DÖVLƏTİN ƏSASLARI
M a d d ə 7 . Azərbaycan dövləti
I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
II. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız
hüquqla xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi
prinsipi əsasında təşkil edilir:
-
qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata
keçirir;
-
icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
-
məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
IV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə
hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
M a d d ə 8 . Azərbaycan dövlətinin başçısı
I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O,
ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini
təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin,
ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə riayət olunmasının təminatçısıdır.
IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin
təminatçısıdır.
M a d d ə 9 . Silahlı Qüvvələr
I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi
ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı
birləşmələrdən ibarətdir.
1
II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və
beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali baş komandanıdır.
M a d d ə 1 0 . Beynəlxalq münasibətlərin prinsipləri
Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş
beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
M a d d ə 1 1 . Ərazi
I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava
məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan
Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında
referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri
dəyişdirilə bilər.
M a d d ə 1 2 . Dövlətin ali məqsədi
I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının
vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
2
II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq
edilir.
M a d d ə 1 3 . Mülkiyyət
I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən
müdafiə olunur.
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə
ola bilər.
III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin
mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
M a d d ə 1 4 . Təbii ehtiyatlar
Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə
xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
M a d d ə 1 5 . İqtisadi inkişaf və dövlət
I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə
əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.
II. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın
inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Dostları ilə paylaş: |