69
Nəticəyönümlülük- yeni kurrikulumların hazırlanmasında
nəzərə alınmış əsas prinsiplərindən biridir.
Bu pirinsipin tələbinə
görə müəyyən olunmuş bacarıqlardan ibarət zəruri məzmun
nəticələr formasında verilir.
Taksonomiya-yanan
sözdür
(taxus-qayda
ilə
yerləşmə+qanun deməkdir), təlim məqsədlərinin şəbəkəli və ya
sistemli təsnifatıdır. Elmi termin
kimi ilk dəfə botanika və
zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin
qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu
illərdə
psixologiyada istifadə olunmağa başlanmışdır.
Şəxsiyyətyönümlülük – Milli Kurrikulumun hazırlanması
zamanı nəzərə alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə
görə, kurrikulumların tərkibində olan təlim standartları,
strategiyaları
və
qiymətləndirmə
mexanizmləri
şagird
şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında
yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu
keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və
ya mədəniyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü
təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil,
milli səviyyədə müəyyən olunmuş
ümumi nəticələrə uyğun
səviyyənin
(kompetensiya,
keyfiyyət
və
ya
mədəniyyət
göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir.
Dostları ilə paylaş: