Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə19/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   15   16   17   18   19   20   21   22   ...   88
AR Konsititusiyası

DÖVLƏT HAKİMİYYƏTİ 

V   f ə s i l  



QANUNVERİCİLİK HAKİMİYYƏTİ 

M a d d ə   8 1 .   Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi 

Azərbaycan 

Respublikasında 

qanunvericilik 

hakimiyyətini 

Azərbaycan 

Respublikasının Milli Məclisi həyata keçirir. 

M a d d ə   8 2 .   Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi 

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. 

M a d d ə   8 3 .   Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının 

seçkilərinin əsasları 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatları  majoritar  seçki  sistemi, 

ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu 

ilə seçilirlər. 

M a d d

ə   8 4 .   Azərbaycan  Respublikası  Milli  Məclisi  çağırışının  səlahiyyət 



müddəti 

I.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  hər  çağırışının  səlahiyyət  müddəti  5 

ildir.  Müharibə  şəraitində  hərbi  əməliyyatların  aparılması  Azərbaycan  Respublikasının 

Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli 

Məclisinin  çağırışının  səlahiyyət  müddəti  hərbi  əməliyyatların  sonunadək  uzadılır.  Bu 

barədə  qərar  seçkilərin  (referendumun)  keçirilməsini  təmin  edən  dövlət  orqanının 

müraciətinə  əsasən  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  tərəfindən 

qəbul edilir.



37

 

II.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  hər  çağırışının  seçkiləri hər  beş ildən 



bir noyabr ayının birinci bazar günü keçirilir. 

III.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının  səlahiyyət  müddəti 

Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. 

IV. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni 

seçkilər  keçirilərsə,  yeni  seçilən  deputatın  səlahiyyət  müddəti  deputatlıqdan  çıxanın 

qalan səlahiyyət müddəti ilə məhdudlaşır. 

 

 



M a d d ə   8 5 .   Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlığına 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin