TƏHSİL İSLAHATLARI, TƏHSİLİN GEDİŞİNDƏ PROBLEMLƏRİN ARADAN QALDIRILMASI
Əliyev Rəcəbəli Həciağao.
“Sosioloji problemlər” BDU-nun ETLin böyük elmi işçisi.
Təhsil institutu müstəqil dövlətin inkişafında və möhkəmlənməsində çox mühüm yer tutur. Təsadüfi deyildir ki, xalqımızın Ümummilli Lideri H.Əliyev təhsili millətin gələcəyi kimi mənalandırırdı. Təhsilə yüksək qayğı və diqqət göstərməyin zəruriliyi haqqında Ulu öndərin göstəriş və tövsiyyələri müasir cəmiyyətimizin siyasi rəhbərliyi tərəfindən dönmədən həyata keçirilməkdədir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə təhsil islahatları ardıcıl sürətdə aparılır, bu sahədə diqqətəsayan uğurlar əldə edilir. Ali təhsilin inkişafında istiqamətləri irəlicədən müəyyənləşdirmək, müsbət yönümlü meyillərin fəaliyyətinə şərait yaratmaq, mənfi-neqativ tendensiyaları neytrallaşdırmaq və aradan qaldırmaq üçün elmi tövsiyyələr işləyib hazırlamaq, ınüstəqil dövlətimizin təhsil siyasətinin priopitetlərindəndir.
Yuxarıda qeyd olunan vəzifələrin uğurla həll olunmasında konkret sosioloji tədqiqatlar və onların nəticələrinin təhlil edilərək ümumiləşdirilməsi mühüm yer tutur.
Ali məktəblərdə tədrisin səmərəliliyinin yüksəldilməsini və keyfiyyətinin yaxşılaşdırılmasını, onu maddi-tcxniki bazasının möhkəmləndirilməsindən, tədris- tcxniki bazasının möhkəmləndirilməsindən, tədris-tcxniki vasitələrlə təchizatının təmin cdilməsindən kənarda təsəvvür ctmək qcyri-mümkündür.
Müəllim tədrisinin əsas nüvəsini təşkil etdiyi üçün bu prosesin səmərəliliyinin qiymətləndirilməsi də onıın göstəricilərindən bilavasitə asılıdır. Ali məktəbdə tədrisin təşkili öz məzmunu etibarilə birinci növbədə müvafiq ixtisasların proqramlarını öyrədən fəaliyyəti ilə bağlıdır. Müəllimlə ali məktəb dövründə tələbələrə öz seçdikləri ixtisas üzrə hərtərəfli və sistemli biliklər vermək məqsədi ilə fəaliyyət göstərirlər.
Ali məktəbdə təhsilin səmərəli təşkili tədris olunan fənlərin metodiki təminatı (dərslik, dərs vəsaiti, proqram və s.) ilə bilavasitə bağlıdır. Bu baxımdan vəziyyətin necə olduğunu sorğu materialları sübut edir.
Ali məktəbdə təhsilin müasir səviyyəsinin qiymətləndirilməsinin çox mühüm istiqamətini burada demokratiyanın inkişafı səviyyəsi və buna müvafiq olaraq tələbələrin tədrisin idarə olunmasında iştirakı onların özünü idarə fəallığının dərəcəsi üzrə olan göstəricilər təşkil edir. Sorğu materiallarının təhlili bu yönümdə qazanılmış uğurları və mövcud nöqsanları əyani surətdə göstərir. Əvvəlcə onu qeyd edək ki, son dövrlərdə universitet rəhbərliyinin tədrisin keyfıyyətini yaxşılaşdırmaq, burada demokratiyanı inkişaf etdirmək və tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək yolunda həyata keçirdiyi ardıcıl tədbirləri tələbələr yüksək qiymətləndirir və buna öz fəallıqlarını artırmaqla cavab verirlər.
Ali məktəbdə tələbələrin fəallıq səviyyəsinin qiymətləndirilməsinə bir sıra amillər təsir göstərir. Onların sırasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması tədrisin maddi-texniki təchizatının möhkəmləndirilməsi, tədrisdə demokratiyanın genişləndirilməsi tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq göstəriciləri və neqativ hallarda qarşı mübarizənin təşkili səviyyəsi xüsusi yer tutur. Sorğu materiallarının təhlili belə bir qənaətə gəlməyə əsas verir ki, müasir ali məktəb tələbəsi tədrisin ümumi vəziyyətini obyektiv qiymətləndirməyi bacarır və bu prosesi gələcəkdə yaxşılaşdırmağın konkret yolları haqqında kifayət qədər aydın təsəvvürə malikdir.
Ali təhsil prosesinin humanistləşməsi meyli başlıca olaraq aşağıdakı iki istiqamətdə təzahür edir. Birinci istiqamət öz məzmununa görə humanist problematika ilə bilavasitə bağlı olan ictimai fənlərin tədrisinin yaxşılaşdırılması və keyfıyyətinin yüksəldilməsində ifadə olunur.
Ali təhsilin humanistləşməsi meylinin ikinci mühüm istiqamətini ixtisas fənlərinin məzmunu ilə bağlıdır. Başqa sözlə, deyilsə ixtisas fənlərin tədrisi proqramları ilə tərtib edilməlidir ki, onlar yalnız müvafiq ixtisas üzrə bilik verməklə məhdudlaşmasın, humanizm məsələlərinə də xeyli yer verilsin. Bu işin vacibliyi onunla şərtlənir ki, müasir ali təhsil sisteminin əsas vəzifəsi öz peşə sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlamaqla yanaşı müasir ruhlu, ölkənin daxilində beynəlxalq miqyasda baş verən prosesləri ayıq gözlə qiymətləndirməyi bacaran layiqli vətəndaş yetişdirməkdir.
Ümumilikdə götürdükdə hazırda dövlətimizin ali təhsil strategiyasında açıq cəmiyyətin qurulması və bazar iqtisadiyyatının tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssis kadrları hazırlanması mərkəzi yer tutur. Son illərdə bu xəttin həyata keçirilməsi sahəsində ciddi irəliləyişlər əldə cdilmişdir. Sosioloji sorğu materiallarının təhlili sübut edir ki, tələbələr sözügedən istiqamətdə qazanılmış uğurları dəyərincə qiymətləndirirlər. Bunu anketdə qoyulmuş “BDU-da təhsilin indiki səviyyəsi sizi qane edirmi?” sualına verilmiş cavablardan da görmək olar.
Ali məktəbin tədris prosesində də müvafiq ifadə olunan bu prosesi sürətləndirmək üçün ixtisas fənlərinə dair mühazirə mühazirələrdə və seminar məşqələlərində humanizm ideyalarının təbliğinə diqqəti artırmaq zəruridir. Digər tərəfdən humanizm prinsipləri ilə bilavasitə bağlı olan humanitar fənlərin tədrisinin keyfiyyətini yüksəltmək vacibdir.
ƏDƏBİYYAT
-
“Azərbaycan müəllimi” qəzeti, 26 sentyabr 2008-ci il
-
Abbasova Q. Elmin və təhsilin sosiologiyası. Bakı 2006
-
Qeybullayev Q. Ali məktəblərə təlim və tədrisin keyfiyyətinə nəzarət sistemlərinin əsasları. Bakı 1999.
-
Xəlilov S. TəhsiI sistemi. Nəzəriyyə və praktika. Bakı 1999.
-
Cabbarov R. Təhsil müəssisələrinin idarə edilməsi. Bakı 2001.
-
Şükürov A.M. Qloballaşma; müasir dövr və Azərbaycan. Qloballaşma və Azərbaycan. Bakı 2002.
-
Şükürov A.M. Fəlsəfə və qloballaşma. Bakı 2002
Dostları ilə paylaş: |