Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


AZƏRBAYCANDA MULTİKULTURALİZM DÜNYAYA NÜNUNƏ KİMİ



Yüklə 300,9 Kb.
səhifə18/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   14   15   16   17   18   19   20   21   ...   61
AZƏRBAYCANDA MULTİKULTURALİZM DÜNYAYA NÜNUNƏ KİMİ
BDU-nun Fəlsəfə tarixi mədəniyyətşünaslıq

kafedrasının müəllimi f.ü.f.d. D.C.Vəliyev
Azərbaycan dünyanın humanitar poroblemlərin baş verməyən nadir ölkələrindəndir. Humanitar məsələ bu gün özündə mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini ehtiva etməkdədir. Ölkəmizdə tarixən bu sahəyə ən pozitiv mövqe sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilib. İlk Forum 2010-cu ilin yanvarında Bakıda keçirildi. Bu tədbir geniş rezonansa səbəb oldu və effektiv nəticələr verən ənənəyə çevrildi. Bu il Heydər Əliyev Mərkəzində keçirilən növbəti Üçüncü Beynəlxalq Forum öz işində humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə edib. Tədbirdə 70 ölkədən 800-ə yaxın qonaq iştirak edib. Onların arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və başqaları iştirak ediblər. İki günlük

Forumda olduqca mühüm, dövrün çağırışlarına cavab verən mövzular səkkiz dəyirmi masada müzakirə obyekti olub: “Texnologiyaların konvergensiyası və gələcəyin konturları:”XXI əsrin çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”.

Yaşadığımız XXI əsrin xarakterik xüsusiyyəti bütün dövlətlərin istər iqtisadi, istər siyasi arenasına, istərsə də sosial həyatına qloballaşma prosesinin təsirlərini gətirməsidir. Yer kürəsində əhalinin sayı 6 milyardı ötür və daim artır . Bir çox ölkələrdə iqtisadiyyat zəifdir, əhalinin tələbini ödəmir. Nəticədə milyonlarla insan aclıq çəkir, ehtiyac içindədir. Buna görə də digər ölkələrə kütləvi axın başlayır. Bundan başqa, hər bir ölkənin sosial tələbi vardır. Bu tələbat iqtisadiyyatın da qarşısına daim yeniləşmək, müasirləşmək və verilən sosial sifarişi ödəmək tələbi qoyur. Bu tələb ilk növbədə öz əhlisinin sosial ehtiyaclarını ödəməklə bağlıdır. Bu tələbin öhdəsindən gələn dövlətlər digər kasıb ölkələr üçün cəlbedici olurlar.

Həmin dövlətlər miqrantlar üçün də iş və dolanışıq yeri kimi maraqlı görünürlər. Nəticədə qanuni və qeyri-qanuni miqrasiya başlayır. Həmin ölkələrə miqrasiya nə qədər güclü olarsa o qədər də iqtsadi, sosial və nəhayət, siyasi balansda tarazlıq pozula bilər. Buna görə də hazırda qloballaşma prosesinin qarşısında duran ən mühüm vəzifələrdən biri və önəmlisi beynəlxalq iqtisadi inteqrasiyanı sürətlə və səmərəli həyata keçirməkdən ibarətdir. Bu inteqrasiya nəticəsində bəzi ölkələr tranzit dövlətlərə çevrilir, bəziləri müxtəlif iqtisadi birliklər yaradır, bəziləri də ərazilərində azad iqtisadi zonalar təşkil edir. İnteqrasiya prosesində də təbii və qeyri-təbii miqrasiya baş verir. Bu zaman da humanitar məsələ aktual problem kimi öz həllini tələb edir. Buna görə də humanitar məsələ beynəlxalq problem və dövlətlərarası sazişlərlə, beynəlxalq normalarla öz həllini tələb edir.

Bilirik ki, tarixən hər bir dövlətin qüdrətinin əsasında iqtisadi güc, siyasi nüfuz dayanır. Lakin ölkədə milli birlik, bunun əsasını təşkil edən humanitar problemlərin xalqın da qəbul etdiyi kimi həlli olmadan qüdrətli səviyyə mümkün deyildir. Sosial-siyasi sabitlik iqtisadi gücün ən əsas lokomotivlərindəndir, onun da kökündə təbii ki, humanitar məsələlərin vaxtında, operativ həlli durur. Əgər humanitar məsələ və problemlər vaxtında və həm də beynəlxalq normalara uyğun həll olunmasa gec-tez ölkədə bu zəmində çox ciddi böhran yaşana bilər.

Bu da öz növbəsində iqtisadi və siyasi proseslərə çox mənfi təsir göstərər. Bundan başqa hər bir insan müəyyən intellekt sahibidir. Ölkədə müxəlif dini, milli dəyərlərə məxsus insanların siyasi və hüquqi bərabərliyinin təmin olunması, etnik azlıqların milli-mədəni inkişafına qanunla əsas yaradılması, cəmiyyətin də bu prosesə adi normal yaşayış qaydası kimi baxması ölkədə birliyin sarsılmazlığını təmin edir. Bu gün ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir. Dövlət başçısı Azərbaycanda multikulturalizmə münasibət barədə deyib: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.


Ədəbiyyat
1. Məmmədov N.”Qlobal siyasət:təhdidlər, çağrışlar, ümidlər”Bakı,2013

2. Малахов В. Культурный плюрализм versus мультикультурализм // Малахов В. Скромное обаяние расизма и другие статьи. М.: Дом интеллектуальной книги, 2001.




Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin