Azərbaycan respublikasinin


seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə21/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   17   18   19   20   21   22   23   24   ...   88
AR Konsititusiyası

seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi 

Seçkilərin  nəticələrinin  düzgünlüyünü  qanunla  müəyyən  olunmuş  qaydada 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. 

M a d d ə   8 7 .   Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının 



səlahiyyətinin bitməsi 

I.  Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  səlahiyyətləri  Azərbaycan 

Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir. 

II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  səlahiyyət  müddətinin  bitməsinə  120  gündən 

az müddət qalarsa, keçirilmir. 

III.  Azərbaycan  Respublikasının  Milli  Məclisi  83  deputatının  səlahiyyətləri  təsdiq 

olunduqda səlahiyyətlidir. 

M a d d ə   8 8 .   Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları  

I.  Azərbaycan  Respublikasının  Milli  Məclisi  hər  il  iki  növbəti  yaz  və  payız 

sessiyalarına  yığılır.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  83  deputatının 

səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası 

həmin  gündən  başlayaraq  bir  həftədən  gec  olmayaraq  çağırılır.  Azərbaycan 

Respublikasının  Milli  Məclisinə  seçkilərdən  sonra  martın  10-dək  onun  83  deputatının 

səlahiyyətləri  təsdiq  edilməzsə,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  ilk  iclasının 

keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir. 

II.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  növbədənkənar  sessiyalarını 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədri  Azərbaycan  Respublikası  Prezidentinin 

və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.  

III.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  növbədənkənar  sessiyasının 

gündəliyini  müvafiq  olaraq  onun  çağırılmasını  tələb  edənlər  müəyyənləşdirir.  Bu 

gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir. 




IV.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  sessiyalarının  iclasları  açıq  keçirilir. 

Azərbaycan  Respublikası  Mili  Məclisinin  83  deputatının  tələbi  ilə  və  ya  Azərbaycan 

Respublikası  Prezidentinin  təklifi  ilə  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

sessiyasının qapalı iclası keçirilə bilər.




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin