Tədqiqat sualı: Təbiətə həsr olunmuş əsərlərdə daha çox hansı ideyalar, problemlər əks olunur?
Şagirdlərin fərziyyələri dinlənilir, lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Kiçik qruplar onlara təqdim olunmuş iş vərəqlərindəki tapşırıqlar üzrə işləyirlər.
I qrup
1. İ.Nəsiminin “Mövsimi-novruzü neysan...” qəzəlini Ş.İ.Xətayinin “Bahar oldu ki, aləm gülşən oldu...” əsəri ilə müqayisə edin. Müqayisə cədvəlindən istifadə edin.
I qrup
2. Hər hansı beytdə hansı bədii təsvir vasitəsinin işləndiyini və fikrin təsir gücünün artmasında rolunu müəyyənləşdirin.
Digər bir misal isə
Dərsin gedişi
Müəllim sinfi yeni götürübsə, diaqnostik qiymətləndirməyə vaxt ayıra bilər. Buna daha az vaxt sərf edilməsi üçün müvafiq üsul və vasitələrə müraciət edilməsi məqsədəuyğundur. Yalnız bundan sonra dərslikdəki “Qədim və zəngin ədəbiyyatımız” materialının oxusu və məzmunu üzrə işin təşkili mümkündür. Siniflə tanış olan (diaqnostik qiymətləndirmə aparmağa ehtiyac duymayan) müəllim dərsi fərqli məzmunda qura bilər. Yəni o, şagirdləri yeni dərsliklə işin başlıca xüsusiyyətləri ilə tanış etdikdən sonra yay tətilində oxunmuş əsərlərlə bağlı təəssüratları yığcam müsahibə ilə aşkara çıxarır. Elə bu mərhələdə istiqamətləndirici suallardan istifadə etməklə tədqiqat sualının müəyyənləşdirilməsinə nail olur.
Dostları ilə paylaş: |