Azərbaycan respublikasinin


namizədlərə dair tələblər



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə39/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   35   36   37   38   39   40   41   42   ...   88
AR Konsititusiyası

namizədlərə dair tələblər 


Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi 

icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, 

ali  təhsilli,  başqa  dövlətlər  qarşısında  öhdəliyi  olmayan  Azərbaycan  Respublikası 

vətəndaşı təyin edilir.

57

 

 



M a d d ə   1 2 2 .   Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid 

tələblər 

Azərbaycan  Respublikasının  Baş  naziri,  onun  müavinləri,  nazirlər,  digər  mərkəzi 

icra  hakimiyyəti  orqanlarının  rəhbərləri  heç  bir  başqa  seçkili  və  ya  təyinatlı  vəzifə  tuta 

bilməzlər,  elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyətindən  başqa  heç  bir  sahibkarlıq, 

ko

mmersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə 



elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyətinə  görə  aldığı  vəsaitdən  başqa  məvacib  ala 

bilməzlər. 

M a d d ə   1 2 3 .   Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı 

I.  Səlahiyyət  müddəti  ərzində  Azərbaycan  Respublikası  Baş  nazirinin  şəxsiyyəti 

toxunulmazdır. 

II. Azərbaycan Respublikasının Baş naziri, cinayət başında yaxalanma hallarından 

başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə 

qaydasında  inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə  bilməz,  axtarışa  məruz  qala  bilməz, 

şəxsi müayinə edilə bilməz. 

III.  Azərbaycan  Respublikasının  Baş  naziri  cinayət  başında  yaxalanarsa,  tutula 

bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş 

prokuroruna xəbər verməlidir.  

IV.  Azərbaycan  Respublikası  Baş  nazirinin  toxunulmazlığına  yalnız  Azərbaycan 

Respublikası  Baş  prokurorunun  təqdimatına  əsasən  Azərbaycan  Respublikasının 

Prezidenti tərəfindən xitam verilə bilər. 

M a d d ə   1 2 4 .   Yerlərdə icra hakimiyyəti  

I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 

II.  İcra  hakimiyyəti  başçılarını  Azərbaycan  Respublikasının  Prezidenti  vəzifəyə 

təyin və vəzifədən azad edir. 

III.  Yerli  icra  hakimiyyətlərinin  səlahiyyətlərini  Azərbaycan  Respublikasının 

Prezidenti müəyyən edir. 

V I I   f ə s i l  




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin