Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə38/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   34   35   36   37   38   39   40   41   ...   88
AR Konsititusiyası

qaydası 

I.  Azərbaycan  Respublikasının  Baş  nazirini  Azərbaycan  Respublikası  Milli 

Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir. 

II.  Azərbaycan  Respublikasının  Baş  naziri  vəzifəsinə  namizədlik  haqqında  təklifi 

Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən 

bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə 

müddətindən  gec  olmayaraq  Azərbaycan  Respublikası  Milli  Məclisinin  müzakirəsinə 

təqdim edir. 

III.  Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikasının  Baş 

naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən 

bir  həftədən  gec  olmayaraq  qəbul  edir.  Göstərilən  qayda  pozularsa  və  ya  Azərbaycan 

Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş 

naziri  vəzifəsinə  təyin  olunmasına  üç  dəfə  razılıq  verilməzsə,  Azərbaycan 

Respublikasının  Prezidenti  Azərbaycan  Respublikasının  Baş  nazirini  Azərbaycan 

Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər. 

M a d d ə   1 1 9 .   Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri 

Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  layihəsini  hazırlayıb  Azərbaycan 



Respublikasının Prezidentinə təqdim edir; 

Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir; 



maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; 

dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; 



dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir; 

nazirliklərə  və  digər  mərkəzi  icra  hakimiyyəti  orqanlarına  rəhbərlik  edir,  onların 



aktlarını ləğv edir; 

Azərbaycan  Respublikası  Prezidentinin  onun  səlahiyyətlərinə  aid  etdiyi  digər 



məsələləri həll edir. 

M a d d ə   1 2 0 .   Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları 

I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti 

qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. 

II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa 

qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. 

M a d d ə   1 2 1 .   Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  üzvlüyünə 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin