17
XI sinif
XI sinfin sonunda şagird:
canlıları öyrənən elm sahələrinin (seleksiya,
mikrobiologiya, biotexnologiya,
bionika)
xüsusiyyətlərini, nailiyyətlərini müasir avadanlıqlardan istifadə
etməklə şərh edir;
yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş
verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir;
bioloji
proseslərin, baş verən dəyişikliklərin fərqli mexanizmlərinin
xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır;
insanın fərdi və tarixi inkişafının, psixi proseslər
və orada baş verən
dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir;
insan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu
əsaslandırır, sağlam ailənin qurulmasında sağlam
həyat tərzinin rolunu
dəyərləndirir;
təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional
və qlobal ekoloji problemləri əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya,
biotexnologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr
aparır, nəticələri barədə təqdimatlar edir.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları
öyrənən elm sahələrinin
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh
edir.
Dostları ilə paylaş: