Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


ŞƏXSİYYƏTİN HÜQUQİ İDENTİKLİYİNİN PSİXOLOJİ SƏCİYYƏSİ



Yüklə 300,9 Kb.
səhifə7/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   2   3   4   5   6   7   8   9   10   ...   61
İRANDA ELAT TAYFALARI İLƏ BAĞLI HƏYATA KEÇİRİLƏN SOSİAL SİYASİ TƏDBİRLƏR BƏXTİYARİ VƏ QAŞQAY TAYFALARININ TİMSALINDA
Əlirza Maliki

AMEA-Hüquq və Fəlsəfə institutunun dissertanti

Alimaleki607@yahoo.com.
Açar sözlər:İran, Bəxtiyari və qaşqay tayfalar, Rza şah Pəhləvi, tayfa quruluşu, köçəri maldarlıq, mərkəzi dövlət, ictimai struktur, köçəri sistem

Ключевые слова: Иран, племена БахтиярииКашкаи, Реза-шахПехлеви, племенная структура, кочевоескотоводство, центральное правительство, социальная структура, миграционнаясистема.

Qaşqay və Bəxtiyari ellərinin tayfa quruluşlarının təhlili və onların İranın mərkəzi siyasi sistemi ilə əlaqələrinin araşdırılması, xüsusilə Rza şahın hakimiyyəti dövründə onların bu siyasi quruluşa inteqrasiya olunub olunmaması İranın siyasi sosiologi-yasında diqqəti cəlb edən maraqlı mövzulardan biridir. Müqayisəli təhlil əsasında bu tayfaların sosial quruluşunun (ictimai, iqtisadi, siyasi, mədəni, hərbi və ekoloji) mər-kəzi siyasi struktura təsiri imkanları və nəticələri müəyyən edilə bilər. Təqdim edilən araşdırmada Bəxtiyari və Qaşqay ellərinin özünəməxsus xüsusiyyətləri, dövlətin məskunlaşma siyasətinin tayfa quruluşuna təsiri məsələləri nəzərdən keçirilmişdir.

Qeyd etmək lazımdır ki, Bəxtiyari eli özünəməxsus tayfa quruluşuna malik ol-duğuna görə siyasi struktura daha tez inteqrasiya olunmuşdur, lakin Qaşqay tayfaları siyasi hakimiyyətə müqavimət göstərərək bu prosesdən kənarda qalmışlar. Bəxtiyari tayfalarının siyasi struktura asanlıqla uyğunlaşmalarının və məskunlaşmalarının əsas səbəblərindən biri də onların fars dilli olmalarıdır.

Qaşqay və bəxtiyari tayfalarının özünəməxüsus xüsusiyyətləri onların siyasi struk-turla əlaqələrinə təsir etmişdir. Qeyd edilməlidir ki, tayfa quruluşu yalnız ibtidai icma dövründə mövcud olmamışdır, müasir ənənəvi cəmiyyətlərdə də rast gəlinir.

Məlumdur ki, tayfa quruluşunun əsaslarında qohumluq əlaqələri, dil birliyi, soy və qan yaxınlığı, həmçinin ümumi tarixi, siyasi, ictimai-mədəni şərait durur. İranda yaşayan elat cəmiyyətləri digər iki cəmiyyətlərdən, yəni kənd və şəhər cəmiyyətlərin-dən fərqlənir. Elatların əsas məşğuliyyəti köçəri maldarlıqdır. Köçəri elatlara el, əşirət, tayfa, qəbilə və buna oxşar digər adlar verilmişdir. Elmi ədəbiyyatda el, tayfa, qəbilə və əşirətlər fransız və ingilis dillərindən götürülmüş iki terminlə ifadə edilir və hər iki termin bədəvi həyatın xüsusiyyətlərini əks etdirir. Fransız dilindən götürülmüş birinci termin çobançılıq sisteminə əsaslanan köçəri həyat tərzini ifadə edir. Bu zaman mövsümlə əlaqədar olan, yəni yaylaq və qışlaq məişətinə əsaslanan köçəri sivilizasiya nəzərdə tutulur. İngilis dilindən götürülmüş ikinci termin müəyyən ərazi çərçivəsində qohumluq sisteminə söykənən və müstəqil siyasi, ictimai sistemə malik olan qrupu, yəni oturaq həyat tərzi keçirən, lakin mal-qaranı isti fəsillərdə yaylağa aparan köçmə maldarları ifadə edir. Bu baxımdan, İran elatlarının mədəni, coğrafi, qohumluq, dil, din və soy fərqlərinə malik olan bəxtiyari və qaşqay tayfalarının nümunəsində öyrənilməsi xüsusi maraq doğurur. Hər hansı bir elat cəmiyyətinin tədqiq edilməsi müxtəlif amillərin nəzərə alınmasını zəruri edir. Bu, yalnız qohum-luq, müştərək soy, qan birliyi deyil, həm də siyasi, iqtisadi amilləridir. Elat tayfalarını digər cəmiyyətlərdən fərqləndirən əsas xüsusiyyət onların köç etməsidir. Köçəri həyat tərzinin özünəməxsusluğu müştərək ərazinin və yurdun, konkret köç yollarının olması və daim bir məntəqədən digər məntəqəyə hərəkət etməklə bağlıdır. İranda elatların ərazisi, otlaq sahələri, el yolları, bir sözlə elatlara məxsus torpaq mülkiyyəti müəyyən edilmişdir (1, s.65-76). Beləliklə, elatlar yüksək sosial birlik və ictimai nəzarətə malik olan siyasi, iqtisadi, ictimai-mədəni qrup hesab edilir. Burada fərdilik itir, tayfa daxilində əriyir. Məhz bu xüsusiyyət tayfanın cəmiyyətə inteqrasiya olunmasına mane olan əsas amillərdən biri kimi nəzərdən keçirilməlidir. Elatların cəmiyyətə zəif inteqrasiyası müəyyən mənada milli dövlətin strukturuna ziddir. XX əsrin əvvəllərinə qədər mövcud ənənəvi dövlət strukturu köçəri tayfa quruluşu ilə uyğunlaşa bilirdi və elat cəmiyyətlərinə nəzarət, yaxud onların idarəçiliyə cəlb edil-məsi ilə bağlı ənənəvi mexanizmlər işləyirdi. Bu dövrdə klassik siyasi strukturlarda elat tayfa quruluşu ilə bağlı dərin və geniş islahatlar aparılmasına ehtiyac olmamışdır.

İranın siyasi tarixində elat cəmiyyətləri daim mərkəzi dövlət hakimiyyəti ilə qarşı-lıqlı əlaqədə olmuş, köçəri tayfalar təcrid olunmuş və passiv bir qurum hesab edilmə-mişlər. Elat cəmiyyətlərin mərkəzi hökumətlə sıx qarşılıqlı əlaqələrinin olmasının əsas səbəbi hakimiyyətin mənşəyinin elat tayfaları ilə bağlı olmasıdır [2, s.55-63].

Pəhləvi hökuməti dövründə elatların ictimai, iqtisadi, hərbi, mədəni, dini, dil və soy funksiyaları, elat tayfaları arasındakı əlaqələr, həmçinin elatların dövlətlə əlaqə-lərinin xüsusiyyətləri dəyişməyə başladı. Nəzəri baxımdan elat köçəri sisteminin saxlanması qeyri-mümkündür, belə ki, müasir şəraitdə mərkəzi dövlətlə elat köçəri cəmiyyətləri arasındakı ziddiyyətlər qarşıdurmaya və dövlətin zorakı və sərt müda-xiləsinə səbəb olur. Bununla belə elat tayfa quruluşunun fərqli xüsusiyyətləri (ictimai, siyasi, iqtisadi, mədəni, dil, soy baxımdan) onların mövcud cəmiyyətə inteqrasiyasını çətinləşdirir. İranın Rza şah Pəhləvi dövründəki tarixi buna əyani sübutdur. Rza şah köçəri tayfaların məskunlaşdırılması planını həyata keçirərkən ilk mərhələdə tayfa başçılarını əsas maneə kimi görürdü və onlara qarşı hərbi vasitələr-dən istifadə etmişdi. Bir tərəfdən elatların öz ənənələrinə bağlılığı, onların kənd və şəhər həyat tərzinə maraqlı olmaması, digər tərəfdən köçərilərin məskunlaşması ilə bağlı struktur islahatların bilavasitə mərkəzi dövlət hakimiyyəti tərəfindən həyata keçirilməsi bu prosesin uğursuzluğunun əsas səbəbləri kimi çıxış etmiş oldu. Belə ki, Rza şah hökumətinin süqutundan sonra bir çox elat tayfalar yenidən köçəri maldar-lıqla məşğul olmağa başladılar. Onu da qeyd etmək lazımdır ki, məskunlaşma ilə bağlı islahatlar Bəxtiyari tayfa birliyi tərəfindən daha asanlıqla qəbul edilsə də, qaşqaylar bu prosesə uzun müddət müqavimət göstərdilər. Bu məsələnin əsas səbəb-lərini mərkəzi dövlətin yürütdüyü siyasətin elatların ictimai strukturuna ziddi olma-sında axtaraq lazımdır [3, s.94-118].

Hökumətin köçəri tayfaların məskunlaşması ilə bağlı siyasətinin uğursuzluğunu başa düşmək üçün Bəxtiyari və Qaşqay tayfalarının ictimai strukturlarını müqayisəli təhlil etmək məqsədəuyğun olardı.

Köçəri tayfaların (Bəxtiyari və Qaşqay) strukturunun müqayisəli sosioloji analizi, onların hakim siyasi rejimlə (Rza şah dövrü) əlaqələrinin araşdırılması İranın siyasi sosiologiyasının ən aktual məsələlərindən biridir. Bu zaman tayfa sistemlərinin (ictimai, iqtisadi, siyasi, mədəni, hərbi, ekoloji) mərkəzi siyasi strukturla qarşılıqlı təsir səviyyəsi, siyasi idarəçiliklə uzlaşması imkanları və nəticələri təhlil edilir. Qeyd edə bilərik ki, İran sosiologiyasında məsələ bu şəkildə qoyulmamışdır, yalnız tarixi vəziyyət şərh edilmişdir.

Məlumdur ki, elat cəmiyyətlərinin əsasları yalnız qohumluq, dil, soy, məzhəb və ya qan bağlılıqlarına söykənmir, həm də tarixi, siyasi, ictimai, iqtisadi və mədəni şəraitin tərkib hissəsi kimi çıxış edir. Çox zaman elat cəmiyyətləri ilə siyasi haki-miyyət arasında yaranmış əlaqə hakim syasi rejim və tayfa quruluşunun mahiyyətin-dən asılı olaraq müəyyənləşir. Bu baxımdan, coğrafi, mədəni, dini, dil, soy və qo-humluq əlaqələrinə görə fərqlənən İran elatlarının, o cümlədən bəxtiyari və qaşqay tayfalarının hakim siyasi rejimlə münasibətləri də fərqli olmuşdur.

Araşdırmalara əsasən qeyd etmək olar ki, hər hansı bir elatın yaranması qohumluq, müştərək soy, qan qohumluğu ilə yanaşı, həm də müxtəlif siyasi, iqtisadi amillərlə bağlıdır. Məlumdur ki, elat cəmiyyətlərini digər cəmiyyətlərdən fərqləndirən əsas xüsusiyyət onların köçəri həyat sürmələridir, belə ki, müştərək ərazi və ya yurdun mövcud olması, konkret el yolları və daim bir nöqtədən digər nöqtəyə hərəkət etmək yalnız elatlarda, yaxud köçəri tayfalarda müşahidə edilir. İranda elatların köç etdik-ləri ərazilər, yollar, həmçinin onların mailik olduğu otlaq sahələri məlumdur. Məhz bu baxımdan elat cəmiyyətini vahid ictimai, iqtisadi, siyasi və mədəni struktur hesab etmək olar, çünki burada yüksək ictimai nəzarət və möhkəm sosial birlik mövcuddur. Fərdin tayfa daxilində “mən”ini itirməsi onun daha yüksək ictimai birliyə inteqrasiya olunmasına mane olur, özgələşməsinə gətirir [4, s.88-89]. Bu baxımdan tayfa quru-luşu dövlətin məqsədlərinə uyğun gəlmir. XX əsrin əvvəllərində elat cəmiyyətlərinin quruluşu ənənəvi dövlət quruluşu ilə uzlaşırdı, elat cəmiyyətlərinə xas nəzarət vasitələri dövlətin ənənəvi idarəçilik mexanizmləri ilə üst-üstə düşürdü və bu səbəb-dən hakim siyasi sistemlər elat tayfalarında dərin dəyişikliklərin edilməsinə ehtiyac hiss etmirdilər. İranın siyasi tarixinə nəzər saldıqda görmək olar ki, elat cəmiyyətləri ilə mərkəzi dövlət arasında sıx qarşılıqlı əlaqələr olmuşdur və elat cəmiyyətləri təcrid edilmiş və qeyri-fəal bir quruluş olmamışdır. Bunun əsas səbəbi mərkəzi hökumətin elat tayfa quruluşuna arxalanması idi. Lakin Pəhləvi sülaləsinin hakimiyyəti döv-ründə elatların ictimai, iqtisadi, hərbi, mədəni, dini, dil və soy funksiyaları və onların mərkəzi dövlətə təsiri imkanları, dövlətin elatlarla əlaqəsi, həmçinin elat tayfalarının bir-birlərilə qarşılıqı əlaqələri dəyişikliklərə məruz qaldı. Rza şah elatların məskun-laşması layihəsini həyata keçirmək üçün birinci mərhələdə onlara qarşı hərbi güc tətbiq etdi, elat cəmiyyətlərinin iqtisadi və ictimai quruluşunu dəyişməyə təşəbbüs göstərdi. Rza şahın süqutundan sonra məcburi məskunlaşma prosesi də tənəzzül etdi. Bəxtiyari tayfaları mərkəzi dövlətin məskunlaşdırma siyasətini qəbul edərək oturaq həyata keçsələr də, qaşqaylar bu prosesə ciddi müqavimət göstərdilər [5, s.24-44]. Zənnimizcə, məskunlaşmaya fərqli münasibətin əsas səbəbləri elatların özünəməxsus tayfa quruluşu ilə bağlı olmuşdur. Bu məsələni aydınlaşdırmaq üçün bəxtiyari və qaşqay tayfalarının quruluşlarının müqayisəsi vacibdir.

Ənənəvi olaraq hər bir elat özünəməxsus iqtisadi, siyasi, mədəni və ictimai quru-luşa malik olur. Bu, tayfaların daxili şaxələnməsi və dinamikliyi əsasında formalaşır. Elat tayfaların bütün oxşarlıqlarına rəğmən onların arasında fərqlər də müşahidə olunur. Bu fərqlər ilk növbədə onların strukturu və ayrı-ayrı boylarına verilən xüsusi adlarda nəzərə çarpır. Bu proses bəxtiyari və qaşqay tayfalarının sruktur quruluşunda da izlənilir.



Xülasə: Qaşqay və bəxtiyari ellərinin tayfa quruluşlarının təhlili və onların İranın mərkəzi siyasi sistemi ilə əlaqələrinin araşdırılması, xüsusilə Rza şahın hakimiyyəti dövründə onların bu siyasi quruluşa inteqrasiya olunub olunmaması İranın siyasi sosiologiyasında diqqəti cəlb edən maraqlı mövzulardan biridir. Müqayisəli təhlil əsasında bu tayfaların sosial quruluşunun (ictimai, iqtisadi, siyasi, mədəni, hərbi və ekoloji) mərkəzi siyasi struktura təsiri imkanları və nəticələri müəyyən edilə bilər.

Bəxtiyari eli özünəməxsus tayfa quruluşuna malik olduğuna görə siyasi struktura daha tez inteqrasiya olunmuşdur, lakin Qaşqay tayfaları siyasi hakimiyyətə müqa-vimət göstərərək bu prosesdən kənarda qalmışlar. Bəxtiyari tayfalarının siyasi struk-tura asanlıqla uyğunlaşmalarının və məskunlaşmalarının əsas səbəblərindən biri də onların fars dilli olmalarıdır.

XX əsrin əvvəllərində elat cəmiyyətlərinin quruluşu ənənəvi dövlət quruluşu ilə uzlaşırdı, elat cəmiyyətlərinə xas nəzarət vasitələri dövlətin ənənəvi idarəçilik mexa-nizmləri ilə üst-üstə düşürdü və bu səbəbdən hakim siyasi sistemlər elat tayfalarında dərin dəyişikliklərin edilməsinə ehtiyac hiss etmirdilər.

Pəhləvi hökuməti dövründə elatların ictimai, iqtisadi, hərbi, mədəni, dini, dil və soy funksiyaları, elat tayfaları arasındakı əlaqələr, həmçinin elatların dövlətlə əlaqə-lərinin xüsusiyyətləri dəyişməyə başladı. Nəzəri baxımdan elat köçəri sisteminin saxlanması qeyri-mümkündür, belə ki, müasir şəraitdə mərkəzi dövlətlə elat köçəri cəmiyyətləri arasındakı ziddiyyətlər qarşıdurmaya və dövlətin zorakı və sərt müda-xiləsinə səbəb olur. Rza şah elatların məskunlaşması layihəsini həyata keçirmək üçün birinci mərhələdə onlara qarşı hərbi güc tətbiq etdi, elat cəmiyyətlərinin iqtisadi və ictimai quruluşunu dəyişməyə təşəbbüs göstərdi. Rza şahın süqutundan sonra məcburi məskunlaşma prosesi də tənəzzül etdi. Bəxtiyari tayfaları mərkəzi dövlətin məskunlaşdırma siyasətini qəbul edərək oturaq həyata keçsələr də, qaşqaylar bu prosesə ciddi müqavimət göstərdilər.



Резюме:

Дан анализ племенной структуры народов БахтиярииКашкаи и исследование их связей с центральной политическойсистемой Ирана. Одна из интересныхтем,привлекающаявнимание в политической социологииИрана есть то, что были ли они интегрированы в этуполитическую структуру, особенно во время правленияРеза-шаха. На основесравнительного анализаможет быть установлено влияние возможностей ирезультатовсоциальнойструктуры этихплемен (социальная, экономическая, политическая, культурная, военнаяи экологическая) в центральнуюполитическую структуру.

НародБахтияри, имея свою собственнуюплеменнуюструктуру, быстрееинтегрировался в политическуюструктуру, но племена Кашкаи, оказывая сопротивление политической власти,остались за пределамиэтого процесса. Еще одной из причин легкой адаптации ипоселенияплемен Бахтияри в политическую структурубыло то, чтоони говорили на персидском языке.

В начале ХХ векаструктураобщества «элат»согласовывалась с традиционной государственной структурой,механизмы контроля, свойственные обществам «элат»,совпадали с традиционными управляющими механизмами государства и поэтому правящиеполитические системы нечувствовалинеобходимости внесения глубоких изменений вэлатскиеплемена.

Во времяправленияПехлевиначали меняться социальные, экономические,военные, культурные, религиозные, языковые и фамильные функции, отношения между элатскими племенами, а также начали меняться особенности связи с правительством. Теоретическиневозможно оставитьэлатскуюкочевуюсистему, так как, внынешних условияхпротиворечия междуцентральным правительством икочевымиобщинами становятся причиной противостояний инасильственного ижестокого вмешательствагосударства. Резашах, чтобы реализовать проект поселенияплемен,на первом этапеприменил военнуюсилу противних, проявил инициативу изменения экономической и социальной структурыэлатских обществ.После паденияРеза-шахараспался и процесс вынужденного поселения. Хотя племена Бахтияриприняли политику поселения центрального правительства, Кашкаи серьезносопротивлялись этомупроцессу.
Ədəbiyyat
1.Ali Akbar Kajbaf, Mojtaba Mansoorian, Arbabisarjou Azizollah Bakhtiaris' Status within Iranian Ethnic Identity. World of Sciences Journal, 2007, Volume: 1 Issue: 6 Pages: 65-76

2جوری ، حسین ، بایات ، پیوستگی قومی و تاریخی اوغوز ، ایل های قشقایی ایران ، قبیله (قایی – قشقایی ) انتشارات نوید ، شیراز ، 1378

3.Stocqueler J.H. 15 Months Pilgrimage through Untrodden Tracts of Khuzistan and Persia, in a Journey from India to England, London, 1832, II, pp. 94-118

4. Housego J. Tribal Rugs, London, 1978, pp. 13, 14, 22, 23, pls. 52, 54-59, 64, 88-89

5. Garthwaite G.R. “The Bakhtiyari Khans, the Government of Iran and the British, 1846-1915”,  IJMES 3/1 , 1972, pp. 24-44



Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin