Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 300,9 Kb.
səhifə34/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   30   31   32   33   34   35   36   37   ...   61
MÜASİR DƏRSƏ QOYULAN TƏLƏBLƏR

Nəzirova Mehrin

BDU-nun II kurs magistrantı
Bu gün dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istfadə etmək başlıca vəzifə kimi qarşıda durur. Tədrisdə yeni pedaqoji texnologiyaların işlənib hazırlanması və bu texnologiyaların tətbiqi əsas problemlərdəndir. Dərsdə müasir təlim metodlarından istifadə bügün müasir dərsin əsas tələblərindəndir. Həyat məktəb, müəllim və şagirdlər qarşısında yeni tələblər qoyduğuna görə bu məsələlərin üzərinə daim təkrar qayıtmaq lazım gəlir. Müasir dərs elmi- texniki tərəqqinin tələblərinə əsaslanan, inkişaf etməkdə olan müstəqil dövlətimizdə cəmiyyətin məqsədlərinə cavab verən və psixoloji – pedaqoji elmlərin nailiyyətlərini nəzərə alan dərsdir. Müasir dərsdə əldə edilmiş biliklər yeni biliklərin mənimsənilməsində bir komponent kimi həyata keçirilməli, dərsdə biliklə fəaliyyətin dialektik vəhdəti və aslılığı, sualların obyektiv həqiqətdən yaranması və düşündürücü olması, şagirdlərin yaradıcı təfəkkürünün fərqləndirici xüsusiyyətinin mütləq nəzərə alınması, şagirdlərin idrak fəaliyyətinin müstəqilliyi əsas götürülməlidir.

Müasir dərs dedikdə, öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji qabiliyyəti, ustalığı nəzərdə tutulur. Müəllim sinifdə işgüzar şərait yaradıb şagirdlərin sinifdə müstəqil mühakimələrinə geniş yer verirsə, hər mövzunun xarakterinə uyğun priyomlardan, çeviklik və interaktivliyin təmin edilməsindən, problemli təlimdən istifadə edirsə, deməli o dərsi müasir tələblər əsasında təşkil edə bilir.

Məlumdur ki, hər bir şagird yeni bilikləri müxtəlif cür mənimsəyir və bununda müqabilində müəllim hər bir şagirdə fərd yanaşma imkanına malik deyil. Müasir dərsin əsas vəzifəsi biliklərin fərdi şəkildə əldə edilməsinə maraq yaratmaqdır. Məktəbdən kənar mühitdə mövcud informasiya vasitələrindən daim istifadə edən şagird dərsdədə onun üçün maraqlı olanı görmək istəyir. Məhz bu zaman müəllimlərin köməyinə yeni texnologiyalar çatır ki, bunların arasında kompüter xüsusilə böyük rol oynayır.

Yeni texnologiyalardan istifadə təlimin məzmununu və məqsədini dəyişir: yeni metod və formalar yaranır. Buna görədə müəllimlərin İKT-dən istifadə bacarıqlarına malik olması dərsin daha səmərəli qurulmasına şərait yaradır. Kompüterdən istifadə intelektual imkanları genişləndirir.

Dərsləri müşahidə edərkən görürük ki, dərsin mərhələləri, müasir təlim metodlarından istifadə, qiymətləndirmə ilə bağlı bəzi problemlər hələdə qalmaqdadır. Dərsin ilkin mərhələsi Motivasiya və Problemin qoyuluşu metodik ədəbiyyatlarda göstərildiyi kimi, 3-5 dəqiqədən ibarət olmalıdır. Motivasiya sövq edici xarakterə malik olub, şagirdə qarşıya qoyulan məqsədə çatmağa yardımçı olur.

Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimlərin dərsə ciddi hazırlaşmasına sövq edir.

Buna görədə müəllim hansı priyomlardan, necə və nə zaman istifadə edəcəyini qabaqcadan bilməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan müəyyənləşdirməli, mövzuya dair yardımçı fakt və hadisələri əsas məsələlərin həllinə yönəltməyi bacarmalı, elmi texniki yeniliklərdən xəbərdar olmalı, dövrün mühüm ictimai siyasi hadisələrindən baş açmalı, biliyini müntəzəm olaraq dərinləşdirməli və təkmilləşdirməlidir. Müasir dərs uşaqların dünya görüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərk etmə qabiliyyətini inkişaf etdirməlidir.

Müasir dərsə verilən tələblər bir-biri ilə sıx əlaqədə olub biri digərini tamamlayır və bunlarında əsasında hər bir fənn üçün müəyyən edilmiş təlim nəticələri və məzmun standartları , təlim strategiyaları və qiymətləndirmə standartları dayanır.Kurikulum hər bir müəllimin təlim prosesini düzgün təşkil etmək üçün istinad etdiyi əsas vasitə olmalıdır.

Son illər respublikamızda interaktiv təlim metodlarının mənimsənilərək iş prosesinə tətbiqi sahəsində müəyyən nəticələr əldə olunmuşdur. Tədris prosesində fəal interaktiv təlim texnologiyalarının tətbiqi dərslərin səmərəliliyini yüksəldən ən vacib şərtlərə çevrilmişdir. İnteraktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlər arası öyrənmə ünsiyyəti və əməkdaşlığı,müəllim şagird biliyini nəzərdə tutur. İnteraktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya bacarıq və keyfiyyətlərə şagirdlərin yiyiələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar və vasitələrdir.

Həyatda uğur qazanmaq üçün şagirdlərdə həyati bacarıqları inkişaf etdirmək, onları dəyişən həyat şəraitinə uyğunlaşmağı bacaran şəxsiyyət kimi formalaşdırmaq müasir təhsilin qarşısında duran əsas şərtlərdəndir. Bu zaman “necə öyrətmək?” ön plana keçir. Daha sonra “nəyi öyrətmək?” gəlir,beləliklə, fənnin məzmunu artıq vasitəyə çevrilir. Fənn kurikulumlarının tədrisində şagirdlərin fəaliyyətinə əsaslanan, bununlada onlarda bacarıq formalaşdıran fəal təlim üsullarına üstünlük verilir.

Müasir dərsin elmi ideyasını əsasını təlim, tərbiyə və təhsil haqqında vahid təsəvvür təşkil edir. Dərsin ümumi funksiyası idraki, inkişafetdirici və tərbiyəedici təlim əsasında şagirdləri hərtərəfli və inkişaf etmişşəxsiyyət kimi formalaşdırmaqdır.

İnteqrasiya təhsil islahatının əsas prinsiplərindən biri olduğu üçün, eləcədə biliklərin ümumiləşdirilmiş şəkildə verilməsinə əlverişli şərait yaratdığı üçün dərsə hazırlaşarkən inteqrasiya imkanları diqqət mərkəzində saxlanılmalıdır.

Bu gün müəllimlərin qarşısında yeni pedaqoji texnologiyalara yiyələnmək kimi ciddi tələblər durur. Təhsil islahatının əsas məqsədlərindən biri ənənvi yaddaş məktəbini təfəkkür məktəbinə çevirməkdir.
Ədəbiyyat


  1. “Kurikulum” elmi- metodik jurnal, Bakı, 2014

  2. A. Mehrabov. Təhsilin demokratikləşməsi:problemlər, vəzifələr// Təhsil, mədəniyyət və incəsənət. Bakı,2001

3.Yeni təhsil proqramlarının (Kurikulumların) tətbiqi məsələləri. Bakı, 2014


Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin