Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


BOŞANMA VƏ BOŞANMANIN YARATDIĞI FƏSADLAR



Yüklə 300,9 Kb.
səhifə36/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   32   33   34   35   36   37   38   39   ...   61
BOŞANMA VƏ BOŞANMANIN YARATDIĞI FƏSADLAR
Məməmmədova Ülkər Əli qızı

BDU-nun II kurs magistrantı
XX yüzillikdə ailəni sarsıdan başlıca bəlalardan biri boşanma ilə bağlıdır. Boşanma qlobal-demoqrafik prosesdir.O inkişaf etmiş bütün ölkələr üçün xarakterikdir. 80-ci illərdə boşanmanın statistikası xüsusilə ciddi narahatlıq doğururdu. Boşanmaların qarşısını almaq qlobal problemlərdən biri kimi qiymətləndirilməyə başlandı. Bu istiqamətdə çoxlu tədbirlər həyata keçirildi. Hətta bir sıra ölkələrdə bu siyasət demoqrafik siyasətin tərkib hissəsinə çevrildi. Lakin statistik məlumatlar göstərir ki, boşanmaların sayı artan xətt üzrə davam edir. Bununla belə nəzərə almaq lazımdır ki, boşanmanın vüsəti müxtəlif ölkələrdə və şəhərlərdə eyni deyildir. Onların pedaqoji nəticələri isə bütün hallarda geniş arakter daşıyır.

Demoqrafik ədəbiyyatın müqayisəli təhlili göstərir ki, boşanma əsas etibarilə məhz uşaqların yeniyetməlik dövrünə təsadüf edir. Yeniyetməlik yaşı şagir şəxsiyyətinin formalaşmasının ən mürəkkəb dövrlərindən biridir. Yaşlılıq hissi və meylinin təşəkkülü həmin dövrün başlıca məziyyətidir. Bu dostluq və ya məhəbbət yaşında mənlik şüurun və əxlaqi şüurunun formalaşması şagird şəxsiyyətinin inkişafında ümdə hadisə kimi diqqəti cəlb edir.

C.Vallerşteyn və C.Kelliyə görə, boşanmanın acı nəticələri şagirdlərin formalaşmaqda olan mənəvi aləminə, mənəvi şüurunun inkişafına, özlərinə və başqa adamlara, ilk növbədə, öz ana və atasına, yaxın qhumlara verdikləri qiymətlərə və s.-yə son dərəcə mənfi təsir göstərir. Uşaqlarda əmələ gələn inamsızlıq, qorxu hissi onların başqaları ilə münasibətlərində bilavasitə əks olunur. Elə buna görə də, boşanma yeniyetməlik yaşına təsadüf edəndə, tibbi-psixolji və pedaqoji baxımdan xüsusilə ağır fəsadlı nəticələr verir. Uşaqların çoxunun məktəbdəki davranışları ilə evdəki davranışları arasında kəskin fərqlər özünü göstərir. Onların təkcə akademik (təlim) göstəriciləri aşağı düşmür, boşanma dövründə və boşanmadan sonra öz həmyaşıdları ilə münasibətləri pisləşir.

Sosial-pedaqoji baxımdan bir cəhəti də ayrıca qeyd etmək lazımdır. Demoqraflar boşanmanın iki növünü – faktiki və yuridiki boşanmanın fərqləndirirlər. Ər arvad münasibətlərinin fəsadlı təkamülündə nların rolu öz-özlüyündə aydındır. Faktiki boşanma ilə yuridiki bşanma ailə ixtilaflarının dinamikasında iki mühüm vəsilədir. Bşanmanın pedaqoji nəticələrini, ilk növbədə, bu iki vəsilə arasındakı dövrün üsusiyyətlərinə görə daha ətraflı araşdırmaq olar.

Məhz faktiki boşanma ilə yuridiki boşanma arasında lan müddət təkcə ər-arvad üçün deyil, həmdə uşaqlar üçün psixoloji və pedaqoji cəhətdən ağır, fəsadlı xüsusiyyətlərlə xarakterizə edilir. Valideynlər arasındakı ixtilaflar, gündəlik söz-söhbət, dava-dalaş, yerli-yersiz küsüşmə, təhqir, psixolji zədə və s. məhz bu dövrə təsadüf edir. Məktəbdə isə, müəllimlər bir sıra hallarda, ailə həyatının elə həmin ağır dövründə uşağın təlim fəaliyyətində yaranan qanunauyğun dəyişikliklərin mahiyyətini əslində başa düşə bilmirlər. Şagirdin necə deyərlər, “içi özünü yandırır, çölü isə özgəni”. Şagird təlimdə geri qalır, müəllim isə bunu çox vaxt şagirdin məsuliyyətsizliyi ilə əlaqələndirir. Halbuki şagird özünü xoşbəxt saymır. Özü psiolji cəhətdən özünə haqq qazandıraraq, günahı valideynlərinin uğursuz şəxsi həyatında axtarır. Müəllim isə bunu nəzərə almır.

Nigahın faktiki olaraq ləğv edilməsi və yuridik cəhətdən həlli təkcə ər-arvadın şəxsi həyatı məsələsi deyildir. Boşanma, hər şeydən əvvəl, onların ata və ana funksiyalarına özünün neqativ təsirini göstərir. Bu, ata və ana ilə yanaşı, həm də şagirdin sosial inkişaf şəraitini şərtləndirən özünəməxsus amillərdən biridir. Faktik və yuridik boşanmanın xüsusiyyətlərini nəzərə almadan, nə ata və ananın, nə də uşağın (və ya uşaqların) sosial inkişaf şəraitinin pedaqoji nəticələrini aydınlaşdırmaq mümkündür.

Axı, ailə həyatının məhz bu dövrü müxtəlif çalarlı münaqişə situasiyaları ilə xarakterizə olunur. Evdən söz-söhbət əskik olmur. Təkcə ər-arvadın deyil, valideynlərlə uşaqların, eləcə də uşaqların bir-birilə qarşılıqlı münasibətləri dəyişilir, onların mövqeyində və rol davranışında yeni çalarlar əmələ gəlir.

İstər boşanana qədər, istər boşanma prosesi, istərsə də boşanmadan sonrakı müddət – tərcümeyi-halında onun şəxsiyyətinin formalaşması baxımından xüsusi əhəmiyyətə malik lan mərhələlər kimi xarakterizə edilməlidir. Axı, valideynlər, ana ilə atanın qohumları arasında müəyyən münaqişələrin yaranması məhz bu dövrə təsadüf edir. Ər-arvadın boşanana qədər bir yerdə və ayrılıqda, boşanandan sonra isə eyni mənzildə yaşadıqları dövrlərdə həmin münaqişələr xüsusilə kəskin xarakter alır. Uşaqlar istər-istəməz bu münaqişələrin təkcə müşahidəçiləri deyil, həm də çox vaxt məhz əsas iştrakçısına çevrilirlər. Əksər hallarda isə uşaqlar, xüsusilə yeniyetməlik yaşı dövründə oğlanlar ailə ixtilaflarında ananın müdafiəçisi kimi çıxış edirlər. Uşaqlar daha çox ananı müdafiə etməyə, hətta oğlanlar çox vaxt haqsız ataya açıq-aşkar müqavimət göstərməyə başlayırlar. Maraqlıdır ki, uşaqların əgər ataya münasibətləri dəyişərsə, nlar ata qohumlarına da uşaq sadəlövlüyü ilə soyuqluq göstərir, yerli-yersiz ailə ixtilaflarının iştirakçısı olan uşaqlar həddi-hüdudu olmayan təhqiramiz sözləri, ağlagəlməz böhtan və iftiraları eşitdikcə psixoloji cəhətdən sarsılırlar. Onların xüsusilə yeniyetməlik yaşı dövründə həm ana və ataları, həm də özləri haqqında təsəvvürləri çox vaxt dəyişilir, mənəvi əzabların axarında ssial fəallıqları zəifləyir.

Çox vaxt yola getməyən ata və ana evdə söz-söhbət olanda təklənməmək üçün ağlına gələn üsullarla uşağı (və ya uşaqları), xüsusilə böyük oğlan və ya qızı öz tərəfinə çəkmək istəyir. Nların bir qismi hətta anti-pedaqoji hərəkətə yol verir, ata və ya ana haqqında uşağa “ağlasığmaz əhvalatlar” danışır, yalan və uydurmalar deyir, əsaslı və ya əsasız bəhanələrlə özünə haqqı qazandırmağa çalışır. Əslində isə valideyn ananı və ya atanı qəsdən uşağın gözündən salmaqla, alçaltmaqla onu sarsıdır, az qala Hamlet kimi “ölüm ya qalım” dilemması qarşısında qoyur.

Valideynlər “belə bədnam üsullarla” hələ boşanma prosesində uşaqların tərbiyəsi işini çətinləşdirirlər. Təəsüf ki, valideynlərin çoxu öz ömrünün ağır, faciəli günlərində-evdə qan su yerinə axanda, ailə dağılma həddinə çatanda, necə deyərlər uşaqların mənafeyini yaddan çıxarır, onların tərbiyəsi qayğısına qalmırlar. Bu cəhət uşaqların təlim fəaliyyətində xüsusilə aydın hiss olunur. Onlar ev tapşırıqlarını hazırlamır, dərsdə evin dərdləri ilə yaşayır, fikirli olur, müəllimə diqqətlə qulaq asmır, tez-tez dərs buraxır, sinif yldaşları ilə qaynayıb-qarışmır, özü də hiss etmədən əslində yoldaşları və dostlarından ayrı düşürlər. Bu neqativ dəyişikliklər natamam ailə şəraitində özünü daha kəskin formalarda göstərir.

Ailə isə çox vaxt öz-özünə fakt qarşısında qalır. Ər-arvad bşanandan sonra, necə deyərlər, öz şəxsi problemlərini həll etdikdən snra ailədə yeni vədaha ağır problem – məktəbə getməyən, oxumaq, peşə-sənət sahibi lmaq istəməyən pozulmuş oğlan və qızın tərbiyəsi problemi meydana çıxır. Tək qalmış ana təkcə öz gücü ilə bu problemi həll edə bilmir.

A.Eqides müəyyən etmişdir ki, boşanmışataların 10%-i uşaqların tərbiyəsində fəal iştrak edir, lakin onların bir valideyn kimi özlərinin keçmiş həyat yoldaşları ilə münasibətləri müxtəlif ixtilaflarla müşahidə olunur. Ataların 30%-i uşaqla və ya uşaqlarla bu və ya digər formada əlaqə saxlasa da, onların özlərinin keçmiş həyat yoldaşları ilə münasibətləri hələ də gərgin xarakter daşıyır. Ataların 60%-i uşaqlarla tamamilə görüşmür, onların tərbiyəsində iştrak etmir, sadəcə laraq öz atalıq brcunu aliment verməklə məhdudlaşdırırlar.

Azərbaycan ailəsi özünün möhkəmliyi ilə seçilir. Azərbaycan,demək olar ki, dünya miqyasında boşanma əmsalı aşağı olan ölkələrdən biridir. Azərbaycan ailəsinin möhkəmliyi nə ilə bağlıdır? Respublikada psixoloqların apardıqları tədqiqatlar bu məsələni ətraflı aydınlaşdırmağa imkan verir. Müəyyyən edilmişdir ki, ailə münasibətlərinin əsasını “ər-arvad” və “valideyn -uşaqlar” tipli münasibətlər təşkil edir. Tarixən ailənin mənəvi inkişafı bu münasibətlərin ayrılmaz vəhdətinə əsaslanmışdır. Lakin dünyanın müxtəlif regionlarında ailənin təkamülü prosesində onun məhvərini təşkil edən münasibətlər sistemi bir-birindən ayrılmış, ər-arvad münasibətləri ön plana keçmişdir. Bu ailənin mənəvi dayaqlarını sarsıtmış və boşanmaya gətirib çıxarmışdır.

Azərbaycan valideyn-uşaq münasibətləri öz əhəmiyyətini itirməmişdir. Dərin sosial-mənəvi kökləri lan bu ənənələrin həmişəyaşarılığı Azərbaycan ailəsinin möhkəmliyini təmin etmişdir. Lakin respublikamızda az da olsa, boşanma hallarının özünü göstərməsi və getdikcə artması onların sosial-pedaqoji nəticələri haqqında da ciddi düşünməyi tələb edir.

Natamam ailənin formalaşmasında nigahsız doğumun da öz xüsusi çəkisi vardır. Avropa ölkələrində nigahsız doğum (buna vətəndaş nigahı da deyirlər) halları vüsətlə artır. Hətta D.Çiçotun tədqiqatlarının nəticələrinə görə, uşaqların təxminən onda biri nigahdan kənarda doğulur.
Ədəbiyyat
1.Əlizadə H.Ə., Mahmudova R.M. Sosial Pedaqogika. Bakı-2013

2.Bayramov Ə., Əlizadə Ə. Sosial psixologiyanın aktual məsələləri. Bakı - 1998.

3.Quliyev S.M. Məktəblilərin mənəvi tərbiyəsində ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyəti. Bakı - 1982.


Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin