Tədqiqat sualı: Bədii ədəbiyyatın daim inkişaf etməsində, zənginləşməsində mühüm rolu olan səbəblər, sizcə, hansılardır?
Fərziyyələr dinlənilir və qeyd edilir.
Tədqiqatın aparılması. İlk növbədə, dərslikdəki “Qədim və zəngin ədəbiyyatımız” mətninin məzmunu ilə tanışlıq həyata keçirilir. Buna oxunun fərqli növlərindən istifadə etməklə nail olmaq mümkündür. Oxu növünün, iş formalarının seçilməsi isə müəllimin məqsədindən, şagirdlərin bunlara bələdlik səviyyəsindən asılıdır. Bu material İNSERT, ziqzaq (zəncirvarı oxu) metodlarının tətbiqi üçün əlverişlidir. Sinif həmin metodlarla tanışdırsa, onlardan istifadə faydalıdır. Yaxud şagirdlər təlimatlandırıldıqdan sonra bu metodlardan birini seçmək olar.
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığı əsasında tədqiqat davam etdirilir. Tapşırığın yerinə yetirilməsi fərqli iş formalarının tətbiqi ilə həyata keçirilə bilər. Məsələn, kiçik qruplarda işə üstünlük verən müəllim tapşırığın suallarını qruplar arasında bölə bilər. Belə olan halda müəllimin suallara yaradıcı yanaşması (əlavələr, ixtisarlar etmək və s. baxımından) məqsədəuyğundur.
Əlbəttə, həmişə kiçik qruplar üzrə işin təşkili vacib deyildir. Şagirdlər tapşırığın üzərində fərdi, yaxud cütlük şəklində işləyə bilərlər. Hansı iş formasının seçilməsindən müəyyən edilir.
Bədii təsvir və ifadə vasitələri “Əfsanə” haqqında icmal
Mövzu: ANA MARAL (əfsanə) – 3 saat
Birinci saat: Əfsanənin məzmunu üzrə iş
Məqsəd:
əsərdən seçilmiş hissənin planını hazırlayır, məzmununu geniş nağıl
edir;
əsərlə bağlı fikirlərini mətndən seçdiyi nümunələrlə aydın, ardıcıl şərh
edir;
əsərin əfsanəyə xas olan xüsusiyyətlərini müəyyən edir;
mətndə tanış olmayan sözlərin mənasını aydınlaşdırır, onlardan nağıletmədə,
təqdimatlarda istifadə edir;
müzakirədə fərqli fikirlərə münasibət bildirir, fəallıq nümayiş etdirir.
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, bütün siniflə birgə iş.
Metod və priyomlar: əqli hücum, müsahibə, fasilələrlə oxu, müzakirə.
Təchizat: dərslik, iş vərəqləri, lüğətlər.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilmə səviyyəsi müzakirənin təşkili ilə müəyyənləşdirilir.
Fəallaşdırma. Şagirdlər müəllimin təklifi ilə dərslikdəki mətnləri (“Öyrənmisiniz”,
“Unutmayın”) oxuyurlar. Onlardakı fikrin necə başa düşüldüyünü yoxlamaq, şagirdləri fəallaşdırmaq üçün müsahibə aparıla bilər.
Motivasiya. Müəllim ilk növbədə şagirdlərə ana-övlad münasibəti, ananın
körpəsinə qayğısı barədə bildiklərini söyləməyi təklif edir. Belə qənaətə
gəlinir ki, ana övladı üçün hər cür fədakarlığa hazır olur.
Tədqiqat sualı: Sizcə, bu, təbiətdə – heyvanlar aləmində özünü necə göstərir?
Fərziyyələr dinlənilir, qeydlər aparılır. Tədqiqatın aparılması. Tanış olmayan sözlərin mənasının aydınlaşdırılmasının əhəmiyyəti əsərin oxusuna başlamazdan əvvəl izah olunur. Bu işin həyata keçirilməsi həm əsərin məzmununun
qavranılması, həm də şagirdlərin söz ehtiyatının zənginləşməsi üçün faydalıdır.
Şagirdlərə xatırladılır ki, bu cür sözlərin mənası dərsliyin sonunda verilmiş
lüğətin, eləcə də lüğət kitablarının köməyi ilə aydınlaşdırıla bilər.
Mətnin oxunması. Fasilələrlə oxu tətbiq edilməklə əfsanənin məzmununun
öyrənilməsinə başlanılır.
Birinci fasilə: “A kişi, tez ol, mətləb üstə gəl!” cümləsində.
İkinci fasilə: “Aradan bir az keçəndən sonra Nurəli kişi fikirdən xəstəliyə
düşdü” cümləsində.
Üçüncü fasilə: Əfsanənin sonunda.
Oxunmuş hissənin məzmununun və yeni sözlərin necə mənimsənildiyini
aşkara çıxarmaq məqsədilə hər fasilədən sonra müsahibə aparılır. Bu, məzmunun
öyrənilməsinin dərinləşdirilməsinə təsir edirNəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Şagirdlərin müstəqil nəticə çıxarmalarına istiqamət verilir. Bunun üçün istiqamətləndirici suallardan istifadə edilə bilər. Məsələn:
1. Nurəli kişinin peşmançılığı səmimi idimi?
2. Ana maralın təşvişinə səbəb nə idi?
Çıxarılmış nəticələr dərsin əvvəlində irəli sürülmüş fərziyyələrlə
tutuşdurulur. Birinci dərs saatında icra edilmiş işlərin səviyyəsi diferensial təlimin
tələblərinə uyğun fərqləndirilə bilər.
Qiymətləndirmə. Təlim məqsədlərinin nə dərəcədə reallaşdığını müəyyənləşdirmək
üçün metodik vəsaitin girişində verilmiş müvafiq qiymətləndirmə
cədvəllərindən istifadə etmək məqsədəuyğundur.
Kitabxanadan və ya http://edebiyyat.ucoz.com/ saytından seçilmiş bir
əfsanənin oxunması ev tapşırığı kimi verilə bilər.
Təlim məqsədlərinin dərsdə reallaşdırılma səviyyəsindən asılı olaraq ev
tapşırıqlarını müəllim müstəqil müəyyənləşdirə bilər. Bu zaman şagirdlərin
maraq və imkanları nəzərə alınır.
Mövzu: ANA MARAL (əfsanə) – 3 saat
İkinci saat: Əfsanənin təhlili
Məqsəd:
qəhrəmanın xarakterindəki başlıca xüsusiyyətləri əsərdən seçdiyi nümunələrlə
aydınlaşdırır;
əsərin mövzusunu, ideyasını müəyyənləşdirir, münasibət bildirir;
müzakirədə söylənilən fikirlərə müstəqil münasibət bildirir;
əsərin məzmununa fərqli münasibət bildirir, mövqeyini şərh edir.
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, bütün siniflə birgə iş.
Metod və priyomlar: əqli hücum, şaxələndirmə (klaster), debat, diskussiya,
müzakirə.
Təchizat: dərslik, iş vərəqləri.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilmə səviyyəsi müzakirənin təşkili ilə müəyyənləşdirilir.
Motivasiya. Əfsanənin məzmununu əhatəli mənimsədiklərini şagirdlərə
xatırladan müəllim belə bir mövzuda əsərin yaranması səbəbini aydınlaşdırmağı
təklif edir. Şagirdlərə öz fikirlərini sərbəst açıqlamaq imkanı
verilir. Onlar tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə cəlb olunur.
Tədqiqat sualı: Nurəli kişi ilə ana maralın əhvalatından hansı nəticəni
çıxarmaq olar?
Tədqiqatın aparılması. Şagirdlərin diqqəti dərslikdəki “Fikirləşin. Cavab
verin” başlığı altında verilmiş birinci suala yönəldilir. Sualın cavabı fərqli
yollarla aydınlaşdırıla bilər. Şaxələndirmə (klaster) şagirdləri daha çox cəlb
edir. Hansı yolun seçilməsindən asılı olmayaraq iki cəhət diqqət mərkəzindəsaxlanılır. Birincisi, söylənmiş fikirlər əfsanədən gətirilən nümunələrlə
əsaslandırılmalıdır. İkincisi, bu obrazın əsərin ideyasının açılmasındakı rol
(balası üçün təlaş keçirən maralı xeyirxah ovçunun xilas etməsi) açıqlanmalıdır.
Birinci qrupun üzvləri mövqelərini
belə ifadə edirlər ki¸ təbiətin,
heyvanlar aləminin öz “qanunları”
var, heyvanlar balalarını müstəqil
yaşamağa hazırlayır, onlara uzun
müddət qayğı göstərir.
İkinci qrup isə əfsanədəki başlıca ideyanın “Yaxşılıq itmir” fikrinə söykəndiyini əsərdən gətirdiyi nümunələrlə sübut etməyə çalışır.
İkinci qrupun dəlilləri daha əsaslı olduğu üçün üçüncü qrup (münsiflər) onların mövqeyini qəbul edir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Bu mərhələdə diskussiya zamanı deyilmiş fikirlər yekunlaşdırılaraq tədqiqat sualının cavabı dəqiqləşdirilir və fərziyyələrlə müqayisə edilir.
Nəticənin çıxarılması mərhələsinin daha səmərəli olması üçün müəllim
istiqamətləndirici suallardan istifadə edə bilər.Məsələn:
1. Əsərin əfsanə janrında olduğunu necə sübut edə bilərsiniz?
2. Əfsanə nə üçün “Ana maral” adlandırılmışdır?
3. Maralı ölümdən xilas edən ovçu bu yaxşılığın əvəzini gözləyirdimi?
4. Maralın Nurəli kişini ölümdən xilas etməsi sizə hansı atalar sözlərini
xatırladır?
Çıxarılan nəticələrlə dərsin əvvəlində söylənmiş fərziyyələr müqayisə
olunur. Qiymətləndirmə. Təlim məqsədlərinin nə dərəcədə reallaşdığını müəyyənləşdirmək
üçün metodik vəsaitin girişində verilmiş müvafiq qiymətləndirmə
cədvəllərindən istifadə etmək məqsədəuyğundur.
Dərslikdəki yazılı nitqlə bağlı tapşırığın yerinə yetirilməsi ev tapşırığı kimi
verilə bilər.
Təlim məqsədlərinin dərsdə reallaşdırılma səviyyəsindən asılı olaraq ev
tapşırıqlarını müəllim müstəqil müəyyənləşdirə bilər. Bu zaman şagirdlərin
maraq və imkanları nəzərə alınır
Mövzu: ANA MARAL (əfsanə) – 3 saat
Üçüncü saat. Əfsanənin ifadəli oxusuna vaxt ayrılır burda da dərsin mərhələləri ardıcıl şəkildə davam edir
Sonra onu bildirə bilərəm ki, bədii əsərlərdə bədii təsvir və ifadə vasitələrindən istifadə olunması söz sənətinin özünəməxsusluğu, ədəbiyyatın idrak, tərbiyə vasitəsi olması, əhəmiyyəti haqqında şagirdlərdə təsəvvür yaradır.Bədii əsərin forma, janr xüsusiyyətləri, yazıçı sənətkarlığı ilə şagirdləri tanış edir.Şagirdlərin nitqinin inkişafına, obrazlı, dəqiq söz seçməyə kömək edir.Məktəblilərin bədii əsərin ideya-məzmununu dolğun şəkildə qavramalarına, müstəqil təhlil etmələrinə imkan verir.Şagirdlərin bədii təfəkkürünü, estetik zövqünü inkişaf etdirir.
Ədəbiyyat siyahısı
1.Fəxrəddin Yusifov "Ədəbiyyatın tədrisi metodikası" Bakı -2012
2.Müəllimlər üçün metodik vəsait Bakı-2012
3.Yusifov F.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: 2010
4.Ədəbiyyat (X sinif şagirdləri üçün elektron vəsait)e-dərslik
Dostları ilə paylaş: |