və insan həyatının bütün sahələrini əhatə edir. Bununla belə aparılmış təhlil göstərir ki, burada inkişaf edən sahələrdən biri iqtisadi-sosial səhədir. Burada daha çox tədqiqatlar aparılır, insanların mümkün potensialı üzə çıxarılır, mövcud rezervlər vurğulanır. Həyatın mürəkkəbləşməsi, qloballaşmanın çoxsaylı fəsadları insan tərəfindən yeni keyfiyyətlərin əldə edilməsi məsələsini gündəmə gətirir. Əsas problem burada insanlarda yeni, planetar miqyasada mütərəqqi təfəkkürün formalaşmasıdır. Bu istiqamətdə aparılan işlər hələ ki qənaətbəxş sayıla bilməz. Sosial fəlsəfə sahəsində aparılan tədqiqatların ana xətti burada insan kapitalının formalaşması, bu prosesin insan resursları keyfiyyətinin yaxşılaşdırılmasında rolunun təhlili istiqamətində aparılmalıdır.
Ədəbiyyat
-
Дырка Стефан. Управление развитием человеческих ресурсов организации в условиях трансформируемой экономики.Автореф.
дисс. на соиск. ученой степенидокт.эконом. наук. М.: 2009
-
Ващенко А.А. Человеческие ресурсы России: современные аспекты развития воспроизводственного процесса. Автореф.дисс. на соиск. ученой степенидокт.эконом. наук. М.: 2009
-
Печчеи Аурелио. Человеческие качества. пер.с.англ. О.В.Захаровой. М.: Прогресс, 1980. 300 с.
-
Петрова Е.А. Современный подход к оценке человеческих ресурсов региона // Известия ИГЭА, 2009, № 6 (68), с.106-109
Dostları ilə paylaş: |