Motivasiya, problemin qoyuluşu. Dərsin əvvəlində fənn kabinetində kiçik təbiət guşəsi, təbiətə həsr olunmuş şəkillərdən ibarət stend barədə rəy mübadiləsi aparılır, kiçik qrupların sinifdənxaric oxu tövsiyə olunmuş əsərlərin məzmunu üzrə təqdimatları dinlənilir.
Motivasiyanın digər yolu aşağıdakı kimi ola bilər: İnternetdən İ.Nəsiminin “Mövsimi-novruzü neysan...” (https://www.youtube. com/ watch?v=ldOssp5iyxY) şeirinin ifadəli oxusu ilə bağlı video görüntü izlənilir, şagirdlərin ilkin təəssüratı öyrənilir.
Təqdimatlar üzrə rəy mübadiləsi və müzakirə nəticəsində tədqiqat sualı müəyyənləşdirilir.