Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə58/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   54   55   56   57   58   59   60   61   62
6 Biologiya-kurikulum

Təhsildə qiymətləndirmə sistemi- beynəlxalq milli və 
məktəb səviyyələrində aparılan qiymətləndirməni əhatə edir. Orada 
zəruri məzmunun (qiymətləndirmə standartlarının), vasitələrin 
(test, sual və s.), formaların, üsulların müəyyənləşdirlməsini və 
onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.
Fəal (interaktiv) təlim- şagirdlərin idrak fəallığına əsaslanır, 
təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin 
yaradılmasını tələb edir.
İdrak fəaliyyəti- idrak prosesində həyata keçirilən 
fəaliyyətdir. Psixoloqların fikrincə, idrak fəaliyyətində bilmək, 
anlamaq, tətbiq etmək, sintez etmək və dəyərləndirmək əsas 
mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına görə, 
şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin 
parametrlər təşkil edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli 
olaraq “təfəkkür məktəbi”ndə təlim stanadartları hazırlanarkən 
onlar əsas götürülür.  
Reproduktiv sağlamlıq - fiziki, mənəvi və sosial rifah 
vəziyyətidir. Bu təkcə reproduktiv sistemlə onun funksiyası və 
problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir. 
Reproduktuv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad 
seçim deməkdir. Bu sağlamlığın təməli yeniyetmə dövründə 
yaranır və bütün həyat boyu qorunub-saxlanılır. 
Regional ekoloji problemlər –Hər bir region üçün xarakterik 
olan ekoloji problemlər. 


70 
Orxus Konvensiyası- Ətraf mühit məsələlərinə dair 
informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində 
ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı 
BMT Avropa iqtisadi Komissiyasının Konvensiyası “Orxus 
Konvensiyası” kimi tanınır. Orxus Konvensiyası gələcək nəsillər 
üçün ətraf mühitin mühafizəsi və onun vəziyyətinin 
yaxşılaşdırılması prosesində ictimaiyyətin və aidiyyəti təşkilatların 
nümayəndələrinin iştirakını gücləndirmək məqsədilə yaradılmış 
yeni tip Konvensiyadır. Orada insanların ətraf mühitə dair 
informasiya əldə etmə, proseslərdə iştirak və ədalət mühakiməsinə 
müraciət hüquqları göstərilir ki, bu da ətraf mühitə dair 
məsələlərdə dövlət orqanlarının hesabat verməsi və idarəetmənin 
şəffaflıq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin