VIII sinif VIII sinfin sonunda şagird:
insanı öyrənən elm sahələrini, onun orqanizminin təşkil səviyyələrini şərh edir;
canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır;
canlıların nəsil ağacını tərtib edir;
insan orqanizmində gedən bioloji prosesləri şərh edir, buna dair riyazi
hesablamalar aparır;
canlılara xas psixoloji anlayışları fərqləndirir;
sağlamlığın qorunması qaydalarını izah edir, xəstəliklər və zədələnmələr
zamanı ilkin yardım göstərir;
mühit amillərinin insan orqnizminə təsirini izah edir;
ətraf aləm və onun təmizliyinin qorunmasına dair təqdimat hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar 1. Canlıların quruluşu və müxtəlifliyi Şagird: 1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 1.1.1. İnsanı öyrənən elm sahələrini (anatomiya, fiziologiya, gigiyena,
psixologiya) şərh edir və kiçik təqdimatlar hazırlayır.
1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah
edir.
1.1.4. Canlıların nəsil ağacını tərtib edir.
2. Bioloji proseslər Şagird: 2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini izah edir.
2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazi
hesablamalar aparır, nəticələrini ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı Şagird: 3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 3.1.1. İnsanın formalaşmasında əməyin rolunu izah edir.
3.1.2. İnstinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir. 3.2.1. Sağlamlığın qorunması qaydalarını izah edir.
14
3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir.