Azərbaycan respublikasinin


  M a d d ə   8 9 .   Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlığından



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə22/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   18   19   20   21   22   23   24   25   ...   88
AR Konsititusiyası

39

 

M a d d ə   8 9 .   Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlığından 



məhrumetmə  və  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının 

səlahiyyətlərinin itirilməsi 

I.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  aşağıdakı  hallarda 

mandatından məhrum edilir: 

1) s


eçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda; 

2)  Azərbaycan  Respublikası  vətəndaşlığından  çıxdıqda  və  ya  başqa  dövlətin 

vətəndaşlığını qəbul etdikdə; 

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda

4)  dövlət  orqanlarında  vəzifə  tutduqda,  din  xadimi  olduqda,  sahibkarlıq, 

kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq 

fəaliyyəti istisna olmaqla); 

5) özü imtina etdikdə; 



6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda; 

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə 

pozduqda.

40

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlığından  məhrumetmə  haqqında 



qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir. 

II.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatları  öz  səlahiyyətlərini  daimi 

icra  edə bilmədikdə  və  qanunda  nəzərdə  tutulmuş  digər  hallarda  onların  səlahiyyətləri 

itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir. 

M a d d ə   9 0 .   Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının 

toxunulmazlığı 

I.  Səlahiyyət  müddəti  ərzində  Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatının 

şəxsiyyəti  toxunulmazdır.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  səlahiyyət 

müddəti  ərzində  cinayət  başında  yaxalanma  hallarından  başqa,  cinayət  məsuliyyətinə 

cəlb  edilə  bilməz,  tutula  bilməz,  onun barəsində  məhkəmə  qaydasında inzibati  tənbeh 

tədbirləri  tətbiq  edilə  bilməz,  axtarışa  məruz  qala  bilməz,  şəxsi  müayinə  edilə  bilməz. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  cinayət  başında  yaxalanarsa,  tutula 

bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu 

barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. 

II.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatının  toxunulmazlığına  yalnız 

Azərbaycan  Respublikası  Baş  prokurorunun  təqdimatına  əsasən  Azərbaycan 

Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. 

 



M a d d ə  

9 1 .  



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin